Əsəd bəyin evi — Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür. Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar.
Əsəd bəyin evi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa |
Sifarişçi | Əsəd bəy |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | ermənilər tərəfindən dağıdılıb |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 343 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir.
Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində inşa etdirilmişdir.[1]
Natəvanın sarayı yaxınlığında yerlşən Əsəd bəyin evinin memarlıq və plan həllində Şəki şəhərində yerləşən Şəkixanovların evi ilə çoxlu ortaq xüsusiyyətlər vardır.[1] Şəkixanovların evində olduğu kimi, Əsəd bəyin də evinin kompozisiya mərkəzində T-formalı böyük zal yerləşir. Evin digər otaqları isə həmin bu zalın ətrafında qruplaşdırılıb.[1]
Əsəd bəyin evini bu cür plana malik əsilzadə evlərindən fərqləndirən əsas xüsusiyyət onun çoxotaqlı olmasıdır. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür: mərkəzdə iri zal və onun ətrafında kiçik otaqlar, iki tərəfdə isə hər biri iki otaqdan ibarət olan daha iki qrup otaq yerləşir.[1]
Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil.[1] İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar. Pilləkənlərin hər biri xarici marş və dərin nişdə yerləşdirilmiş daxili marşdan ibarətdir.[1] Bu pilləkənlər ikinci mərtəbədə yerləşən iki vestibülə aparır. Həmin vestibüllərdən kiçik dəhlizlər vasitəsiylə iri qonaq zalına keçmək mümkündür. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir.[1]
Evin poliqonal daş hörgüsünə və kiçik pəncərə yerlərinə malik birinci mərtəbəsi üzərində həm bölünmələrinə, həm də inşaat materialına görə daha yüngül təsir bağışlayan ikinci mərtəbə yerləşir. Birinci mərtəbənin pəncərələri petrik tağlar sırası ilə əhatə edilmişdir. Birinci mərtəbənin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbənin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunmuşdur.[1] Fasadın kompozisiyası üç nəhəng şəbəkə pəncərə və onların yanında yerləşməklə bir qədər birinci mərtəbəyə də keçən iki dərin niş əsasında qurulmuşdur.[1]
Erməni işğalından sonra evin vəziyyəti: