Hacı Zeynalabdin Tağıyevin villası

Tağıyevin villasıMərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub.

Tağıyevin villası
Xəritə
40°17′26″ şm. e. 50°04′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Mərdəkan, Əzizbəyov küçəsi, 59
Memar Yuzef Qoslavski
Sifarişçi Hacı Zeynalabdin Tağıyev
Tikilmə tarixi 18931895
Sahəsi 8 ha
İstinad nöm.2579 (2 №-li vərəm xəstəlikləri sanatoriyası)
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiYerli əhəmiyyətli
Tağıyevin villası (Azərbaycan)
Tağıyevin villası

XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları[1].

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Planlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır[1].

Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur[1].

  1. 1 2 3 Ш.С.Фатуллаев, "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. ст.177