Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu.
Tiflis quberniyası | |||||
---|---|---|---|---|---|
41°43′00″ şm. e. 44°46′59″ ş. u.HGYO |
|||||
Ölkə | Rusiya İmperiyası | ||||
İnzibati mərkəz | Tiflis | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1846 | ||||
Ləğv edilib | 1917 | ||||
Sahəsi | 44.607 km² | ||||
Əhalisi | |||||
Əhalisi | 1.051.032 nəfər (1897) | ||||
Etnik tərkib |
çoxluq:gürcülər; |
||||
Rəsmi dili | Gürcü, Erməni, Azərbaycan | ||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi[1] . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər.
Tiflis quberniyasının tərkibinə 9 qəza və 1 dairə daxil idi. Aşağıdakı siyahıda quberniyada əhalinin ərazi vahidləri üzrə paylanması göstərilib.
№ | Qəza | Qəza mərkəzi | Ərazisi, verst² |
Əhalisi[1] (1897), nəfər. |
---|---|---|---|---|
1 | Axalkələk qəzası | Axalkələk (5.440 nəfər) | 2.368,6 | 72.709 |
2 | Axalsıx qəzası | Axalsıx (15.357 nəfər) | 2.259,6 | 68.837 |
3 | Borçalı qəzası | Şuləver (4.553 nəfər) | 5.938,5 | 128.587 |
4 | Qori qəzası | Qori (10.269 nəfər) | 6.033,9 | 191.091 |
5 | Duşeti qəzası | Duşeti (2.566 nəfər) | 3.437,9 | 67.719 |
6 | Sığnaq qəzası | Sığnaq (8.994 nəfər) | 4.620,0 | 102.313 |
7 | Telavi qəzası | Telavi (13.929 nəfər) | 2.974,5 | 66.767 |
8 | Tianeti qəzası | Tianeti kəndi (1.089 nəfər) | 4.256,3 | 34.153 |
9 | Tiflis qəzası | Tiflis (159.590 nəfər) | 3.688,4 | 234.632 |
10 | Zaqatala dairəsi | Zaqatala (3.009 nəfər) | 3.544,3 | 84.224 |
Tiflis quberniyasında əhalinin 1897-ci il siyahıya alınmasının nəticələrinə əsasən etnik tərkibi.
Qəzalar | gürcülər | ermənilər | azərbaycanlılar | ruslar | osetinlər | avarlar | yunanlar | türklər | ukraynalılar | polyaklar | almanlar | yəhudilər | çeçenlər | dargilər | ləzgilər | digər |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Bütün quberniyada | 44,3 % | 18,7 % | 10,2 % | 7,5 % | 6,4 % | 3,2 % | 2,6 % | 2,4 % | - | - | - | - | - | - | - | - |
Axalkələk qəzası | 8,9 % | 72,3 % | 9,0 % | 7,1 % | - | - | - | - | - | - | - | - | 1,1 % | - | - | - |
Axalsıx qəzası | 17,7 % | 22,0 % | 18,0 % | 2,5 % | - | - | - | 35,1 % | - | - | - | - | 2,0 % | - | - | - |
Borçalı qəzası | 6,1 % | 36,9 % | 29,4 % | 6,3 % | - | - | 16,6 % | - | - | - | 1,9 % | - | - | - | - | - |
Qori qəzası | 65,0 % | 4,0 % | - | 2,8 % | 26,2 % | - | - | - | - | - | - | - | - | - | - | - |
Duşeti qəzası | 73,4 % | 2,5 % | - | 1,4 % | 21,4 % | - | - | - | - | - | - | - | - | - | - | - |
Zaqatala dairəsi | 14,7 % | 2,5 % | 34,4 % | - | - | 37,6 % | - | - | - | - | - | - | - | - | 8,8 % | 1,2 % |
Sığnaq qəzası | 82,9 % | 6,2 % | 5,2 % | 4,3 % | - | - | - | - | - | - | - | - | - | - | - | - |
Telavi qəzası | 85,9 % | 7,1 % | 2,8 % | 1,0 % | - | 2,6 % | - | - | - | - | - | - | - | - | - | - |
Tianeti qəzası | 88,7 % | 1,6 % | - | 1,9 % | - | - | - | - | - | - | - | - | - | 6,2 % | - | - |
Tiflis qəzası | 34,2 % | 24,7 % | 5,9 % | 22,1 % | - | - | 1,9 % | - | 1,5 % | 2,1 % | 2,3 % | 1,4 % | - | - | - | - |
Tiflis quberniyasının iqtisadiyyatı İmperiyanın digər regionlarına nisbətən zəif inkişaf etmişdi. Region əsasən əqrar iqtisadiyyata sahib idi. Sənaye çox ləng inkişaf edirdi, zavod və fabriklərin sayı az idi və əsasən Tiflis şəhərində yerləşirdi. Fabriklərin əksəriyyəti kiçik ölçüdə idilər və əsasən yeyinti məhsulları istehsal edirdi. 1898-ci statistikasına əsasən quberniyadakı zavodlarda 11.300 nəfər çalışırdı. Quberniyanın əsas nəqliyyat yolu 1872-ci ildə tikintisi başa çatan Cənubi Qafqaz Dəmiryolu olub.
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |