Eduard Beneşin villası

Edvard Beneşin villası və ya Prezident evi (çex. Prezidentský domek, Vila Dr. Eduarda Beneše) — Çexoslovakiyanın ikinci prezidenti Edvard Beneşə məxsus olmuş Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşən binadır.

Edvard Beneşin villası
Vila Dr. Edvarda Beneše
Xəritə
50°05′33″ şm. e. 14°23′59″ ş. u.HGYO
Ölkə Çexiya Çexiya
Şəhər Praqa
Yerləşir Praqa qəsri
Tikilmə tarixi 19371938
Üslubu Modern
Rəsmi sayt old.hrad.cz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Möhtəşəm Kral bağı Praqada XVI əsrdən mövcuddur. Burada Mərkəzi Avropada nadir rast gəlinən ağac və ekzotik bitkilər yetişdirilirdi. 1731-ci ildə parkın qərb hissəsində, Kraliça Annanın intibah dövrünə aid yay sarayının yaxınlığında, tropik floranın inkişaf etdirilməsi üçün oranjereya kompleksi tikilmişdi. Yüksək barokko üslublu bina K.İ.Dintsenhoferin layihəsi əsasında yaradılmışdır.

1938-ci ildə oranjereya Edvard Beneşin iqamətgahının tərkib hissəsinə çevrilmişdi. Prezident binanın yerləşdiyi ərazini və onun pəncərəsindən gözəl bağa açılan mənzərəni çox bəyənmişdi. Mövcud qədim oranjereya binasına üçbucaq frontonlu və eyni üslubda sadə fasadları olan iki mərtəbəli fligel əlavə edilmişdi. Beləliklə, yeni əlavələr zərif görünüşlü barokko korpusunu ahəngdar şəkildə tamamlayır. Villanın tikintisinə Praqa qəsrinin və Hardçanı rayonunun baş memarı Pavel Yanak rəhbərlik edirdi.

Bu ev 1938-89-cu illər ərzində sosialist Çexoslovakiya Prezidentlərinin rəsmi iqamətgahı olmuşdur. Təhlükəsizlik səbəblərindən həmin illərdə Kral bağının böyük bir hissəsi bağlanmışdı - yalnız Yay sarayının qarşısında olan kiçik bir sahə ictimaiyyət üçün açıq qalmışdı.

Dəyişikliklər yalnız Vatslav Havelin prezidentliyi dövründə baş vermişdir - Prezident öz şəxsi evini rekonstruksiya edən zaman, bir neçə ay bu villada yaşamışdır. Vatslav Klaus da bu iqamətgahda yaşamaqdan imtina edir. 1990-cı ildən, Kral bağı mövsümi rejimində ictimaiyyət üçün açılmışdır. İndi hər bir insan Prezident evini görə və onun fonunda şəkil çəkdirə bilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]