İsraildəki ümumdünya irsi obyektlərinin siyahısı

İsraildəki ümumdünya irsi obyektlərinin siyahısı (İsrail)
Bəhai Dünya Mərkəzinin binaları
Tel Meqiddo
Buxur marşrutu - Negevdəki səhra şəhərləri
Beyt Şearim nekropolu
Ağ şəhər (Təl-Əviv)
Nahal Mearot Təbiət Qoruğu
İsraildəki ümumdünya irsi obyektlərinin yerləşməsi

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir.[1] Mədəni irs, abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və ya yazılar kimi), binalardan və ərazilərdən (o cümlədən arxeoloji sahələr) ibarətdir. Təbii irs, elmi-tədqiqat, konservasiya və ya təbii estetika baxımından mühüm əhəmiyyət kəsb edən fiziki və bioloji birləşmələr, geoloji və fizioqrafik birləşmələr (o cümlədən təhlükə altında olan florafaunanın yaşayış yerləri) kimi müəyyən edilir.[2]

İsrail dövləti 6 oktyabr 1999-cu ildə konvensiyanı ratifikasiya edərək, mədəni və təbii obyektlərini siyahıya daxil etmək hüququ qazanıb. Ölkədəki doqquz ərazinin hamısı mədənidir. Ən erkən daxiletmələr 2001-ci ildə Masada qalası və qədim Əkka şəhəri idi. Siyahıya son daxil edilən ərazilər, 2014-cü ildə daxil edilmiş Beyt Quvrin-Mareşa Milli Parkındakı mağaralar şəbəkəsidir. Bundan əlavə, İsrail Nazirlər Kabineti 18 obyekti öz ilkin siyahısına daxil edib, onlar gələcəkdə bu əraziləri Ümumdünya İrsi obyektləri kimi təqdim etmək niyyətindədirlər. Onlardan 14-ü 2000-ci ildə siyahıya alınıb. Rəsmi siyahıdan fərqli olaraq, ilkin siyahıda bir neçə təbii və qarışıq irs obyektləri vardır.[3]

Fələstin dövləti ilə münaqişəsi səbəbindən İsrailin YUNESKO ilə münasibətləri bir o qədər qənatbəxş deyil. Bu,fələstinli jurnalist Ramzi Baroud tərəfindən "ekzistensial döyüş" kimi təsvir edilmişdir.[4] YUNESKO, Qüdsün Qədim şəhəri və onun divarları ərazisinə heç bir ölkəni təyin etməməsinə baxmayaraq, 2011-ci ildən Fələstinin Şərqi Qüdsdəki mülkiyyətini tanıyır.[5][6] Elə həmin il Fələstin konvensiyanı ratifikasiya etdi. 2019-cu ildə YUNESKO-dan ayrılan İsrail bu qərara etiraz etdi. Qədim Yerihada yerləşən Tell es-Sultan şəhərinin Fələstin ərazisi kimi daxil edilməsi İsrail Xarici İşlər Nazirliyi tərəfindən "Fələstinlilərin YUNESKO-dan kinli şəkildə istifadə etməsi və onu siyasiləşdirməsi" kimi tənqid edilib.[7] Mütəxəssislər, İsrail Nazirlər Kabinetinin YUNESKO-nu siyasiləşdirən kabinet olduğunu bildirir. İsrailin irs təşkilatı olan Əmək Şaveh isə Yerihanın, İsrailin iddia etdiyi hissəsinin siyahıya alınmadığını vurğulayıb.[8]

Dünya irsi əraziləri

[redaktə | mənbəni redaktə et]

UNESCO-nun irsi obyektləri on meyar altında siyahıya alınır; hər bir giriş meyarlardan ən azı birinə cavab verməlidir. i-dən vi-yə qədər olan meyarlar mədəni, vii-dən x-ə qədər isə təbiidir.[9]

Ərazi Şəkil Yer Kriteriya Area
Hektar (akr)
İl Təsviri İstinadlar
Hayfa və Qərbi Qalileyada Bəhai Dünya Mərkəzinin binaları Large white buildings in a landscape garden. Hayfa dairəsiŞimal dairəsi
32°49′46″ şm. e. 34°58′18″ ş. u.
Mədəni:
(iii)(vi)
63 (160); bufer zonası 255 (630) 2008 [10]
Tellər: Tel Meqiddo, Tel Hazor, Tel Beer Şeva Ruins of building consisting of low walls of unhewn stones. Şimal dairəsiNegev
32°35′50″ şm. e. 35°10′56″ ş. u.
Mədəni:
(ii)(iii)(iv)(vi)
96 (240); bufer zonası 604 (1,490) 2005 [11]
Buxur marşrutu - Negevdəki səhra şəhərləri Ruins of buildings in a desert. Negev
30°32′28″ şm. e. 35°09′39″ ş. u.
Mədəni:
(iii)(v)
2005 [12]
Masada Ruins of a building made of unhewn stones. Cənub dairəsi
31°18′49″ şm. e. 35°21′10″ ş. u.
Mədəni:
(iii)(iv)(vi)
276 (680); buffer zone 28,965 (71,570) 2001 [13]
Qədim şəhər Əkka A fortress or a tower of a fortification. Cənubi Qalileya
32°55′42″ şm. e. 35°05′02″ ş. u.
Mədəni:
(ii)(iii)(v)
63 (160) 2001 [14]
Ağ şəhər (Təl-Əviv) White modern building. Təl-Əviv
32°04′ şm. e. 34°47′ ş. u.
Mədəni:
(ii)(iv)
140 (350); bufer zonası 197 (490) 2003 [15]
Nahal Mearot Təbiət Qoruğu Karmel dağ silsiləsi
32°40′12″ şm. e. 34°57′55″ ş. u.
Mədəni:
(iii)(v)
54 (130); bufer zonası 370 (910) 2012 [16]
Beyt Quvrin-Mareşa Milli Parkı Cənub dairəsi
31°36′00″ şm. e. 34°53′44″ ş. u.
Mədəni:
(v)
259 (640) 2014 [17]
Beyt Şearim nekropolu Hayfa dairəsi
32°42′08″ şm. e. 35°07′37″ ş. u.
Mədəni:
(ii)(iii)
12 (30); bufer zonası 64 (160) 2015 [18]

İlkin siyahıdakı ərazilərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Üzv dövlətlər Ümumdünya irsi siyahısına daxil edilmiş ərazilərə əlavə olaraq namizədlik üçün düşünə biləcəkləri yerlərin siyahısını da təqdim edə bilərlər. Ümumdünya irsi siyahısına namizəd olan ərazi yalnız əvvəlcədən siyahıda göstərildiyi təqdirdə qəbul edilir.[19] 2015-ci ilə qədər İsrail dövləti ilkin siyahısında 18 ərazini qeyd edib. Ərazilər, ilkin siyahıya daxil olduqları illə yanaşı bunlardır:[20]

Ərazi Şəkil Yer Kriteriya İl
Dandakı üç tağlı qapı və İordaniyanın qədim əraziləri Şimal dairəsi Qarışıq:
(iv)(vi)(vii)(x)
2000
Qalileyada erkən sinaqoqlar Şimal dairəsi Mədəni:
(iii)(vi)
2000
İsa və Həvarilərin Qaliley səyahətləri Şimal dairəsi Mədəni:
(iii)(vi)
2000
Təbəriyyə gölü və onun qədim yerləri Şimal dairəsi Qarışıq 2000
Xirbət əl-Minya Şimal dairəsi Mədəni:
(iv)
2000
Arbel dağı (Arbel, Şüeyb, Hattin buynuzları) Şimal dairəsi Qarışıq 2000
Dqaniya & Nahalal Şimal dairəsi Mədəni:
(v)(vi)
2000
Beyt-Şean Şimal dairəsi Mədəni:
(ii)(iv)(v)(vi)
2000
Fələstin Qeysəriyyəsi Hayfa dairəsi Mədəni:
(ii)(iv)(v)(vi)
2000
Ramle Ağ Məscidi Mərkəz dairəsi Mədəni:
(ii)(iv)
2000
Yerusəlim (genişlənmə) Yerusəlim dairəsi Mədəni:
(i)(ii)(iii)(iv)(v)(vi)
2000
Har-Karkom Cənub dairəsi Mədəni:
(iii)(v)
2000
Timna vadisi Cənub dairəsi Qarışıq 2000
Səlibçi qalaları Müxtəlif dairələr Mədəni:
(iv)(v)(vi)
2000
Maxteş Cənub dairəsi Qarışıq 2001
Böyük Rift Dərəsi – Hula Dərəsi Şimal dairəsi Təbii 2004
Lifta – Ənənəvi dağ kəndi Yerusəlim dairəsi Mədəni:
(ii)(iii)(v)
2015
Eyn Kərəm və onun landşaftı Yerusəlim dairəsi Mədəni:
(ii)(iii)(v)(vi)
2015
  1. "The World Heritage Convention". UNESCO. 27 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2010.
  2. "Convention Concerning the Protection of the World Cultural and Natural Heritage". UNESCO World Heritage Centre. 1 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2021.
  3. Centre, UNESCO World Heritage. "Israel - UNESCO World Heritage Convention". UNESCO World Heritage Centre (ingilis). 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  4. Baroud, Ramzy. "Ghosts of the past: For Israel, war on UNESCO is an existential battle". Middle East Monitor. 25 September 2023. 9 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2023.
  5. "Old City of Jerusalem and its Walls" Arxivləşdirilib 2017-08-04 at the Wayback Machine, UNESCO World Heritage List website, accessed 13 November 2017.
  6. UNESCO press release Arxivləşdirilib 2018-10-15 at the Wayback Machine, 15 July 2011, accessed 13 November 2017.
  7. AP and ToI Staff. "UNESCO votes to list ruins near ancient Jericho as a World Heritage Site in Palestine". www.timesofisrael.com (ingilis). 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  8. "Unesco's addition of West Bank archaeological site to World Heritage list fans Israel-Palestine tensions". The Art Newspaper - International art news and events. 2023-09-19. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  9. "UNESCO World Heritage Centre The Criteria for Selection". UNESCO World Heritage Centre. 12 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2018.
  10. "Bahá'i Holy Places in Haifa and the Western Galilee". UNESCO. 3 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Aug 2011.
  11. "Biblical Tels–Megiddo, Hazor, Beer Sheba". UNESCO. 7 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Aug 2011.
  12. "Incense Route – Desert Cities in the Negev". UNESCO. 10 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Aug 2011.
  13. "Masada". UNESCO. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Aug 2011.
  14. "Old City of Acre". UNESCO. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Aug 2011.
  15. "White City of Tel-Aviv – the Modern Movement". UNESCO. 9 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Aug 2011.
  16. "Sites of Human Evolution at Mount Carmel: The Nahal Me'arot / Wadi el-Mughara Caves". UNESCO. 4 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Jul 2012.
  17. "Caves of Maresha and Bet-Guvrin in the Judean Lowlands as a Microcosm of the Land of the Caves". UNESCO. 27 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2015.
  18. "Necropolis of Bet She'arim: A Landmark of Jewish Renewal". UNESCO. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2015.
  19. "Tentative Lists". UNESCO. June 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2014.
  20. "UNESCO Official page for Tentative list". 2014-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]