İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır.
ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleonora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi.
ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir. Ümümbəşərilik o deməkdir ki, bu hüquqlar hər kəsə şamil olunur və fərdin heç bir hərəkəti və heç bir səbəblə ondan alına bilməz.