Daliborka (çex. Daliborka) — Praqa qəsrinin şimal hissəsində, Zlata uloçkanın sonunda yerləşir və onun tarixi istehkamlarının tərkib hissəsidir. Qüllə XV əsrin sonunda memar Benedikt Reyd tərəfindən inşa edilmişdi. Başlanğıcda qüllə 7 mərtəbəli idi, onların ikisini 1581-ci ildə baş vermiş yanğın nəticəsində dağılmışdı. Qüllənin adı, onun ilk sakini olmuş Dalibor Kozoyedin adından götürülmüşdü[1].
Daliborka | |
---|---|
Daliborka | |
50°05′32″ şm. e. 14°24′18″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Memar | Benedikt Reyd |
Tikilmə tarixi | XV əsrin sonları |
Rəsmi sayt | hrad.cz |
Vikianbarda əlaqəli mediafayllar |
II Vladislavın hökmranlığı dövründə ölkədə xaos hakim idi. Kral Macarıstanda yaşayırdı, Çexiyaya nadir hallarda səfər edirdi və hər kəs ədalətin heç bir yerdə tapa bilməyəcəyini bilərək, öz problemlərini özünəməxsus şəkildə, bəzən zorakılıq və hiylə ilə həll etməyə çalışırdı.
O zamanlar Litomerjitse şəhərinin yaxınlığında yerləşən Ploskovitse qəsrində öz qəddarlığı ilə məşhurlaşan cəngavər Adam Ploskovski hökmranlıq edirdi. Onun tabeliyində olan kəndlilər işgəncələrə dözməyərək üsyan edirlər və qəsri mühasirəyə alaraq Adamı əsir götürürlər. Daha sonra onlar kəndliləri azad buraxmasını təsdiqləyən sənədi Adama güclə imzalatdılar. Yalnız bundan sonra, onlar könüllü şəkildə qonşu panlıqda yaşayan və ədalətli hərəkətləri eləcə də sakit xarakteri ilə tanınan Dalibor Kozoyedin tabeliyinə keçirlər. Bu xəbər yerli hökmdarlara gəlib çatdıqda, onlar kəndliləri yenidən Adama geri qaytarır, Daliboru isə Praqa qəsrinin qülləsinə həbs edirlər. Dalibor tutqun kamerada çox əziyyət çəkirdi və onun payına düşən şəri bir az unutmaq üçün, həbsxana rəisindən ona skripka gətirməsini xahiş edir. Bir neçə gün sonra onun xahişi yerinə yetirilir, məhbus Dalibor o gündən skripkada yaxşı çalmaq üçün səhərdən axşama kimi tək-tənha məşq edir. Bir müddət sonra o skripkada elə məhrətlə çalmağa başlayır ki, hətta rəhmsiz nəzarətçilər və mühafizəçilər onu göz yaşları ilə dinləyirdilər.
Tezliklə məhbus skripkaçı haqqda xəbər uzaqlara yayılır və Praqa sakinləri onu dinləmək üçün qəsrin ətrafına toplaşırdılar. O həbsxana kamerasının pəncərəsindən iplə sakinlərə səbəti uzadırdı, onlar isə səbətin içərisinə bəzən bir az pul və ya isti geyim qoyurdular.
Günlərin birində sakinlər yenə də skripkanı dinləmək üçün qüllənin altında toplaşırlar, lakin onlar heç bir şey eşitmirlər. Daliborun kamerasında skripkanı daha eşitməyən sakinlər qülləni mühafizə edən zindançılardan nə baş verdiyini soruşurlar. Zindançı yalnız kədərlə başını yellədi və bununla insanların narahatlıqlarını təsdiqlədi. Başqaları üçün nümunə olmayan Dalibora şəhər hakimiyyəti ən ağır hökmü elan edir. Onu sübh tezdən, hər kəsin yuxuda olduğu vaxtda edəm edirlər. Praqalılar sevimli məhbusuna yas tuturlar və onun xatirəsinə ehtiram əlaməti olaraq qülləni "Daliborka" adlandırırlar.
Bu hadisənin xatirinə, Çexiyada atalar sözü yaranmışdı: "Ehtiyac Daliboru skripkada oynamağa məcbur etmişdi". Lakin çox güman ki, atalar sözünün deşifrəsi elə də romantik deyil. Belə ki, "Skripka" sözü işgəncə alətlərinin birinin adlandırmaq üçün istifadə olunurdu, ehtiyac sözü bu halda əziyyət, təzyiq mənasını daşıyır, yəni "skripkada çalmaq" - öz ideyalarından imtina etmək və hər bir şeyi etiraf etmək mənasını daşıyır.
Daliborkada bir çox sakin, cəngavər və zadəganlar saxlanılırdı. Xüsusi təhlükəli məhbusları tavandan asılmış halqanın içərisindən keçirilən ip vasitəsilə yeraltı həbsxana kameralarına salırdılar və orada bədbəxt məhbuslar aclıqdan tələf olurdular. Sonuncu məhbus 1781-ci ildə, imperator II Yozefin hakimiyyəti dövründə Daliborkanı tərk etdi.