Kəcavənd — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Kəcavənd | |
---|---|
40°48′45″ şm. e. 45°42′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin ərazisində Sultan səkisi adlı yer də mövcuddur. Yerli əhalinin məlumatına görə, əvvəllər burada Türkiyə sultanına məxsus istirahət yeri olmuş, çadır və kəcavə qurulduğu üçün belə adlandırılmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Zəyəmçayın sahilində yerləşir. Yaşayış məntəqəsi nisbətən yüksək dağlıq ərazidə yerləşən kiçik kənd olub, əlverişli mövqeyə, təbii gözəlliyə malikdir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 86 | 47 | 39 |
2009[5] | ↘61 | ↘32 | ↘29 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.