Müqəddəs Vatslav üzümlüyü (çex. Svatováclavská vinice)— Çexiyanın ən qədim üzüm bağlarından biridir. O Praqa qəsrinin şərq hissəsində, Aşağı darvazanın altında və Na Opişi bağı ilə Köhnə qəsr pilləkənləri arasında yerləşir. Bağın bu cür adlandırılmasının əsas səbəbi, müqəddəs Vatslav barədə uydurulan müxtəlif əfsanə və nağıllar ilə bağlıdır. Rəvayətə görə müqəddəs şərabın istehsalı üçün yığılan üzümləri bir zamanlar məhz o bu torpaqda əkmişdi. Burada ənənəyə uyğun olaraq, üzümün Reyn rislingi və Pino Nuar növləri əkilir.
Müqəddəs Vatslav üzümlüyü | |
---|---|
Svatováclavská vinice | |
| |
50°05′09″ şm. e. 14°24′30″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Vikianbarda əlaqəli mediafayllar |
Üzüm bağının əsası müqəddəs Varslav tərəfindən X əsrdə qoyulmuşdu. Bağın salınmasının əsas səbəbi, xristian kilsələri üçün müqəddəs şərabın istehsalı idi. IV Karlın hakimiyyəti dövründə bağın ətrafında qala divarları inşa olunmuşdu. XIX əsrin 30-cu illərində bağın yanında həmçinin memar Emanuel Rixterin layihəsinə uyğun olaraq neoklassik üslubda villa tikilmişdi - onu inşa edən memarın şərəfinə, villa "Rixteruv" adlandırılmışdı. 2008-ci ildə isə üzümlük tarixində ilk dəfə aparılan çoxsaylı bərpa işlərindən sonra ictimaiyyət üçün açılmışdır.
Yay mövsümündə üzümlüyün yuxarı hissəsində restoranlar fəaliyyət göstərir; restoranların birində fəvvarə ilə kiçik bir daş hovuz var və burada istirahət edən əcnəbilərə Praqa körpüləri də daxil olmaqla, Vltava çayının sahilində yerləşən Köhnə şəhərə açılan mənzərəni seyr etmək imkanı yaranır. Aşağı cığır Rixter villasına və daha 2 kiçik restorana aparır.
Vatslav üzümlüyünün girişi qarşısında, yəni bir zamanlar cəngavər və zadəganların saxlanıldığı Daliborka qülləsi ilə Na Opişi parkının arasında müqəddəs Varvaranın heykəli yerləşir. XVII əsrin ortalarında quraşdırılmış heykəlin müəllifi məlum deyil. Müqəddəs Varvara III əsrdə Helipolis şəhərində yaşamışdı. Onun atası Dioskur (Dioskor) bütpərəst idi və imperator Maksimilian dövründə Kiçik Asiyada yaşayan aristokrat sülaləsinin bir nümayəndəsi idi. Öz gözəlliyi ilə seçilən Varvara atası tərəfindən qüllədə gizlədilirdi. Varvara nəhayət azadlığa buraxılanda, o şəhərdə yaşayan xristian icmasına qoşulur. Ata qızının başqa dinə itaət etdiyini bilən zaman, onu işgəncə ilə vəhşicəsinə öldürür.
Müqəddəs Varvara üzüm bağının yerləşdiyi təpənin himayədarı sayılır. Baxımsızlıqdan bərbad vəziyyətə düşən heykəl, 1986-cı ildə Yan Brand və Yirji Novotnı tərəfindən bərpa edilmişdi. Heykəlin başı itirildiyindən keçmişdə sürətlə əvəz edilmişdi, məhz bərpaçıların aparıldığı arxeoloji tətqiqatlar nəticəsində heykəlin orijinal başı bağın ərazisində aşkar edilmişdi. Həmçinin heykəlin gipsdən hazırlanmış kiçik ölçülü modeli Qəsrin depozitarisində saxlanılır.