Cənnət bağı (çex. Rajská zahrada) — Hartiqov və Na Valex bağları ilə birlikdə Praqa qəsrinin cənub bağ kompleksinə məxsusdur. Bağdakı platformalardan Praqa şəhərinə gözəl mənzərə açılır.
Cənnət bağı | |
---|---|
Rajská zahrada | |
50°05′24″ şm. e. 14°24′00″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Tikilmə tarixi | XVIII əsr |
Rəsmi sayt | hrad.cz |
Vikianbarda əlaqəli mediafayllar |
XVI əsrin ortalarında Praqa qəsrinin qarşısında ilk bağ salınmışdı. Bura Çexiya tacına məxsus torpaqlarının valisi - ershersoq Ferdinand Tirolskinin şəxsi bağı idi. Onun əmri ilə buraya bir neçə min fur torpaq gətirilmişdi. B.Volmut tərəfindən yaradılmış bağ terraslardan ibarət idi və qala divarların pilləkənləri ilə ayrılır. Botanika üzrə Tirolskinin şəxsi həkim və məsləhətçisi, eləcə də alim və tanınmış geniş əhatəli Herbari müəllifi Mattiolli idi; o ershersoqun şəxsi bağı ilə məşğul olmuşdur.
II Rudolfun hakimiyyəti dövründə cənnət bağında volyer, hovuz və Trubaç qülləsi tikilmişdi. Lakin imperator Mattiasın əmri ilə Trubaç qülləsi sökülür və onun yerində Pavilyon inşa edilir. Yeni tikili təəccüblü şəkildə ətraf mühitə uyğunlaşmışdı. Onun yerinə 1617-ci ildə "Mattiyaş köşkü" adı ilə tanınan sivri və uzunsov şpili olan dəyirmi pavilyon inşa edilmişdi[1]. Bu tikili günümüzə kimi qorunub saxlanılmışdı. Pavilyonun intibah dövrünə aid taxta tavanını, Habsburq imperiyasının tabeliyində olan torpaqların gerbləri bəzəyir. Daxili divarları rəsm tərtibatı rəssam Yozef Navratil tərəfindən həyata keçirilmişdi. XIX əsrin əvvəllərində Cənnət bağı genişləndirilmiş və ingilis üslubunda yenidən planlaşdırılmışdı.
Parkın müasir görünüşü Sloveniyadan Praqa şəhərinə təşrif buyurmuş landşaft ustası Yoje (Yozef) Pleçnik tərəfindən 1920-24-ci ildə yaradılmışdır[2]. Onun tərtib etdiyi layihəyə uyğun olaraq, bağ yolları ətraf ərazinin relyefinə inteqrasiya olunmuşdur. Pleçnikin konsepsiyası qazon və çəmənliklərin həndəsi ciddi planlaşdırmasını, ağacların azad yerləşdirilməsini və kiçik memarlıq formaların fəal istifadəsini nəzərdə tuturdu.
Qəsrin üçüncü həyətində yerləşən mis dam ilə eyvan yolu qət etdikdən sonra Cənnət bağına daxil olan ziyarətçilər parkın geniş bir ərazisini tutan kaskad pilləkənlərə düşürlər. Yuxarı platformanın aşağısında Pleçnik tərəfindən hazırlanmış qranit dekorativ piyalə quraşdırılıb. 50 ton ağırlığında olan piyalə monolit və tək bir daş parçasından hazırlanıb. Monumental pillələrin sağ tərəfində Praqa qəsrinin ən qədim bitkisi olan 400 yaşlı nəhəng Qaraçöhrə ağacı bitir.
İntibah üslublu pavilyonun yanında izləmə meydançası yaradılıb. Buradan Praqa şəhərinə çox gözəl mənzərə açılır. Terrasda "Yaxşı çobanın" bürünc heykəli yerləşir (heykəlin müəllifi Yozef Kolvodadır). Kaskadlı pilləkənin altında sərgi salonuna keçmək üçün dar keçid yaradılıb. Həmçinin orada şərab zirzəmilərinə aparan giriş yerləşir.
Bugün Cənnət bağına giriş pulsuzdur. Park yay mövsümündə həftənin bütün yeddi günü ziyarətçilər üçün açıq olur.