Sadıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Sadıqlı | |
---|---|
40°48′39″ şm. e. 45°40′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd mənşəcə Qazax mahalından olan sadıqlı nəslinin Xınna dərəsində kənd təsərrüfatı üçün əlverişsiz bir yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı yerli əhalinin dilində Sadıxlı kimi tələffüz edilir. Gürcüstanın Marneuli rayonunda Sadaxlı adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Zəyəmçayın sahilində, dağətəyi düzənlikdə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 27 | 14 | 13 |
2009[5] | ↗42 | ↗21 | ↗21 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.