Namxoş — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd.[2]
Namxoş | |
---|---|
40°44′13″ şm. e. 45°42′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Nəmxoş variantında da qeydə alınmışdır. Yerli məlumata görə, kəndin əsasını vaxtilə qonşu Yanıqlı kəndindən köçüb gəlmiş Əhməd adlı bir şəxs qoymuşdur. Bəzi tədqiqatçılara görə, kəndin iqlimi nəm və xoş (mülayim) olduğu üçün belə adlanmışdır. Fars dilində namxoş "xoş ünvanlı" deməkdir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Zəyəmçayın sahilində, Cüyürdağın ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 245 | 122 | 123 |
2009[5] | ↘234 | ↗124 | ↘110 |
Kənddə Namxoş kənd kitabxana filialı fəaliyyət göstərir.[6]
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.