Marağa qətliamı

Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-ci ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.

Marquşavan əməliyyatı
Birinci Qarabağ müharibəsi
Qızıl Kəngərli kəndində əməliyyat zamanı həlak olan erməni əsgərlərinin xatirəsinə ucaldılmış abidə.
Qızıl Kəngərli kəndində əməliyyat zamanı həlak olan erməni əsgərlərinin xatirəsinə ucaldılmış abidə.
Tarix 10 aprel 1992 (1992-04-10) – 17 aprel 1992 (1992-04-17) (7 gün)
Yeri Şıxarx, Azərbaycan
Nəticəsi Azərbaycanın qələbəsi
Münaqişə tərəfləri

 Azərbaycan

Komandan(lar)

Monte Melkonyan

Tərəflərin qüvvəsi

400 nəfərə yaxın canlı qüvvə
Naməlum sayda zirehli texnika

1,500 nəfərlik canlı qüvvə
3 ədəd T-72A
16 ədəd PDM

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

  • 23 nəfər hərbçi şəhid olub.
  • 20-yə yaxın hərbçi yaralanıb.
  • 6 nəfər mülki şəxs həlak olub.

Ermənistan mənbələrinə əsasən:

  • məlum deyil

Ermənistan mənbələrinə əsasən:

  • 30-u qadın olmaqla 50-dən çox erməni öldürülüb.
  • 9-u uşaq, 29-u qadın olmaqla 50-yə yaxın insan əsir götürülüb.

Azərbaycan mənbələrinə əsasən:

  • 100 nəfərə yaxın hərbçi öldürülüb.
  • Bir neçə hərbi texnika sıradan çıxarılıb.
  • 43 mülki şəxsi həlak olub.
  • 100–150 nəfər mülki şəxs əsir götürülüb.
Ümumi itkilər
Təqribi:
  • 123-ə yaxın hərbçi öldürülüb.
  • 20-ə yaxın hərbçi yaralanıb.
  • Bir neçə hərbi texnika sıradan çıxarılıb.
  • 56-a yaxın mülki şəxs öldürülüb.
  • 50-ə yaxın şəxs əsir götürülüb.
  • 1 zirehli texnika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu.

Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm. Մարաղայի կոտորած) kimi təqdim edir.[1]

Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi,[2] rayonun ən böyük kəndlərindən biri idi.[3] 1989-cu ildə keçirilən əhali siyahıyaalınmasına əsasən əhalisi əsasən ermənilərdən təşkil olunmuş kənddə 4,660 nəfər yaşayırdı. Kəndin əhalisi arasında Azərbaycanın başqa rayonlarından qaçmış bir neçə erməni ailəsi də var idi.[4]

Əməliyyatdan əvvəl

[redaktə | mənbəni redaktə et]

Birinci Qarabağ müharibəsi 1992-ci ilin yazında daha da kəskinləşmişdir. Azərbaycan iki ilə yaxındır tətbiq etdiyi blokadanı gücləndirmişdi. Həmin ilin fevralında Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir.[5]

Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin fevralından Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Şəhəri Tərtər ərazi özünümüdafiə batalyonu, "Milli Qurtuluş" batalyonu, Tərtər Rayon Polis İdarəsinin bölmələri müdafiə edirdi. Tərtərin müdafiəsinə gələn Bərdənin 200 nəfərlik "Azadlıq" batalyonunun komandanlığı Şıxarx kəndini işğaldan azad etmək, bacardıqca çox əsir tutaraq onları Xocalıda əsir götürülmüş azərbaycanlılarla dəyişməyi təklif etmişdir. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadov vəziyyət ilə bağlı məlumatlandırılmış və əməliyyatın icrasını təsdiqləməmişdir. Buna baxmayaraq, Tərtər ərazi özünümüdafiə batalyonu, "Milli Qurtuluş" batalyonu və "Azadlıq" dəstəsi əməliyyatı həyata keçirmişdir.[6]

Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Səhər tezdən artilleriya atəşi başlamış,[7] ardınca 400 nəfəri keçməyən, yüngül atıcı silahlardan və bir neçə əl qumbaraatanın ilə silanlamış Azərbaycan qüvvələri tank, PDM və BTR ilə Tərtərdən hücuma keçmişdir. Əməliyyata Gəncə batalyonunun komandiri Mehman Ələkbərov, "Azadlıq" batalyonunun komandiri Ələmşah Məmmədov və "Milli Qurtuluş" batalyonunun komandiri Şahin Tağıyev rəhbərlik edirdi.[1] Azərbaycan tərəfinə görə, döyüş ərazisində Ermənistan Silahlı Qüvvələrindən üç yerli dəstə, ümumi 1,500 nəfərlik canlı qüvvə yerləşdirilmişdir. Onlarda 3 ədəd T-72A tankı, 16 ədəd PDM və başqa texnikalar var idi.[6]

"Milli Qurtuluş", "Azadlıq" və Tərtər batalyonları pərakəndə hərəkət edərək Şıxarx kəndinin içinə irəliləmişdi. "Milli Qurtuluş" batalyonunun qüvvələri kəndə ətrafdakı üzümlüklərin arası ilə hücum edirdi. Çox keçməmiş, "Azadlıq" dəstəsinin bir hissəsi kəndin şərq kvartallarında mühasirəyə düşmüş və Tərtər şəhərindəki hərbi bölmələrdən dəstək istəmişdir. Rövşən Cavadov Tərtərdəki qoşunların Şıxarxa əlavə qüvvə göndərmək ilə bağlı əmr vermişdir. Döyüşdən xəbər tutan Bərdə ərazi özünümüdafiə batalyonunun qüvvələri də əməliyyata qoşulmuş, Azərbaycan qoşunlarına artilleriya dəstəyi vermişdir.[6] Günortaya yaxın Azərbaycan Silahlı Qüvvələri tank və piyadalarla kəndi işğaldan azad etmişdir.[4] Kəndin saxlanılmağı planlaşdırılmadığından Azərbaycan qüvvələri kəndi axşam saatlarında tərk etmiş[1] və ertəsi gün kənd ermənilər tərəfindən yenidən işğal etmişdir.[7] Bir həftə sonra Azərbaycan qüvvələri yenidən kəndə hücum etmişdir və oranı birdəfəlik işğaldan azad etmişdir.[8] Kənd 1994-cü ildə Azərbaycan ordusunun nəzarətində Tərtər rayonunun tərkibinə verilmiş bir neçə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti kəndindən biri idi.[9]

10–11 apreldəki döyüş nəticəsində Azərbaycan tərəfindən 20-yə yaxın hərbçi yaralanmış, 23 nəfər isə şəhid olmuşdur.[6] Döyüşlərdə şəhid olan Şahlar Hüseynov Milli Qəhrəman adı almışdır.[1] Bundan əlavə, 6 nəfər azərbaycanlı mülki şəxs həlak olmuşdur.[10] Həmçinin, Azərbaycan tərəfinin iddiasına görə, Ermənistan tərəfindən 100 nəfərə yaxın canlı qüvvə həlak olmuş, onların bir neçə hərbi texnikası sıradan çıxarılmışdır.[11] Ermənistan tərəfi Azərbaycan qüvvələrinin 10 apreldə 43 mülki şəxsi öldürdüyünü, daha 100 mülki şəxsi isə əsir götürdüyünü,[7] o cümlədən talan edilərək yandırıldığını iddia etmişdir.[8] Ermənistan hakimiyyəti "Marquşavan" əməliyyatını Xocalı soyqırımına azərbaycanlıların cavabı kimi təqdim edirlər.[12]