Bu adın digər istifadə formaları üçün bax:
Bayramlı .
Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd.[ 2] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[ 3]
Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır.[ 4]
Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar №
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Növü
Əhəmiyyət dərəcəsi
1796
Daş qutusu nekropolu[ 5]
E.ə. VIII–VII əsrlər
Bayramlı kəndi
Arxeoloji
Ölkə
1797
Küp qəbirləri nekropolu[ 6]
E.ə. II minillik-e. II əsr
Bayramlı kəndi
Arxeoloji
Ölkə
1798
Yaşayış yeri[ 7]
Son tunc dövrü
Bayramlı kəndi
Arxeoloji
Ölkə
Kənd Tovuz-Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı , Aşağı Quşçu , Əsrik Çırdaxan , Yanıqlı və İbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir.
İl
Daimi əhali
Kişilər
Qadınlar
1999 [ 8]
2484
1188
1296
2009 [ 9]
↗2744
↗1360
↗1384
Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.
Kənddə Bayramlı kənd kitabxana filialı fəaliyyət göstərir.[ 11]
Kənddə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbi və Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[ 12] [ 13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Bayramlı kənd həkim məntəqəsi yerləşir.[ 14]
↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106 .
↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF) . 2022-01-28 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-02 .
↑ "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı" . 2022-08-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-08-26 .
↑ Bayramlı (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti . I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 86. ISBN 978-9952-34-155-3 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 209" . 2022-04-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-11 .
↑ "Vətən müharibəsi şəhidi Yusifov Mehman Musa oğlu (http://tovuz-ih.gov.az/)" (PDF) . 2022-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-08-26 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)" . 2022-06-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-22 .
↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
Şəhərlər Kəndlər Ləğv olunmuş kəndlər