Salyan xanlığı

Salyan sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Sultanlıq şimaldan Şirvan, cənubdan Talış, qərbdən Cavad xanlıqları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd idi.

Sultanlıq
Salyan sultanlığı
سلطنة ساليان
Salyan sultanlığı
Salyan sultanlığı
 
 
 
 
1729 — 1796

Paytaxt Salyan
Rəsmi dilləri Azərbaycan türkcəsi (danışıq dili),
fars dili (rəsmi)
Dövlət dini İslam (Şiəlik)
Əhalisi Azərbaycan türkləri - 6000[1][2][3][4][5][6]
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Rüdbarilər
 • 1782 Quba xanlığına birləşdirilməsi
 • 1796 Şamaxı xanlığına birləşdirilməsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salyan xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Salyan şəhəri idi.

1747-ci ildə Nadir şahın ölümündən sonrakı dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövründə Quba xanı 1-ci Hüseynin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək Quba xanlığından ayrıldığını və özünün müstəqil xan olduğunu elan edir. Amma çox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardım istəyir. O zamanlarda hələ Quba xanlığının taxtına oturmamış vəliəhd Fətəli xan 1757-ci ildə başçılıq etdiyi döyüşçü dəstələri ilə salyanlıların köməyinə gəlir. İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə, İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan sultanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-ci ildən 1768-ci ilə qədər Salyanın hakimi Kəlbəli sultan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın sultanı Qubad sultan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyxəli xan isə sonradan Quba xanı olmuşdur.

1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazılarında göstərir: "Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür" 1774-cü ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burda yaşayır və qoşun toplayır.

Tarixi mənbələrdə[mənbə göstərin] göstərilir ki, Miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır. Qanlı döyüşlərdə şah ordusu çoxsaylı itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəssi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağıdılmışdır. 1797-ci ildə isə Quba xanı Hüseynəli xan təşəbüsü ilə Salyanın aşağı kəndləri olan BoyatQaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır. Həmin kəndlər indi Neftçala rayonunun ərazisindədir.

Sıra Xan Hakimiyyət illəri Haqqında
1
Həsən bəy
1729–17??
2
Əhməd xan
17??-1748
3
İbrahim xan
1748–1757
4
Kəlbəli sultan
1757–1768
5
Qubad sultan
1768–1782
Salyan hakimi Kəlbəli sultanın oğludur. Atasının vəfatından sonra, 1768-ci ildə Fətəli xan tərəfindən Salyana hakim təyin olunmuşdu.
6
Şeyxəli xan
1782–1791
(naib olaraq)
7
Həsən ağa Qubalı
1791–1796
1791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun Salyan naibi olan 13 yaşlı qardaşı Şeyxəli Qubaya gəlib xan taxtına yiyələndi və öz yerinə yeddi yaşlı qardaşı Həsən ağanı (naib olaraq) təyin etdi.[7]
  • ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi (PDF). Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
  1. Абдуллаев Г.Б. Азербайджан в ΧVΙΙΙ веке и его взаимоотношения с Россией. Баку: Изд-во Академии Наук Азербайджанской ССР, 1965, 621 с.
  2. Серебров А.Г. Историко-этнографическое описание Дагестана 1796 г. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 173- 197
  3. Симонович Ф.Ф. Описание Южного Дагестана 1796 год. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 138-157
  4. Бутков П.Г. Сведения о Кубинском и Дербентском владениях - 1798 г. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 209-212.
  5. Обозрение Российских владений за Кавказомь въ статистическомъ, этнографическом, топографическом и финансовом отношениях. Ч.ΙΙΙ. СПб, типография департамента внешней торговли, 1836, 397 с.
  6. Обозрение Российских владений за Кавказомъ, въ статистическомъ, этнографическом, типографическом и финансовом отношениях. Ч.ΙV. СПб, типографии департамента внешней торговли, 1836, 401 с
  7. "rulers.org". 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]