Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası – Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsi.[1]

Dövlət Sərhəd Xidməti Akademiyası
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası
Şüar "Vətən sərhəddən başlayır"
Əsası qoyulub 2007
Tip hərbi akademiya
Rektor Rəis General-Mayor Azər İbrahimov
Şəhər Bakı Bakı
Ölkə
Ünvan 2920 Gəncə prospekti, Bakı AZ1129
Tabeliyində Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə təsis edilmişdir. Akademiyanın yeni binası 10 avqust 2010 tarixində istifadəyə verilmişdir.[2] Binayla əlaqədar maraqlı fakt burasındadır ki, binanın peyk görünüşünə diqqət yetirdikdə burada İlham Əliyevin ad və soyadının baş hərflərini tərs şəkildə rahatlıqla görmək olar.

Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Azər İbrahimovdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında 24 iyun 2016-cı il 978 nömrəli fərmanı imzalamışdır.[1]

"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasındakı 4 hərbi qulluqçu Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuşdur.[3]

  1. 1 2 ""Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (az.). e-qanun.az. 24 iyun 2016. Archived from the original on 14 December 2022. İstifadə tarixi: 2 dekabr 2022.
  2. "İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirak etmişdir". 2011-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-12.
  3. "DSX Akademiyasının 10-cu buraxılışına həsr olunmuş mərasim". dsx.gov.az (az.). 08.05.2021. Archived from the original on 2022-08-06. İstifadə tarixi: 2 dekabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]