Gürcü yazısı[3] – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.[4]
Gürcü yazıları | |
---|---|
| |
Yazı tipi | samit-sait |
Dillər | Gürcü dili (orijinal) və digər Kartvel dilləri |
Ərazi | Gürcüstan |
Yaranma tarixi | V əsr[2] |
Dövr | 430[1] |
İstiqaməti | soldan→sağa |
Mənşəyi | Yunan əlifbası |
Unikod | U+10A0–U+10FF |
ISO 15924 | Geor |
Vikianbarda əlaqəli mediafayllar |
Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir.[5] Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur.[4][6]
Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir.[7]
Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur.
Yazıların ilk versiyası Asomtavruli kimi tanınır, digər hərflər isə sonrakı əsrlər ərzində formalaşmışdır. Əksər tədqiqatçılar gürcü əlifbasının yaradılmasını gürcü dilli əhalinin məskunlaşdığı Kartli (klassik mənbələrdə İberiya) ərazisinin xristianlaşdırılması dövrü ilə bağlayırlar.[8] Böyük ehtimal ki, gürcü əlifbası erməni əlifbası ilə eyni dövrdə[9] - kral III Mirianın hakimiyyəti dövründə İberiyanın xristianlaşdırılması (326 və ya 337) və Bir El Qutt yazıları (430) arasındakı dövrdə yaradılmışdır.[10] Əlifba ilkin olaraq Bibliya və digər xristian mətnlərinin gürcü dilinə çevirilməsi üçün rahiblər tərəfindən Gürcüstan və Fələstində istifadə olunmuşdur.[11] Professor Levan Çilaşvili Gürcüstanın Kaxetiya ərazisindəki Nekresi xarabalıqlarından 1980-ci illərdə arxeoloji qazıntılar zamanı aşkarladığı Asomtavruli yazılarını b.e. I-II əsrlərinə aid etsə də, onun bu tarixləndirməsi qəbul edilmir.[12]
Gürcü yazılarının yaradılması ilə bağlı alimlər arasında başqa bir mübahisə isə bu prosesdə erməni kleriklərinin rolu ilə bağlıdır. Bəzi tədqiqatçılar və orta əsr erməni dilli mənbələr erməni əlifbasının yaradıcısı olan Mesrop Maştotsun həm də Gürcü və Qafqaz Albaniyası əlifbalarını yaratdığını qeyd edirlər. Bu ənənə V əsrdə Maştotsun bioqrafiyasını yazmış tarixçi Koryunun əsərinə əsaslanır[13], daha sonrakı dövrdə yaşamış tarixçilərin əsərlərində də həmin əsərə istinadla bu məlumat verilmişdir.[14][15] Lakin, həm gürcü[16], həm də qərb alimləri[11] bu məlumatı tənqid edərək Koryunun məlumatının düzgün olmadığı və ya sonradan əsərə əlavə edilməsi qərarına gəlmişlər. Digər tədqiqatçılar isə Koryunun məlumatlarına şübhə etmədən onu olduğu kimi qəbul edirlər.[17][18] Bir çoxları isə, şəxsən Maştotsun yox, ümumilikdə erməni kleriklərinin Gürcü yazılarının formalaşmasında iştirak etmələrini ehtimal edirlər.[11][19][20]
Gürcü ənənəsində, yazıların tarixi “Kartli çarlarının tarixi” kimi orta əsrlər mənbələrində qeyd edilir və burada Gürcü yazılarının tarixi eramızdan əvvələ kimi aparılaraq, onun kral I Parnavaz (e.ə. III əsr) tərəfindən kəşf edildiyi bildirilir.[11] Heç bir arxeoloji dəlil aşkarlanmadığından bu məlumat hazırda daha çox əfsanəvi fikir kimi qəbul edilir və elmi mənbələrdə inkar olunur.[11][14][19] Gürcü linqvisti Tamaz Qamkrelidze ənənəvi məlumata fərqli yanaşma təklif edərək xristianlıqdan əvvəlki dövrdə gürcü mətnlərini yazmaq üçün xarici yazılardan (Arami əlifbasına alloqlotoqrafiya) istifadə olunması ehtimalını bildirir.[21]
Digər bir məsələ isə Gürcü əlifbasının daha çox Yunan əlifbasından yoxsa Arami əlifbası kimi semit əlifbalarından təsirlənməsi ilə bağlıdır.[21] Müasir tarixşünaslıqda Yunan əlifbası ilə oxşarlıqlara daha çox diqqət yetirilir və Gürcü əlifbasının digər Qafqaz yazı sistemləri ilə müqayisədə say və düzülüş baxımından fərqlənməsi vurğulanır.[11][22] Bəzi tədqiqatçılar gürcü yazılarının xristianlıqdan əvvəlki gürcü mədəni simvolları və tayfa işarələrindən də təsirlənə biləcəyini qeyd edirlər.[23]
Asomtavruli (gürc. ასომთავრული) ən qədim gürcü yazısıdır. Asomtavruli sözü gürcü dilində “aso” (gürc. ასო) – yazı və “mtavari” (gürc. მთავარი) əsas/baş sözlərindən əmələ gəlməklə “əsas yazı” anlamını ifadə edir. Bu yazı həm də Mrqvlovani (gürc. მრგვლოვანი) adlanır ki, bu söz də gürcü dilində “mrqvali” (gürc. მრგვალი) – dairə sözündən əmələ gəlməklə dairəvi anlamını verir, bu isə hərflərin dairəvi yazılışına əsaslanır. Adında baş/böyük sözünün olmasına baxmayara, müasir gürcü yazısı Mxedruli kimi Asomtavruli yazısı da böyük hərflərə malik deyil.[24]
Ən qədim Asomtavruli yazıları V əsrdən əvvələ aid olan[25] Bir El Qutt[26] və Bolnisi[27] kitabələridir.
IX əsrdən etibarən Nusxuri yazısının daha geniş istifadə olunması ilə Asomtavruli yazısının rolu azalmağa başlayır. Lakin, X-XVIII əsrlər ərzində epiqrafik yazılar üçün Asomtavruli yazısından istifadə olunmağa davam edilir. Məhz həmin dövrdə Asomtavruli yazısı daha dekorativ görünüş alır. Nusxuri yazısının istifadə olunduğu IX əsr əlyazmalarında Asomtavruli yazısı kitabların adının və fəsillərin birinci hərfinin yazılması üçün istifadə olunurdu.[28] Lakin, tamamilə Asomtavruli yazısı ilə yazılmış və XI əsrə aid olan əlyazmalar da tapmaq mümkündür.[29]
Erkən dövrdə Asomtavruli hərfləri bərabər ölçülü idi. Gürcü tarixçi və filoloqu Pavle İnqorovka qeyd edir ki, Asomtavruli yazısı Gürcü əlifbası kimi bustrofedon olmuşdur, buna görə də, onun saxlanılmış ən qədim nümunələri soldan sağa yazılmışdır.[30]
Əksər Asomtavruli hərflərində düz xəttlər horizontal və vertikal olmaqla düz bucaq altında kəsişir. İti bucaq altında kəsişən yeganə hərf Ⴟ (ჯ jani) – dir. Bu istisnanı şərh etmək üçün müxtəlif fikirlər səsləndirilmişdir. Gürcü linqvist və sənət tarixçisi Helen Maxavariani jani hərfinin Məsih monoqramından törəməklə Ⴈ (ი ini) və Ⴕ (ქ kani) hərflərindən yarandığını düşünür.[31] Gürcü alimi Ramaz Pataridzenin fikrinə görə isə, jani hərfi əlifbanın sonunu bildirməklə, Finikiya əlifbasındakı tav (X), Yunan əlifbasındakı xi (X) və Latın əlifbasındakı X hərfi ilə eyni xüsusiyyətə malikdir.[32]
VII əsrdən etibarən bəzi hərflərin forması dəyişməyə başlamışdı. Hərflər bərabər ölçülərini itirməyə başlamış, onlara yuxarı və aşağı hissədən çıxıntılar əlavə edilmişdir.[33][34]
Ⴀ ani |
Ⴁ bani |
Ⴂ gani |
Ⴃ doni |
Ⴄ eni |
Ⴅ vini |
Ⴆ zeni |
Ⴡ he |
Ⴇ tani |
Ⴈ ini |
Ⴉ k'ani |
Ⴊ lasi |
Ⴋ mani |
Ⴌ nari |
Ⴢ hie |
Ⴍ oni |
Ⴎ p'ari |
Ⴏ zhani |
Ⴐ rae |
Ⴑ sani |
Ⴒ t'ari |
Ⴣ vie |
ႭჃ Ⴓ uni |
Ⴔ pari |
Ⴕ kani |
Ⴖ ghani |
Ⴗ q'ari |
Ⴘ shini |
Ⴙ chini |
Ⴚ tsani |
Ⴛ dzili |
Ⴜ ts'ili |
Ⴝ ch'ari |
Ⴞ khani |
Ⴤ qari |
Ⴟ jani |
Ⴠ hae |
Ⴥ hoe |
Nusxuri yazısı ilə yazılmış əlyazmalarda Asomtavruli hərfləri kitabın adını və fəsillərin birinci hərflərini yazmaq üçün istifadə olunmuşdur. Nusxuri mətnlərinin ilkin inkişafı dövründə, Asomtavruli hərfləri xüsusi inkişaf etdirilməmişdi və yalnız ölçülərinə və bəzən də kinovar mürəkkəbi ilə yazılması ilə seçilirdi. X əsrdən etibarən isə hərflərin bəzədilməsinə başlanılır. Asomtavruli kapitallarının stili əlyazmanın dövrünü müəyyənləşdirmək üçün istifadə olunur. Məsələn, Bizans dövründə, Bizans imperiyasının Gürcüstan krallığından təsirlənməsi nəticəsində kapitallar quş və heyvan təsvirləri ilə bəzədilirdilər.[35]
XI əsrdən etibarən Asomtavruli hərflərinin “çiçək-uclu”, “kəskin-uclu” və “xallı-uclu” formaları inkişaf etdirilmişdir. Birinci və ikinci formalar XI-XII əsrlər əlyazmalarında istifadə olunsalar da, üçüncü forma XVIII əsrə qədər işlədilmişdir..[36][37] Yazıda istifadə edilən mürəkkəbin rəngi də əhəmiyyətə malik idi.[38] Asomtavruli hərflərindən დ (doni) tez-tez balıq və quş bəzəkləri ilə yazılır.[39]
Asomtavruli hərflərinin buruq dekorativ formasında hərflər bir-birinə toxunur və ya iç-içə yazılır və ya kiçik hərflər daha böyük ölçülü hərflərin içində yazılır. Bu forma əsasən əlyazmaların və ya kitabların başlıqlarının yazılması üçün istifadə olunsa da, tamamilə buruq formalı Asomtavruli yazısı ilə yazılmış əlyazmalara da rast gəlinir.[40]
Aşağıdakı cədvəldə hər bir Asomtavruli hərflərinin yazılma tərzi və xəttlərin istiqaməti göstərilir:[41]
Nusxuri (gürc. ნუსხური) ikinci gürcü yazısıdır. Nusxuri sözü gürcü dilində ölçü və ya cədvəl anlamını verən nusxa (gürc. ნუსხა) sözündən əmələ gəlmişdir. Dini əlyazmalarda Nusxuri yazıları Asomtavruli bəzəkli kapitalları ilə zənginləşdirilmişdir. Bu kombinasiya Xutsuri (xutsesi (gürc. ხუცესი) – klerik sözündən əmələ gəlmiş (gürc. ხუცური, "klerikal" sözü əsasında) və əsasən aqioqrafik əlyazmalarda istifadə olunmuşdur.[42]
Nusxuri yazısı ilk dəfə IX əsrdə Asomtavruli yazısının qrafik variantı kimi meydana çıxmışdır.[43] Bu yazının ən qədim nümunəsi 835-ci ilə aid Ateni Sioni kilsəsindən tapılmış kitabədir.[44] Dövrümüzə çatmış ən qədim Nusxuri əlyazması 864-cü ilə aid edilir.[45] X əsrdən etibarən Nusxuri Asomtavruli üzərində üstünlük əldə etmişdir.[42]
Nusxuri hərfləri hündür ölçüləri və sağa meylli olmaları ilə fərqlənirlər. Hərflər kəskin kənarlara və Asomtavruli hərflərində olduğu kimi sadə formaya malikdirlər. Bu xüsusiyyətlər əlyazmaların daha asan yazılmasına imkan verirdi.[46]
ⴀ ani |
ⴁ bani |
ⴂ gani |
ⴃ doni |
ⴄ eni |
ⴅ vini |
ⴆ zeni |
ⴡ he |
ⴇ tani |
ⴈ ini |
ⴉ k'ani |
ⴊ lasi |
ⴋ mani |
ⴌ nari |
ⴢ hie |
ⴍ oni |
ⴎ p'ari |
ⴏ zhani |
ⴐ rae |
ⴑ sani |
ⴒ t'ari |
ⴣ vie |
ⴍⴣ ⴓ uni |
ⴔ pari |
ⴕ kani |
ⴖ ghani |
ⴗ q'ari |
ⴘ shini |
ⴙ chini |
ⴚ tsani |
ⴛ dzili |
ⴜ ts'ili |
ⴝ ch'ari |
ⴞ khani |
ⴤ qari |
ⴟ jani |
ⴠ hae |
ⴥ hoe |
Aşağıdakı cədvəldə hər bir Nusxuri hərflərinin yazılma tərzi və xəttlərin istiqaməti göstərilir.[47]
Asomtavruli daha çox ikonoqrafiya, divar rəsmləri və eksteryer dizaynında, xüsusilə daş qabartmalarda istifadə olunur.[48] 1950-ci illərdə gürcü linqvisti Akaki Şanidze Asomtavruli hərflərini Mxedruli hərfləri içində cümlə başında, latın hərflərində olduğu kimi istifadəsinə cəhd etsə də, bu cəhd uğurlu alınmamışdır.[49][50] Mxedruli yazısı ilə yanaşı Asomtavruli və Nusxuri yazısı da Gürcü Ortodoks Kilsəsi tərəfindən rəsmən istifadə olunur. Gürcüstan patriarxı II İliya hər üç yazının istifadəsi üçün çağırış etmişdir.[51]
Mxedruli (gürc. მხედრული) üçüncü və hazırda istifadə olunan gürcü yazısıdır. Gürcü dilində “atlı”, “cəngavər”, “döyüşçü”[52] və “kavalyer” mənasını verən mxedari (gürc. მხედარი) sözündən əmələ gəlmiş mxeduri sözü “süvari” və ya “hərbi” mənalarını ifadə edir.[53]
Digər iki gürcü yazısı kimi Mxedruli yazısı da tamamilə unikameraldır. Mxedruli yazısı ilk dəfə X əsrdə meydana çıxmışdır. Bu yazının ən qədim nümunəsi Ateni Sioni kilsəsinən aşkarlanmış 982-ci ilə aid kitabədir. İkinci ən qədim Mxedruli yazı nümunəsi Kral IV Baqratın XI əsrə aid nizamnaməsidir. Gürcüstan krallığında Mxedruli yazısı əsasən nizamnamələr, tarixi sənədlər, əlyazmalar və kitabələrin yazılması üçün istifadə olunurdu.[54] Mxedruli yalnız qeyri-dini yazılar üçün istifadə olunduğundan xalqın, zadəganların dünyəvi yazısı hesab olunurdu.[55][56]
XIX əsrdə Xutsuri (Nusxuri və Asomtavruli) yazısının istifadəsi ilə Mxedruli hər iki yazı üzərində üstünlük əldə edir. O dövrdən sonra, Gürcü kilsəsi xaricində Mxedruli universal yazı sisteminə çevrilmişdir.[57]
X-XI əsr Mxedruli hərfləri Nusxuri hərflərinin dairəvi künclərlə yazılması əsasında formalaşdırılmışdır. Nusxuri hərfləri kimi Mxedruli hərfləri də dörd xəttli sistemlə yazılır. Lakin, Mxedruli hərfləri daha dairəvi və müstəqil yazılma xüsusiyyətinə malikdir. Bu iki qədim yazı forması olan Asomtavruli və Nusxurinin sərt yazı çərçivələrini pozmuşdur. Mxedruli hərfləri bitişik yazılır və daha azad görünüşə malikdirlər.[58]
Kral IV Baqratın arxivindən tapılmış mxedruli yazısının ən qədim nüsxələrindən birinin nümunəsi, XI əsr.
Müasir gürcü əlifbası 33 hərfdən ibarətdir:
ა ani |
ბ bani |
გ gani |
დ doni |
ე eni |
ვ vini |
ზ zeni |
თ tani |
ი ini |
კ k'ani |
ლ lasi |
მ mani |
ნ nari |
ო oni |
პ p'ari |
ჟ zhani |
რ rae |
ს sani |
ტ t'ari |
უ uni |
ფ pari |
ქ kani |
ღ ghani |
ყ q'ari |
შ shini |
ჩ chini |
ც tsani |
ძ dzili |
წ ts'ili |
ჭ ch'ari |
ხ khani |
ჯ jani |
ჰ hae |
1879-cu ildə əsası şahzadə İlya Çavçavadze tərəfindən qoyulmuş “Gürcülər arasında savadlığın yayılması cəmiyyəti” lazımsız olması səbəbi ilə Gürcü əlifbasından beş hərfi ixtisar etmişdir[59]:
ჱ he |
ჲ hie |
ჳ vie |
ჴ qari |
ჵ hoe |
ჵ (hoe) istisna olmaqla digər dörd hərf hələ də Svan əlifbasında istifadə olunur; ჲ (hie) isə y-səsi /j/ üçün Meqrel və Laz əlifbalarında istifadə olunur. Digər hərflər də bir müddət Abxaz və Osetin əlifbalarında istifadə olunmuşdur.
Mxedruli gürcü dilindən başqa dillərə də uyğunlaşdırılmışdır. Bu dillərdən bəziləri gürcü dili üçün köhnəlmiş olsa da, başqa dillərdə saxlanmışdır, həmçinin əlifbaya bəzi hərflər də artırılmışdır:
ჶ fi |
ჷ shva |
ჸ elifi |
ჹ turned gani |
ჺ aini |
Aşağıdakı cədvəldə hər bir Mxedruli hərflərinin yazılma tərzi və xəttlərin istiqaməti göstərilir:[62][63][64]
ზ, ო və ხ (zeni, oni, khani) adətən sonda kiçik çıxıntı olmadan yazılır, lakin, ჯ (jani) əlyazısında adətən vertikal xəttlərdən istifadə olunur, bəzən daha hündür başlıq və ya xaç formalı başlıqla yazılır, lakin, əgər xaç başlıqla yazılırsa nəşr zamanı başlığı daha qısa yazılır.
Əksər hərflərin individual və stilistik variasiyaları mövcuddur. Məsələn, ზ (zeni) hərfinin yuxarı dairəsi və რ (rae) hərfinin yuxarı çıxıntısı müxtəlif tərəflərə istiqamətlənə bilər. Digər ümumi variantlar belədir:
გ (gani) hərfi ვ(vini) kimi qapalı aşağı hissə ilə yazıla bilir.
დ (doni) hərfi əksərən yuxarıda sadə çıxıntı ilə yazılır.
კ, ც və ძ (k'ani, tsani, dzili) hərfləri adətən sərt vertikal xəttlərlə yazılır, məsələn, ც (tsani) hərfi bu cür yazıldıqda sağ tərəfdə çökəkliyi olan U hərfini xatırladır.
ლ (lasi) hərfi əksərən şəklində tək tağ ilə yazılır. Hər üç tağ yazıldıqda isə onlar eyni ölçüdə olmurlar.
Nadir hallarda ო (oni) hərfi düz bucaqlı şəklində yazılır.
რ (rae) hərfi əksər hallarda latın əlihbasının h hərfi kimi bir tağla formasında yazılır.
ტ(t'ari) hərfi nəşr versiyasından fərqli olaraq yuxarıda bir dairə ilə və ya yuxarısından vertikal xətt çıxan O kimi yazılır. Həmçinin həmin xətt saat istiqamətində bir qədər sağa da əyilmiş ola bilər.
წ (ts'ili) hərfi adətən yuxarısında dairəvi aşıram ilə yazılır.
ჭ (ch'ari) hərfi adətən yuxarıda qarmaq hissə olmadan və düz vertical xəttlə yazılır.
ჱ (he) hərfi ს və ჰ hərfləri kimi yuxarı döngüsü olmadan da yazıla bilir.
Bəzi hərflər oxşar olduqlarına görə ilk baxışdan xüsusilə əlyazısında qarışdırıla bilər.
Asomtavruli gürcü yazıları arasında ən çox stilləşdirilmiş olanıdır və buna görə də, əlyazısı zamanı hərfləri istənilən şəkildə bağlamaq mümkündür.[65]
Nusxuri də Asomtavruli kimi əsasən çox stilləşdirilmiş formada istifadə edilir. Yazıçılar asan şəkildə bağlayıcılar və nomina sacra kimi qısaltmalar formalaşdırmış, həmçinin “karaqma” adlandırılan və titlo simvollarını xatırladan diakritik simvollar yaratmışlar. XI əsrdən sonra velen kimi yazı materialı az tapıldığı üçün, qənaət məqsədi ilə əlyazmalar və aqioqrafik ədəbiyyatda qısaltmalardan çox geniş istifadə edilirdi.[66]
Mürəkkəb yazı sistemində adheziyaya ehtiyac olduğu üçün, XI-XVII əsrlərdə Mxedruli yazısında da diqraflardan istifadə olunmuşdur.[67]
Gürcü yazılarının bir şrifti olsa da, yazı proqramı avtomatik (süni)[68] olaraq italik və ya qalın yazı formasına da keçə bilir. Latın hərflərinin qalın və ya italik yazıldığı fəsil və ya bölmə başlıqları üçün ənənəvi olaraq, Asomtavruli tətbiq edilir.
Asotavruli və Nusxuri yazılarında fikirləri, ifadələri və cümlələriayrıan söz ayırıcıları kimi müxtəlif nöqtə kombinasiyalarından istifadə olunmuşdur. V-X əsrlərin monumental kitabələri və əlyazmalarında bu −, = və =− şəklində yazılır. X əsrdə mətn arası fasilələri göstərmək üçün Kiçik Yefrem tərəfindən bir (·), iki (:), üç (჻) və altı (჻჻) nöqtədən istifadə olunmuçdur. Bir nöqtə “qısa fasilə”ni ifadə edir (adətən sözlər arası qısa fasilə), iki nöqtə “xüsusi sözlər”i ayırır və nəzərə çatdırır, üç nöqtə xüsusi ismlər arasında “böyük fasilə”ni ifadə edir (aşağıda III Aleksandrın adında və ya yuxarıda Matfeyin İncilinin adında istifadə edildiyi kimi), altı nöqtə isə cümlənin başa çatmasını bildirir. XI əsrdən etibarən apostrofu xatırladan işarələrin istifadəsinə başlanmışdır. Apostrof sorğu sözlərini bildirmək üçün, punkt işarələri isə sorğu cümlələrinin sonunda tətbiq edilirdi. XII əsrdən etibarən bu işarələr yarımkolonlarla (yunan sual işarəsi) əvəzlənmişdir. XVIII əsrdə Gürcüstan patriarxı I Anton punkt işarəsi, tək və qoşa nöqtə ilə tam, yarımçıq və birmiş cümlələri bildirmək üçün yazı sistemini yeniləmişdir.[69] Lakin, müasir gürcü yazılarında, əsasən Latın əlifbasında istifadə olunan beynəlxalq durğu işarələrindən istifadə olunur.[70]
Aşağıdakı cədvəldə paralel sütunlarda hər üç gürcü yazısının hərfləri, həmçinin gürcü dili üçün könəlmiş olan (mavi fonda), lakin digər dillərdə işlədilən hərflər (yaşıl fonda) və ya digər dillərdəki səsləri əlavə etmək üçün istifadə olunan hərflər (çəhrayı fonda) göstərilir. Transliterasiya üçün Gürcüstan dövlətinin istifadə etdiyi sistemdən, Laz əlifbası üçün isə Türkiyədə istifadə olunan Latın qrafikalı Laz əlifbasından istifadə olunub. Cədvəldə həm də hərflərin ənənəvi rəqəm dəyərləri verilib.[71]
Hərflər | Unicode (mxedruli) |
Ad | IPA | Transkripsiyası | Rəqəm dəyəri | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
asomtavruli | nusxuri | mxedruli | Milli | ISO 9984 | BGN | Laz | ||||
Ⴀ | ⴀ | ა | U+10D0 | ani | ɑ, Svan /a, æ/ | A a | A a | A a | A a | 1 |
Ⴁ | ⴁ | ბ | U+10D1 | bani | b | B b | B b | B b | B b | 2 |
Ⴂ | ⴂ | გ | U+10D2 | gani | ɡ | G g | G g | G g | G g | 3 |
Ⴃ | ⴃ | დ | U+10D3 | doni | d | D d | D d | D d | D d | 4 |
Ⴄ | ⴄ | ე | U+10D4 | eni | ɛ | E e | E e | E e | E e | 5 |
Ⴅ | ⴅ | ვ | U+10D5 | vini | v | V v | V v | V v | V v | 6 |
Ⴆ | ⴆ | ზ | U+10D6 | zeni | z | Z z | Z z | Z z | Z z | 7 |
Ⴡ | ⴡ | ჱ | U+10F1 | he | Error using {{IPA symbol}}: "eɪ" not found in list, Svan /eː/ | — | Ē ē | Ey ey | — | 8 |
Ⴇ | ⴇ | თ | U+10D7 | tani | t⁽ʰ⁾ | T t | T' t' | T' t' | T t | 9 |
Ⴈ | ⴈ | ი | U+10D8 | ini | i | I i | I i | I i | I i | 10 |
Ⴉ | ⴉ | კ | U+10D9 | k'ani | kʼ | K' k' | K k | K k | Ǩ ǩ | 20 |
Ⴊ | ⴊ | ლ | U+10DA | lasi | l | L l | L l | L l | L l | 30 |
Ⴋ | ⴋ | მ | U+10DB | mani | m | M m | M m | M m | M m | 40 |
Ⴌ | ⴌ | ნ | U+10DC | nari | n | N n | N n | N n | N n | 50 |
Ⴢ | ⴢ | ჲ | U+10F2 | hie | /je/, Mingrelian, Laz, & Svan j | — | Y y | J j | Y y | 60 |
Ⴍ | ⴍ | ო | U+10DD | oni | ɔ, Svan /ɔ, œ/ | O o | O o | O o | O o | 70 |
Ⴎ | ⴎ | პ | U+10DE | p'ari | pʼ | P' p' | P p | P p | Ṗ ṗ | 80 |
Ⴏ | ⴏ | ჟ | U+10DF | zhani | ʒ | Zh zh | Ž ž | Zh zh | J j | 90 |
Ⴐ | ⴐ | რ | U+10E0 | rae | r | R r | R r | R r | R r | 100 |
Ⴑ | ⴑ | ს | U+10E1 | sani | s | S s | S s | S s | S s | 200 |
Ⴒ | ⴒ | ტ | U+10E2 | t'ari | tʼ | T' t' | T t | T t | Ť ť | 300 |
Ⴣ | ⴣ | ჳ | U+10F3 | vie | /uɪ/, Svan w | — | W w | — | — | 400[72] |
Ⴓ | ⴓ | უ | U+10E3 | uni | u, Svan /u, y/ | U u | U u | U u | U u | 400[72] |
— | — | ჷ | U+10F7 | yn, schva | Mingrelian & Svan ə | — | — | — | — | — |
Ⴔ | ⴔ | ფ | U+10E4 | pari | p⁽ʰ⁾ | P p | P' p' | P' p' | P p | 500 |
Ⴕ | ⴕ | ქ | U+10E5 | kani | k⁽ʰ⁾ | K k | K' k' | K' k' | K k | 600 |
Ⴖ | ⴖ | ღ | U+10E6 | ghani | ɣ | Gh gh | Ḡ ḡ | Gh gh | Ğ ğ | 700 |
Ⴗ | ⴗ | ყ | U+10E7 | q'ari | qʼ | Q' q' | Q q | Q q | Q q | 800 |
— | — | ჸ | U+10F8 | elif | Mingrelian & Svan ʔ | — | — | — | — | — |
Ⴘ | ⴘ | შ | U+10E8 | shini | ʃ | Sh sh | Š š | Sh sh | Ş ş | 900 |
Ⴙ | ⴙ | ჩ | U+10E9 | chini | tʃ⁽ʰ⁾ | Ch ch | Č' č' | Ch' ch' | Ç ç | 1000 |
Ⴚ | ⴚ | ც | U+10EA | tsani | ts⁽ʰ⁾ | Ts ts | C' c' | Ts' ts' | Ts ts | 2000 |
Ⴛ | ⴛ | ძ | U+10EB | dzili | dz | Dz dz | J j | Dz dz | Ž ž | 3000 |
Ⴜ | ⴜ | წ | U+10EC | ts'ili | tsʼ | Ts' ts' | C c | Ts ts | Ts’ ts’ | 4000 |
Ⴝ | ⴝ | ჭ | U+10ED | ch'ari | tʃʼ | Ch' ch' | Č č | Ch ch | Ç̌ ç̌ | 5000 |
Ⴞ | ⴞ | ხ | U+10EE | khani | x | Kh kh | X x | Kh kh | X x | 6000 |
Ⴤ | ⴤ | ჴ | U+10F4 | qari, hari | q⁽ʰ⁾, Svan /q⁽ʰ⁾/ | — | H̠ ẖ | q' | — | 7000 |
Ⴟ | ⴟ | ჯ | U+10EF | jani | dʒ | J j | J̌ ǰ | J j | C c | 8000 |
Ⴠ | ⴠ | ჰ | U+10F0 | hae | h | H h | H h | H h | H h | 9000 |
Ⴥ | ⴥ | ჵ | U+10F5 | hoe | oː | — | Ō ō | — | — | 10000 |
— | — | ჶ | U+10F6 | fi | Laz f | — | F f | — | F f | — |
İlk gürcü yazısı Unicode Standard-a 1991-ci ilin oktyabrında əlavə edilmiş və 1.0 versiyası çıxarılmışdır. Gürcü Unicode blokunun yaradılmasında Kartvel dilləri üzrə tətqiqatlar aparan linqvist Yost Gippert və “Macintosh” üçün Gürcü Unicode –u yaratmış amerikan-irland linqvisti və şrift-kodlaşdırıcısı Maykl Everson mühüm rol oynamışlar.[81] Anton Dumbadze və İrakli Qaribaşvilinin (Gürcüstanın baş naziri ilə qarışdırılmamalı) də bu sahədə fəaliyyəti olmuşdur.[82]
Gürcü əlifbası üçün Unicode bloku belədir: U+10A0–U+10FF. Mxedruli (measir gürcü yazısı) U+10D0–U+10FF, Asomtavruli U+10A0–U+10CF arasında yerləşir. Gürcü əlavələri üçün Unicode bloku U+2D00–U+2D2F kimidir və bu Nusxuri yazısını kodlaşdırır.[4]
Gürcü yazıları Rəsmi Unicode Konsorsiumu sıra cədvəli (PDF) | ||||||||||||||||
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | |
U+10Ax | Ⴀ | Ⴁ | Ⴂ | Ⴃ | Ⴄ | Ⴅ | Ⴆ | Ⴇ | Ⴈ | Ⴉ | Ⴊ | Ⴋ | Ⴌ | Ⴍ | Ⴎ | Ⴏ |
U+10Bx | Ⴐ | Ⴑ | Ⴒ | Ⴓ | Ⴔ | Ⴕ | Ⴖ | Ⴗ | Ⴘ | Ⴙ | Ⴚ | Ⴛ | Ⴜ | Ⴝ | Ⴞ | Ⴟ |
U+10Cx | Ⴠ | Ⴡ | Ⴢ | Ⴣ | Ⴤ | Ⴥ | Ⴧ | Ⴭ | ||||||||
U+10Dx | ა | ბ | გ | დ | ე | ვ | ზ | თ | ი | კ | ლ | მ | ნ | ო | პ | ჟ |
U+10Ex | რ | ს | ტ | უ | ფ | ქ | ღ | ყ | შ | ჩ | ც | ძ | წ | ჭ | ხ | ჯ |
U+10Fx | ჰ | ჱ | ჲ | ჳ | ჴ | ჵ | ჶ | ჷ | ჸ | ჹ | ჺ | ჻ | ჼ | ჽ | ჾ | ჿ |
Qeydlər
|
Əlavə Gürcü bloku Rəsmi Unicode Konsorsiumu sıra cədvəli (PDF) | ||||||||||||||||
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | |
U+2D0x | ⴀ | ⴁ | ⴂ | ⴃ | ⴄ | ⴅ | ⴆ | ⴇ | ⴈ | ⴉ | ⴊ | ⴋ | ⴌ | ⴍ | ⴎ | ⴏ |
U+2D1x | ⴐ | ⴑ | ⴒ | ⴓ | ⴔ | ⴕ | ⴖ | ⴗ | ⴘ | ⴙ | ⴚ | ⴛ | ⴜ | ⴝ | ⴞ | ⴟ |
U+2D2x | ⴠ | ⴡ | ⴢ | ⴣ | ⴤ | ⴥ | ⴧ | ⴭ | ||||||||
Qeydlər
|
Aşağıdakı cədvəldə klaviatura və mexaniki yazı maşınları üçün standart hərf düzülüşü verilmişdir.
“ „ |
1 ! |
2 ? |
3 № |
4 § |
5 % |
6 : |
7 . |
8 ; |
9 , |
0 / |
- _ |
+ = |
← Backspace |
Tab key | ღ | ჯ | უ | კ | ე ჱ | ნ | გ | შ | წ | ზ | ხ ჴ | ც | ) ( |
Caps lock | ფ ჶ | ძ | ვ ჳ | თ | ა | პ | რ | ო | ლ | დ | ჟ | Enter key ↵ |
Shift key ↑ |
ჭ | ჩ | ყ | ს | მ | ი ჲ | ტ | ქ | ბ | ჰ ჵ | Shift key ↑ |
Control key | Win key | Alt key | Space bar | AltGr key | Win key | Menu key | Control key | |
Archaeological work in the last decade has confirmed that a Georgian alphabet did exist very early in Georgia's history, with the first examples being dated from the fifth century C.E.