İkinci Kamboca krallığı

Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya[1]Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir.

Kamboca

Preăh Réachéanachâk Kâmpŭchéa
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

Millət, Din, Kral
Himn: 

Nokor Reach
Sehirli Krallıq
Tarixi
 • Müstəqillik 9 noyabr 1953
Rəsmi dilləri
Paytaxt Pnompen
İdarəetmə forması Konstitusiyalı monarxiya
Kral Norodom Siamoni [ 29.X.2004 ]
Baş nazir Hun Manet [22.VIII.2023 ]
Sahəsi Dünyada 88-ci
 • Ümumi 181040 km²
 • Su sahəsi (%) 2,5
Əhalisi
 • Əhali 15,957,223 nəfər (65-ci)
 • Siyahıyaalma (3.III.2008) 13 395 682 nəf.
 • Sıxlıq 81.8 nəf./km² (118-ci)
ÜDM (AQP)
 • Ümumi 58.939 milyard dollar
 • Adambaşına 3,735 dollar
ÜDM (nominal)
 • Ümumi (2016 təxmini) 19.368 dollar
 • Adambaşına 1,227 dollar
İİİ (2014) 0.555 (artış; 143-cü)
Valyuta Kamboca rieli
İnternet domeni .kh
ISO kodu KH
BOK kodu CAM
Telefon kodu +855
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Kamboca
Kamboca

Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur. Ölkənin rəsmi dini buddizmdir. Əhalinin təqribən 95%-i bu dinə sitayiş edir. Vyetnamlılar, çinlilərçamlar etnik azlıqlardır.[2] Paytaxt və ən böyük şəhər olan Pnompen ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi rolunu oynayır.

Kamboca ərazisinin məskunlaşması erkən neolit dövrünə təsadüf edir. Eramızdan əvvəl I əsrdə ilk cəmiyyət, I-VI əsrlərdə ilk Funan dövləti meydana gəlmişdir. IX-XIII əsrlərdə Hind-Çin yarımadasındakı Kambucadeş imperiyasına daxil edilmiş, imperiyanın süqutundan sonra isə XVIII əsrin əvvəllərində SiamVyetnam dövlətlərindən asılı vəziyyətə düşmüşdür. 1884-cü ildən Kamboca Fransanın müstəmləkəsinə çevrilmişdir. Yaponiya 1940-cı ildə Kampuçini işğal edərək onu özünün hərbi bazasına çevirdi. Uzun müddətli mübarizədən sonra Kampuçiya 1953-cü il noyabrın 9-da müstəqillik qazandı.[3]

Pnompen Şəhəri

Kamboca nisbətən zəif inkişaf etmiş aqrar ölkədir. Bu zəif inkişaf onun maarif və mədəniyyətinə də təsir etmişdir. 6 illik təhsil hamı üçün məcburi idi. 13 illik orta təhsil sistemi (6 il ibtidai, 7 il orta) mövcud idi. Lakin 1975-ci il aprelin 17-dən, Kampuçi Vahid Milli Qurtuluş Cəbhəsi (KVMAC) və Kral Milli birlik hökuməti hakimiyyətə gəldikdən sonra maarif və mədəniyyətdə tənəzzül və geriləmə başladı. Məktəblər və kitabxanalar bağlandı, tədris fənlərinin öyrənilməsi qadağan edildi, kitabların çoxu yandırıldı, xeyli muzey eksponatları məhv edildi.

Kampocada radikal hakimiyyət uzaqlaşdırıldıqdan sonra isə maarifin inkişafı yeni, demokratik qaydalar əsasında bərpa edilməyə başladı. Valideynlərini itirmiş uşaqlar üçün əyalət mərkəzlərində internatlar yaradıldı.

Pnompendə milli kitabxana, milli muzey və s. mədəniyyət mərkəzləri bərpa edildi. Mətbuat, radio verlişlərinin fəaliyyəti də ölkənin iqtisaslarına uyğun olaraq dayandırılmış, məzmunu dəyişmişdir. Mətbuat və radio verlişləri siyasi mübarizə və vuruşmaların mərkəzində olmuşdur.

Kambocada ilk ədəbi abidələr III əsrə aid olan Bokan və VI əsrədə yaradılmış Tonle – Bati məbədlərinin divarlarındakı sanskrit yazılarından ibarətdir. VII əsrin əvvəllərinə aid qədim Khmer mədəniyyətinin inkişafına brahmanizm və buddizmin əhəmiyyətli təsiri olmuşdur.

İstiqlaliyyət qazandıqdan sonra (1953) Kampuçidə şəhərsalma da inkişaf etməyə başladı. 1957 – 60-cı illərdə Kamponqasom, 1962-ci ildə Bokor şəhərləri salındı. Ənənəvi xalq sənəti də inkişaf etməyə başladı. İpəkçilik, bədii parça, ağac və fil dişi üzərində oyma, həkkaklıq, keramika, tikmə və s. inkişaf etməyə başladı. Nqok Dim, Sam Yun və başqaları rəssamlıq və qrafika sahəsində əsərlər yaratmışdılar.

Kxmerlərin musiqi mədəniyyətinin qədim tarixi var. Anqkor məbədlərinin barelyeflərində orkestr, ayrı – ayrı musiqi alətləri təsvir olunmuşdur. Hələ IX – XIII əsrlərdə yüksək inkişaf etmiş Khmer klassik musiqisi demək olar ki, muasir dövrədək dəyişməz qalmışdır. Bu musiqinin lad əsasını pentatonika təşkil edir.

Burada ritm əsas rol oynayır. Kxmer musiqisində sampxo, çxayyam, sko – txom (zərb), ta – diyeu, tyapey, ta kxe, tro – qe (simli) və s. musiqi alətlərindən istifadə edilir. Kambocanın Milli mahnı və rəqs ansamblı 1979-cu ildə yaradılmışdır.

Wat Preah Puth (Buddizm)

Buddizm Kamboca əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi dindir. Özünün cənub qanadı olan txeravad formasında təşəkkül tapıb və iki təriqətə bölünür: maxanikyyadxammayutikanikayya. Txeravada kxmer, lao, siam, dağ kxmerləri etiqad edir. Kampuçiyada yaşayan çinlilərvyetnamlılar əsasən buddizmin maxayana formasını qəbul edirlər. Ölkədə eyni zamanda 14 min nəfər katolik vardır. Daha nüfuzlu protestant təşkilatı isə ölkədəki xristianmissioner alyansıdır. Bundan başqa, yeddinci günün adventistləri və digər protestant qruplar (ümumi sayı 2 min nəfər) vardır. Kambocada eyni zamanda az sayda müsəlman qrupları (tyamlarmalaylar) yaşayır. Dağ kxmerlərinin bir hissəsi və dağ tyamları ənənəvin dini inanclarını qoruyub saxlayırlar.

  1. Лаос. Тарихи очерк // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 154.
  2. "Cambodia to celebrate day for indigenous people near Angkor Wat". News.xinhuanet.com. 2013-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2017.
  3. "Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh. İSBN 5-86106-104-1" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.