Bu məqaləni vikiləşdirmək lazımdır. |
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Daş Salahlı | |
---|---|
41°08′29″ şm. e. 45°16′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 62.54[1] |
Mərkəzin hündürlüyü | 508 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 15.641[1] nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey (dağ)-ının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır.[2] Bir haşiyə: Azı 200–300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbiristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50–60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək. Bəlkə qoyulan suala da burdan cavab tapılacaq.
Daş Salahlı kəndi Avey dağının ətəyindədir. Salahlılar qədim Qazax tayfa birliyinə daxil olmuşdur.[3]Toponim "daş" sözündən və "salahlı" etnonimindən ibarətdir. Ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə belə adlanmışdır. Bu məlumat və onun mənbəyi haqda yuxarıda danışdığımız üçün təkrar həmin məsələyə qayıtmırıq. Bircə məsələyə diqqət edək: Atalar sözlərinin, aforizmlərin, hətta ən xırda bir dialektin belə ya dini ya tarixi kökünün və mənasının olduğu kimi yer adlarının da bu cür yaranışı və təkamülü mütləq var. Etik normalara hörmət edib və məsuliyyətimizi dərk edib burda çox dayanmırıq.
Azərbaycan Respublikasında ən qədim yaşayış məntəqələrindən biri də rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşən, təxminən 10 min nəfər əhalinin yaşadığı Daş Salahlı kəndidir. Kənd hazırda el arasında "Aşırlı" və "Daş Salahlı" adlandırılmaqla iki hissədən ibarət olan formada tanınır. İnzibati ərazi bölgüsü baxımından isə belə bir bölgü yoxdur, kəndin vahid ərazisi "Daş Salahlı" adlanır. Lakin, 1918-ci il Azərbaycan Demokratik Cumhuriyyətinin inzibati xəritəsində Damcılı mağarasının aşağı hissəsində yerləşən ayrıca "Aşırlı" adlı yaşayış məntəqəsinin adına rast gəlmək mümkündür. Və bu kənd Daş Salahlının 1950–53-cü illərdə köhnə yerindən (kəndin əvvəl yerləşdiyi ərazi indiki ərazidən 1–2 km qərbdə, Avey dağının ətəyində olmuşdur) hazırkı ərazisinə köçürülən vaxt əvvəlki ərazisindən köçürülərək Daş salahlı kəndi ilə birləşdirilmişdir, Daş Salahlı kəndində mancanlılar, qurbanlılar, Abbas evləri məmmədalılar, bayram evləri, hüseyn evləri, zurafoğlu, sofuyevlər, cəfər evləri, nəbililər, nəsiblilər, cürənlilər, əfəndi evləri, pənah evləri, xəlil evləri, qaya evləri, eyyub evləri, şərif evləri, çolaqlılar, dönməzlilər, gülü evləri, molla həsənlilər, hambıllar, qanın evləri, canavarqıran evləri, avışlar, qaybullayevlər, göyüşovlar, mehdililər, məşədilər, süleymanlılar, ismiyevlər, iravanlılar, lalayevlər, bəyimlər, mərdanlılar, tənbəllilər, qasım evləri, rəfiyevlər, dəlləklilər, şivlioğlu, əlvəndovlar, pirməmmədovlar, veyisovlar, ağqıraxlılar, allahqulu evləri, cəbililər, molla əsgər evləri, kosayevlər, dəmirçiyevlər, səttarovlar və bir neçə soya bölünmüş başqa nəsillər yaşayır. Bu arada hansısa nəslin, soyun adının çəkilməməsinin tərəfkeşlik, ayrı-seçkilik və s. kimi yox, sadəcə bir yaddaş məsələsi kimi qiymətləndirilməsini rica edirik. Aveydağın cənubunda, Daş Salahlı kəndinin ərazisində yerləşən "Qarasu" su anbarının şimal-qərbində yerləşən "Baxçalı" qəbiristanlığı adlanan qəbiristanlıqdakı miladi tarixi ilə 1700-cü ilə aid qəbirlərdən birinin üzərində "Qaya oğlu" ifadəsi həkk olunmuşdur. Qəbrin üzərində əski əlfba ilə hicri-qəməri təqvimi ilə dəqiq tarix qeyd olunmuşdur. Yeri gəlmişkən bu qədim qəbiristanlığın da araşdırmaya ehtiyacı var. Bu ərazilərdə İbtidai icma quruluşundan üzü bəri tarixin istənilən dövrlərinə aid olan kifayət qədər tarixi abidə, qədim insan məskənləri, düşərgələr, qəbiristanlıqlar və digər tarixi, maddi-mədəniyyət abidələri tapmaq mümkündür. Misal: Azıx mağarasından sonra Azərbaycan ərazisində ikinci ən qədim yaşayış məskəni olan məşhur Damcılı mağarası, Aveydağın zirvəsində yerləşən VII əsrə aid qədim alban məbədi, məbədin ətrafında yerləşən ən qədim insan məkənləri olan Aveydağ mağaraları, Bu dağın cənubunda yerləşən qədim insan məskənləri, su bəndləri, ovdanlar, istinad divarları və digər tikililər, qədim insan məskəni olan Rza çalı ("Çal" yerli dialektlə orta hündürlüklü relyef forması olan təpəyə deyilir), Rza çalından 200–300 m cənub-şərqdə yerləşən altı bürclü qədim istehkamın qalıqları, Aveydağın cənub-qərbində yerləşən, qədim albanlara aid olduğu güman edilən, sənduqə tipli qəbirlərin olduğu qəbiristanlıq və onlarla digər tarixi faktlar bu yerlərin qədim insan məskəni olmasından xəbər verir. Bu abidələr "Avey" dövlət tarix-mədəniyyət qoruğunun nəzarət əhatəsinə aid olmaqla əhəmiyyətlilik dərəcəsinə görə ayrı-ayrı qruplara bölünmüş və mühafizə olunur.
Daş Salahlı oyk., mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Avey dağının ətəyindədir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Qazax eli Azərbaycanın qədim ellərindən biridi. Qazax bölgəsinde çox qədim türk toponimləri var. Qazax sözünündə yaranmasıda "oquz+ak", "quz+ak" "qazax" formasında olub "ağ oğuz" deməkdir. Qeyd edilməlidir ki, "oğuz" türk anlayışı rəsmi tarixin qəbul etdiyi kimi X əsrdə formalaşmamış, əksinə 6–7 minilikləri əhatə edir. Qazax rayonunda olan Salahlı və DaşSalahlı kimi kəndlərin adına nəzər saldıqda bu ərazinin nə qədər qədim türk yurdları olduğu aşkar görünür. Salahlı sözü qədim SAK türklərinin adı ilə bağlıdır. SAK+AK+lı formasında yaranıb, "sakaklı", "salaklı", "salahlı" formasına düşmüşdür. "Ag sak lı" demekdir. Kəmərlı kəndinin adı "qəmər+li" sözündən yaranıb, qəmər türkləri ilə bağlıdır. Qəmər türkləri "qıpcaq", "kuman"adlarıylada tarixdə xatırlanır. Alpout kəndidə "alp+an" türklərinin tarixiylə bağlıdır. Tovuz rayonunun adı da "dış oğuz" "tiş+guz" "tiğuz" formasında yaranmışdır (Rəşad Tahiroğlu Mərdanov).
Kənddə məscid, mədəniyyət evi, polis bölməsi, İcra nümayəndəliyi, bələdiyyə, Şəhidlər xiyabanı, Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş abidə kompleksi, kitabxana, klub, iki tam orta məktəb, uşaq bağçası, poçt, elektron telefon stansiyası (EATS), həkim məntəqəsi və digər ticarət və ictimai-iaşə obyektləri var. Məktəblərə, mədəniyyət evinə və mərkəzi küçəyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində həlak olmuş qəhrəman kənd sakinlərinin adları verilmişdir. 1 saylı Tam orta məktəb məktəbin məzunu Araz Əmilovun, 2 saylı Tam orta məktəb məktəbin məzunu və kəndin ilk şəhidi Şahin Cəbiyevin, Mədəniyyət evi Rövşən Pənahovun və mərkəz küçə Fidat Məmmədovun adını daşıyır. Daş Salahlı kəndi ümumilikdə 13 nəfər şəhid verib. Onlar Şahin Cəbiyev, Mehman Cürənov, Fidat Məmmədov, Araz Əmilov, Əmir İbrahimov, Namiq Hacıyev, Vahid Osmanov, Rövşən Pəhanov, Rəsul Veyisov, İslam Əsgərov, İmran Mancanov, Süleyman Süleymanov Mayis Yaqubov və Azad Kərimovdur. Allahdan onların hər birinə və bütün şəhidlərimizə rəhmət diləyirik!
Kəndin ərazisi əhəng daşı, gil-bentonit, tikinti daşları, sement xammalı və başqa təbii sərvətlərlə zəngindir. Burada müasir Gil-Bentonit zavodu, Qazax sement zavodu, Şərab zavodu, daş karxanaları kimi iri hasilat, istehsal və emal müəssisələri fəaliyyət göstərir. "Azərbaycan Dəmir yolları" QSC-nin Qazax dəmiryolu stansiyası ilə Qazax sement zavodu və "AzRosProminvest" MMC-nin Daş Salahlı kəndi ərazisindəki dəmiryolu stansiyaları arasındakı məsafə 9–10 km-dir.
Daş Salahlı kəndi neçə-neçə alim, hüquşünas, mühəndis, iqtisadçı, jurnalist, müəllim, həkim, və digər peşə və sənət adamlarını yetişdirmişdir. Məxsusi olaraq, Qazax rayonunda ən dəyərli ziyarət yerlərindən biri olan "Hacı Mahmud Əfəndi türbəsi"nin (Göy Türbə) inşasına rəhbərlik etmiş, Daş Salahlı kəndinin məşhur Miralayevlər soyunun layiqli nümayəndəsi, Mahmud Əfəndinin qızı Sayalı xanımın həyat yoldaşı Mustafa bəy Miralayevin (XIX əsrin 60-cı illəri), o dövrün (ötən (XX) əsrin əvvəlləri) ictimai-siyasi həyatında danılmaz fəaliyyəti olan general qubernator Məmməd Koxanın, Aşıq Bəhrəm Həsənovun, Mirzə Səmədin, Paşa Salahlının adlarını çəkmək istərdik. Məmməd Koxanın (Mahmudov) həyat yolu və fəaliyyəti haqqında tanınmış tarixçi-jurnalist Şəmistan Nəzirlinin əsərlərində və məqalələrində kifayət qədər məlumat var.
2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 8762 nəfər əhali yaşayır. Əhalinin 4367 nəfəri kişilər, 4395 nəfəri qadınlar təşkil edir.[5]
Hazırda əhali 15641 nəfərdir.
Daş Salahlı kəndində din İslam dinidir. Kənd camaatı Sünni məzhəbini mənimsəyib. Buna səbəb kimi keçmişdə din xadimlərinin sünni mədrəsələrdə təhsil almaları və dini məsələlərdə yerli sakinlərin daha çox osmanlı türklərindən təsirlənmələrini göstərmək olar. Daş Salahlıda yaşayan din xadimlərinin yazılı mənbələrdə ilk dəfə adları 1861-ci ildə qeydə alınıb. Qafqaz müftüsü Məhəmməd əfəndi Müftizadənin imzaladığı 30 mart 1861-ci il tarixli sənəddə, Daş Salahlıda vergi ödəyən ruhanilərin adları qeyd olunub. Adları göstərilən 4 din xadimi aşağıdakılardır:
1. Molla Mustafa əfəndi oğlu,
2. Məmməd əfəndi Əfəndi oğlu,
3. Hüseyn əfəndi Molla Məmməd oğlu,
4. Molla Nəbi Molla Mustafa oğlu .
26 yanvar 1862-ci ildə yazılmış başqa bir sənəddə isə Daş Salahlıda mollalıq edən və vergidən azad edilmiş 6 din adamı haqqında yazılıb: 1. Məmməd əfəndi Molla İsmayıl oğlu (doğum ili 1805, dini vəzifəyə 1832-ci ildə təyin olunub) 2. Xəlil əfəndi Qasım əfəndi oğlu (doğum ili 1830, dini vəzifəyə 1856-cı ildə təyin olunub) 3. Hüseyn əfəndi Məmməd oğlu (doğum ili 1795) 4. Hacı Alı əfəndi Molla Süleyman oğlu (doğum ili 1825, dini vəzifəyə 1856-cı ildə təyin olunub) 5. Molla Mustafa Molla İsmayıl oğlu (doğum ili 1815) 6. İsmayıl əfəndi Molla Xəlil oğlu (dini vəzifəyə 1851-də təyin olunub) 1866-cı ildə Daş Salahlıda 2 məscid fəaliyyətdə olub(mənbə "Salahlı Eli" İsmayıl Umudlu). Sovet hakimiyyəti dövründə məscidlər baxımsızlıq səbəbindən dağılmış və yerlərində heç bir iz qalmamışdır. Hal-hazırda Daş Salahlıda bir məscid var. Məscidi xeyirxah kənd sakinlərindən biri — usta İslam Allahverdiyev şəxsi hesabıyla inşa etdirib, kənd camaatının istifadəsinə vermişdir (redaktə Nicat Novruzov).
Kənddə Daş salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.[6]./`+
Qazax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |