Müqəddəs Xaç kapellası (çex. Kaple svatého Kříže) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinin ən sirli və unikal yerlərindən biridir. 1763-cü ildə inşa edilmiş kapella, bir neçə əsrlər boyunca Praqa qəsrinin ikinci həyətində əsas memarlıq tikintisi olaraq qalmışdır.
Müqəddəs Xaç kapellası | |
---|---|
Kaple svatého Kříže | |
50°05′24″ şm. e. 14°24′00″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Aidiyyatı | Katolisizm |
Tikilmə tarixi | 1756-1764 |
Üslubu | Barokko, Klassisizm |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
VIII əsrdə, ölkənin Mariya Tereza tərəfindən idarə olunduğu bir zamanlarda Praqa qəsri ciddi dəyişikliyə uğramışdır; buraya yeni memarlıq abidələri əlavə edilmişdir. Müqəddəs Xaç kapellası memar Nikkolo Pakassinin layihəsi əsasında 1758-1763-cü illər arasında A. Luraqo tərəfindən inşa edilmişdir. Kapella olduqca alçaqdır, onun aşağı hissəsi kəsilmiş piramida şəklində, üst hissəsi isə dəbilqəyəbənzər formada yaradılmışdı. XIX əsrdə ilkin kapellanın eksteryerində istifadə olunan orijinal barokko üslubu bir az klassisizmə bənzədilmişdir. E.Maks kilsə üçün müqəddəs Pyotr və Pavelin heykəllərini yaradır, məşhur rəssamlar İ. Navratil və V. Kandler isə kilsə divarlarını müxtəlif Bibliya mövzularına aid rəsm əsərləri ilə bəzəyirlər. Beləliklə, memarlar I Ferdinandın "Praqa qəsrini yenidən qurmaq" arzusunu uğurla yerinə yetirirdilər.
Hökmdar 1848-ci ildə könüllü surətdə taxtdan imtina etdikdən sonra burada yaşamışdır. Müqəddəs Xaç kapellası uzun bir müddət onun ailəsi üçün sığınacaq yerinə çevrilmişdir. Əsas altar və İsanın çarmıxa çəkilməsini təsvir edən rəsm əsəri, barokko dövründən əl dəymədən bu günə kimi qorunub saxlanılmış artefaktlardan biridir.
XX əsrdə Müqəddəs Xaç kapellası, yaxınlıqda yerləşən Müqəddəs Vit kafedralının əfsanəvi xəzinəsini nümayiş etdirmək üçün platforma kimi fəaliyyət göstərir. Kolleksiya öz tarixini 1069-cu ildən bəri sədaqətlə qoruyur. 1961-ci ildən başlayaraq, burada 130-dan çox böyük tarixi və bədii dəyərə malik əşyalar (məsələn zərif bəzədilmiş əmanətlər, ibadət üçün istifadə olunan qablar, ustalıqla bəzədilmiş kilsə geyimləri və s.) nümayiş olunur. Əşyaların əksəriyyəti qızıl suyuna çəkilmiş gümüş və ya təmiz qızıldan hazırlanmışdı.
Müqəddəs Xaç kapellası, ruhani enerji ilə çox zəngin bir yerdir. Kilsəyə olan hörmət o qədər yüksək idi ki, hətta imperator IV Karl onu ziyarət edərkən, təvazökarlıq əlaməti olaraq ona ayaqyalın daxil olurdu. Səyyahlar arasında belə bir inam var ki, bütün Praqa qəsrində olduğu kimi, burada da bütün mühüm maddi arzular həyata keçirilir. Buna görə də, böyük ehtimalla bir neçə əsrlər boyu ictimaiyyətin gözündən gizlədilmiş xəzinələri seyr edən xoşbəxt müşahidəçi estetik zövqlə yanaşı, maliyyə işlərində də böyük uğurlar əldə edəcək.
Sərgidə ən qiymətli artefaktlardan biri qızılı relikvari-xaçı sayılır. Relikvari XIV əsrdən, yəni Müqəddəs Roma imperatoru IV Karlın hakimiyyəti dövründən Məsihin əmanətlərini saxlamaq üçün bir qab kimi istifadə edilmişdir. Xaç boşluğunda həqiqi xaçın bir hissəsi, eləcə də göyəmin tikanları vardır. Relikvari perimetr boyunca mavi qiymətli daşlarla (əsasən, sapfir və akvamarin ilə) və həqiqi mirvarilərlə bəzədilmişdir. Həmçinin qədim sənət nümunələri arasında müqəddəs Stefanın qılıncını (XX əsr), dəbilqəsini və IX əsrin sonu-X əsrin əvvəllərinə aid edilən müqəddəs Vatslavın sadağını görmək olar.
Daha sonrakı əşyalar sırasında, 1766-cı ildə hazırlanmış və 700-dən çox qiymətli daşlar ilə bəzədilmiş qızıl "siborium" (sovqat mücrüsü) ən görkəmli artefaktlardan biri hesab olunur. Həmin bu qızıl artefakt Çexiya ərazisində qorunub saxlanılmış 3 barokko nümunəsindən biridir. Sərginin ziyarətçiləri həmçinin əslən ziyalı və varlı insanların istifadəsi üçün nəzərdə tutulmuş digər artefaktlara da baxa bilərlər.
Bir müddət öncə, sərgi üçün yeni və böyük həcmli yer təmin etmək məqsədilə, Müqəddəs Xaç kapellasında genişmiqyaslı bərpa işləri həyata keçirilmişdi.