Ağacqala — Azərbaycan Respublikasının Tovuz rayonunun Ağacqala kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]
Ağacqala | |
---|---|
40°47′53″ şm. e. 45°42′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim ağac (taxta) və qala (qurğu, tikinti) sözlərindən düzəlib, "taxtadan tikilmiş, qurulmuş qala" deməkdir. Başqa məlumata görə, əsl adı Ağcaqaladır. Kənd adını sıldırım qayada olan Ağcaqalanın (XIX əsrdən adı çəkilən Kirən qalasının xarabalığıdır) adından almışdır. Toponim ağca (qalanın divarları kirəc və gil məhlulla hörüldüyündən ağımtıl gorunur) və qala sözlərinin birləşməsindən əmələ gəlib, "ağımtıl divarlı qala" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilində kərən "meşə məmulatı, şalban, tir" deməkdir. Bu baxımdan Ağacqala toponimi doğru variant hesab olunmalıdır.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağlıq ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 341 | 157 | 184 |
2009[6] | ↘329 | ↘155 | ↘174 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Ağacqala kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7][8]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Ağacqala tibb məntəqəsi yerləşir.[9]