Bu adın digər istifadə formaları üçün bax: Qədirli.
Qədirli — Azərbaycan RespublikasınınTovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[4] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[5]
Oykonim Azərbaycan xalqının formalaşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi AzərbaycanınVedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovulmuş, kənd ilkin adından məhrum olmuşdur.[6]