Hökmdar sarayı (Qədim Gəncə)

Hökmdar sarayıQədim Gəncə qala-şəhərində yerləşən XI-XII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidə 1939-1940-cı illərdə arxeoloq İ. Cəfərzadənin rəhbərliyi ilə aparılmış qazıntı-tədqiqat işləri zamanı aşkar edilmiş və öyrənilmişdir.

Hökmdar sarayı
Sarayın xarabalıqları
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Qədim Gəncə
Tikilmə tarixi XI-XV əsrlər
Üslubu Arran memarlıq məktəbi
Material çiy kərpic, çaydaşı, bişmiş kərpic, gil məhlulu, əhəng məhlulu
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.567
Kateqoriyanekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır. Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar.

Saray binasının və kompleksə daxil olan digər tikililərin divarları çiy kərpic və gil məhlulundan istifadə edilməklə inşa edilmişdir. Yalnız kompleksi əhatə edən divarların inşasında çaydaşı və əhəng məhlulundan istifadə olunmuşdur.

Saray kompleksini əhatə edən müdafiə divarlarının dövrümüzə çatmış xarabalıqları

1939-cu ildə Qədim Gəncə qalasının birinci qala divarı daxilində, qala divarının şərq künc qülləsindən 200 addım şimalda həyata keçirilmiş qazıntılar zamanı 240 m2 sahəyə malik yaşayış kompleksinin qalıqları aşkarlanmışdır.[1] Yaşayış kompleksinin ətrafında çoxlu sayda xidməti otaqlar da açılmışdır. Dəbdəbəli xüsusiyyəti, orta əsrlər üçün həddən artıq böyük olan ərazisi və yerləşdiyi əraziyə (kompleks şəhərin tam mərkəzində, sitadelin daxilində yerləşir) görə aşkarlanmış kompleksin Hökmdar sarayı olması qərarına gəlinmişdir.[1]

Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır.[2] Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar. Y. A. Paxomovun saraydan əldə edilmiş sikkələri araşdırması nəticəsində məlum olmuşdur ki, böyük zalın döşəməsindən tapılmış qızıl sikkələr Bizans imperatori IV Romana (1068-1070) və Yevdokiyaya (1069-1071) (oğlanları Mixail (1071-1078), Andronik və Konstantinlə birlikdə) aiddir. Sikkələrin hamısı 1067-1070-ci illər arasında zərb edilmişdir.[2]

Qətran Təbrizinin şeirlərində Şəddadi hökmdarı II Əli Ləşkərinin Gəncədə Ləşkəriabad adlı şəhər saldırdığı qeyd edilir.[3]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Saray binasının və kompleksə daxil olan digər tikililərin divarları çiy kərpic və gil məhlulundan istifadə edilməklə inşa edilmişdir. Yalnız kompleksi əhatə edən divarların inşasında çaydaşı və əhəng məhlulundan istifadə olunmuşdur.[1]

Sarayın divarları daxildən gil məhlulu ilə üzlənmişdir. Otaqlardan birində gil məhlulunun üzərindən alebastr məhlulu izlə daha bir üzlük çəkilmiş həmin üzlük isə divar rəsmləri ilə bəzədilmişdir.[2]

Hökmdar hamamı

[redaktə | mənbəni redaktə et]

Hökmdar hamamı 1938-1939-cu illərdə Qədim Gəncə qalası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı, birinci qala divarı daxilində yerləşən Hökmdar sarayının yanında aşkar edilmişdir.[2] Tikilinin memarlıq xüsusiyyətləri, otaqların və suyun qızdırılması üçün şəraitin yaradılması, həmçinin iki su kəmərinin aşkarlanması tədqiqatçıların bu tikilinin hamam olmasını deməyə əsas vermişdir.[4]

  1. 1 2 3 Джафарзада, 1949. səh. 61
  2. 1 2 3 4 Джафарзада, 1949. səh. 62
  3. Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. Archived from the original on 6 July 2015. İstifadə tarixi: 14 March 2015.
  4. Джафарзада, 1949. səh. 63
  • Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.