Bu məqalə Harri Potter və Fəlsəfə Daşı filmi haqqındadır. Eyniadlı roman haqqında məqalə üçün Harri Potter və Fəlsəfə Daşı (roman) səhifəsinə baxın. |
"Harri Potter və Fəlsəfə Daşı" (ing. Harry Potter and the Philosopher's Stone ABŞ, Hindistan, Pakistan və Şri-Lankada isə Harry Potter and the Sorcerer's Stone[6][7]) — Kris Kolumbusun rejissorluğu və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2001-ci ildə istehsal olunmuş ABŞ fentezi filmidir.[3] Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasının ilk filminin ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda ilk ili, məşhur sehrbaz olmasını öyrənməsi və sehrbazlıq təhsilinə başlaması təsvir edilib. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint Ron Uizli və Emma Uotson Hermiona Qreyncer obrazlarını canlandırmışdır. Filmdəki hadisələr “Harri Potter və Sirlər Otağı” filmindən başlayan yeddi sikvel filmlə davam etdirilmişdir.
Harri Potter və Fəlsəfə Daşı | |
---|---|
ing. Harry Potter and the Philosopher's Stone | |
| |
Janr | fentezi |
Rejissor | Kristofer Kolumbus |
Prodüser | Devid Heyman |
Əsərin müəllifi | Coan Roulinq |
Ssenari müəllifi | Stiven Klovz |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
Operator | Con Seyl |
Bəstəkar | Con Vilyams |
İstehsalçılar |
İşçi şirkət:Heyday Films, 1492 Pictures Distribütor:Warner Bros. |
Distribütor | Warner Bros.[4], Netflix, iTunes[d] |
İlk baxış tarixi |
4 noyabr 2001 (London premyerası) 16 noyabr 2001 (BK və ABŞ premyerası) |
Filmin digər adları | Harri Potter və Sehrbaz Daşı ing. Harry Potter and the Sorcerer's Stone |
Müddət | 152 dəq.[1] |
Büdcə | $125 000 000[2] |
Gəlir | $974 733 550[3] |
Ölkələr |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}ABŞ |
Dil | İngiliscə |
İl | 2001 |
Sonrakı film | Harri Potter və Sirlər Otağı |
Rəng | rəngli |
Çəkiliş yeri | London Zooloji Parkı[5], Harrou Məktəbi[d][5] |
IMDb | ID0241527 |
Vikianbarda əlaqəli mediafayllar |
Warner Bros. kitabın müəllif hüquqlarını 1999-cü ildə £1 milyona almışdı. Filmin istehsalına 2000-ci ildə Birləşmiş Krallıqda başlanılmış və aralarında Stiven Spilberq və Rob Reynerin də olduğu qısa rejissorlar siyahısından məhz Kolumbus filmin rejissoru kimi seçilmişdi. Coan Roulinq kitabın mədəni bütövlüyünü saxlamaq üçün istisna olaraq yalnız britaniyalı və irlandiyalı aktyorların seçilməsini tələb etmişdi. Filmin çəkilişləri Leavesden Film Studiyasında və BK ərazisindəki tarixi binalarda aparılmışdır.
BK və ABŞ-də film 2001-ci ilin noyabrında çıxarılmışdır. Tənqidçilərdən əsasən müsbət rəylər alan film ümumilikdə $980 milyon gəlir əldə etmiş, Ən Yaxşı Orijinal Film Musiqisi, Ən Yaxşı Sənət Rejissorluğu və Ən Yaxşı Kostyum Dizaynı nominasiyalarında Oskar mükafatı da daxil olmaqla bir çox nüfuzlu mükafatlara namizəd göstərilmişdir. 2014-cü ilin avqustunda “Harri Potter və Fəlsəfə Daşı” filminin XXI əsrin ən çox gəlir gətirən filmləri sırasına daxil olduğu, Harri Potter filmlər seriyasında final filmi olan Harri Potter və Ölüm Hədiyyələri. II hissə filmindən sonra ən çox gəlir gətirən ikinci film olmuşdur.
Ən qaranlıq və qəddar cadugər olan Lord Voldemortun gənc sehrbaz cütlük olan Ceyms və Lili Potterləri öldürür, lakin onların körpə övladları Harrini öldürmək istəsə də, hansısa naməlum gücün təsiri ilə sirli şəkildə yoxa çıxır. Sehrbazlar aləmi Voldemortun məğlub edilməsini bayram edərkən Professor Dambldor, Professor MakQonaqal və nəhəng Haqrid yetim qalmış Harrini maql (sehrkar olmayan) xalasının – Vernon və Petunya Dursilərin, həmçinin onların həddən artıq qayğı görmüş övladı Dadli Durslilərin yanında qoyur.
On yaşına çatana kimi Harri Durslilərin yanında yaşamağa məcbur olur, Dursliləri isə ona ailə üzvü kimi yox, xidmətçi kimi yanaşır, onu incidir və çoxlu işlədirlər. On bir yaşının tamamlanmasına az qalmış Harriyə Hoqvartsdan çoxlu məktub gəlməyə başlayır, lakin xalasının əri Vernon Dursli Harrinin məktubları oxumasına imkan vermədən onları məhv edir. Məktubların qarşısını ala bilmədiyini görən Vernon əvvəlcə ailəni bir otelə aparır, lakin məktubların otelə də gəlməyə davam etdiyini gördükdə o, ailəni kiçik bir adaya aparır. On bir yaşının tamam olduğu gecədə həmin adaya enən Haqrid nəhayət ki, Hoqvartsdan gələn məktubu Harriyə çatdırır və Durslilərin on il ərzində ondan gizlətdikləri həqiqəti danışır: Harri sehrbazdır və Hoqvartsa qəbul edilib. Haqrid məktəb üçün lazım olan əşyaların alınması üçün Harrini Londonun altında yerləşən Diaqon küçəsinə aparır və burada Harri ilk dəfə sehrbazlar arasında “sağ qalmış oğlan” kimi məşhur olduğunu görür. Həmçinin bəlli olur ki,on bir yaşına kimi əziyyət içində yaşayan Harri, valideynlərinin Qrinqots Bankında (sehrbazların bankı) qoyduğu sərvət sayəsində zəngin bir adam imiş. Haqridin müşayəti ilə Harri Hoqvartsda təhsilin birinci ili üçün lazım olan hər şeyi alır.
Sehrli çubuq almaq üçün dükana getdikdə Harri öyrənir ki, sehrkralar çubuğu yox, çubuq sehrkarı seçir. Harrini seçən çubuq Simurq quşu lələyindən hazırlanmış olur.[8] Harri öyrənir ki, simurqlar ömrü boyu yalnız bir lələk verir, yalnız lələyindən Harrinin çubuğu hazırlanmış simurq istisna olaraq iki lələk verib, lələklərdən birindən Harrinin çubuğu, digərindən isə Harinin başında cızıq qoymuş Lord Voldemortun çubuğu hazırlanıb. Haqrid ad günü hədiyyəsi olaraq Harriyə şimal bayquşu hədiyyə edir, Harri isə quşun adını Hedviq qoyur. Bir ay sonra Hoqvartsa getmək üçün Harri “Kral Xaçı” dəmiryolu vağzalında Hoqvarts Ekspress qatarını axtarır. Elə burda da Uizli ailəsi ilə tanış olur. Onlar harriyə 9¾ Platformasına çatmaq üçün sehrli divarın arasından keçməyi öyrədirlər.
Qatarda Harri qısa müddətdə Ron Uizli ilə dostlaşır, onlar Qrinqotsu, qarşıdakı təhsil ilini müzakirə edirlər. Yolda onlar Hermiona Qreyncer ilə tanış olurlar. Daha sonra Hermiona onların ən yaxşı dostu olur. Harri bu səfər zamanı özünə düşmən də tapır; qarşıdakı il ərzində Drako Malfoy yoldaşları Vinsent Krabb və Qreqori Qoylla birlikdə Harrini izləyir, ona ziyan vurmağa çalışırlar, çünki qatarda Malfoy Harriyə dostlqu təklif edib, Ronla əlaqəni kəsməyi təklif etsə də Harri bundan imtina edir.
Məktəbin böyük zalında ilk nahardan əvvəl təzə tələbələr Seçici şlyapa tərəfindən fakultələrə bölünürlər. Harrinin seçilməsi zamanı şlyapa Harrini güclü, lakin qara cadugərlərin yetişdiyi Slizerin fakultəsinə göndərmək istəsə də, Harrinin etirazından sonra onu Professor Dambldorun da vaxtilə təhsil aldığı Qriffindor fakultəsinə göndərir. Ron və Hermiona da Qriffindor fakultəsinə göndərilir. Drako isə Slizerin fakultəsinə düşür. Nahar zamanı Harri Professor Sneypin ona baxdığını görür və başında Lord Voldemort tərəfindən qoyulmuş cızıqda ağrı hiss edir.
Professor Sneypin çətin keçən İksir dərsindən sonra Harri və Ron Haqridin (Hoqvartsın açar saxlayanı) Qadağan olunmuş meşə yaxınlığında yerləşən daxmasına gedirlər. Burda onlar öyrənirlər ki, Qrinqotsda oğurluq hadisəsi baş verib və bu hadisə məhz Harrinin Haqridlə birgə bankda olduğu gün olub. Harri xatırlayır ki, Haqrid məhz oğurluq edilməyə cəhd edilmiş nömrədən nəsə götürmüşdü.
İlk süpürgədə uçuş dərsində Nevil Uzunətək nəzarəti itirərək çox yüksəyə qalxır, süpürgə onu uçuraraq məktəbin divarına çırpır, çətinliklə yürə enən Nevil qolunu yaralayır və müəllim onu həkimə aparır. Nevil yıxılarkən cibindən valideynlərinin ona göndərdiyi yaddaş dağarcığını yerə salır. Dağarcığı Malfoy tapır və Nevili ələ salmaq üçün dağarcığı hündür bir yerdə gizlətməyə çalışır. Harri süpürgəsini götürərək göyə uçur və dağarcığı əldə edir. Harrinin süpürgədə ilk uçuşunu Qriffindor fakultəsinin dekanı Professor MakQonoqal görür. MakQonoqal onu öz kabinetinə apararaq Qriffindorun Qviddiç klubunun arayıcısı təyin edir.
Gecə Drako ilə sehrbaz duelinə gəldikləri zaman Nevil və Hermionanın müşayət etdiyi Ron və Harri səhvən qadağan olunmuş dəhlizə girirlər və nəhəng üçbaşlı iti görürlər. Onlar qaçırlar, lakin Hermiona bədheybətin quyu üzərində dayandığını görür. Harri düşünür ki, həmin qorxunc heyvan Haqritin Qrinqotsdan götürdüyü əşyanı qoruyur.
Ronun Hermionanın çox danışması və çox bilməsini tənqid etməsindən sonra Hermiona inciyir və qızların tualetinə gedərək ağlamağa başlayır. Hellouen bayramı zamanı Professor Kvirinus Kvirrel zala daxil olaraq qəsrin zirzəmisinə trollun girdiyini xəbər verir və huşunu itirir. Dambldor qrup rəhbərlərinə uşaqları yataqxanaya aparmağı tapşırır, bu arada Harri və Ron heç nədən xəbəri olmayan Hermionanı xəbərdar etmək üçün qızların tualetinə gedirlər. Troll zirzəmidən çıxaraq məktəbin içində gəzməyə başlayır və qızların tualetinə gedir. O, əlindəki sopa ilə bir neçə dəfə Hermionaya zərbə endirməyə çalışsa da, Hermiona gizlənir, Harri və Rona trollun fikrini yayındırmağa çalışırlar. Harri trollun belinə atılaraq sehrli çubuğunu onun burnuna soxur, Ron isə tilsimlə sopanı trollun əlindən alaraq onun başına zərbə endirir. Müəllimlər tualetə gəldikdə artıq troll huşsuz halda yerdə uzanmış olur. Hermiona günahı öz boynuna götürərək Harri və Ronu müdafiə edir. Bundan sonra uşaqların üçü də möhkəm dost olurlar.
Müəllimlərin tualetə gəlməsi zamanı Harri Professor Sneypin ayağının yaralandığını görür.İlk Qviddiç yarışı zamanı Harrinin süpürgəsi özünü qəribə apararaq onu yıxmağa çalışır, Hermiona Professor Sneypin Harriyə baxaraq tilsim oxuduğunu görür. O, gizlincə tilsim edərək Sneypin mantiyasını yandırır, keçərkən isə Kvirelin ayağını tapdalayır. Süpürgəsi üzərində nəzarəti bərpa edən Harri Qızıl Snitçi tutur və Qriffindor qalib gəlir. Haqrid Sneypin Harriyə ziyan vura biləcəyinə inanmır, akin üç başlı itin (Tüklü adlı) Dambldor və Nikolas Flamel adlı bir sehrbazın sirrini qoruduğunu ağzından qaçırır.
Milad tətili zamanı Harri və Uizlilər Hoqvartsda qalsalar da, Hermiona evə gedir. Harrinin aldığı bayram hədiyyələrindən biri naməlum adam tərəfindən göndərilmiş Görünməzlik Mantiyası olur, Haqrid isə ona fleyta hədiyyə edir. Harri mantiyanı məktəb kitabxanasının qadağan olunmuş hissəsinə girmək üşün istifadə edir ki, orada Nikolas Flamel haqqında məlumat tapsın. Kitabxanadan qayıdarkən o, səhv otağa girir və burada İstək Güzgüsünü tapır ki, güzgü də ona valideynlərini göstərir. Harri güzgüdən asılı vəziyyətə düşür, hər gecə yataqxanadan qaçaraq valideynlərini görmək üçün güzgünün yanına gəlir. Növbəti dəfə güzgünün yanına gələn Harri burada Dambldorla qarşılaşır və o, Harriyə güzgünün aldadıcı olduğunu və insana həqiqəti deyil, yalnız görmək istədiyini göstərdiyini deyir.
Miladda Hermionanın Harriyə hədiyyə etdiyi qurbağa şokoladlarından sonuncusunun içində üzərində əlkimyaçı Nikolasın təsviri olan kart çıxır və uşaqlar Nikolas Flamelin kim olduğunu öyrənirlər. Hermiona qısa müddətdə öyrənir ki, Flamel 665 yaşlı əlkimyaçıdır və onun məşhur olmasının səbəbi odur ki, tarixdə məlum olan yeganə Fəlsəfə daşını yaratmağa məhz o müvəffəq olub. Bir neçə gün sonra Harri Sneyp və Kvirel arasında fəlsəfə daşı haqqında danışığın şahidi olur. Harri belə qərara gəlir ki, Sneyp Fəlsəfə daşını oğurlamaq istəyir və daşı qorumaq üçün müəllimlərin birgə yaratdığı tilsimin sirrini açması üçün Kvireli təhdid edir.
Üç dost öyrənirlər ki, sehrbazlıq qanunlarına zidd olaraq Haqrid körpə əjdaha bəsləyir və onlar Haqridi gecəyarısı əjdahanı Rumınyaya göndərməyə razı salırlar. Bunu öyrənən Drako hər şeyi MakQonoqala danışır. Əjdaha təhlükəsiz şəkildə göndərildikdən sonra uşaqlara da cəza verilir. Harri, Hermiona, Drako və Nevil gecə vaxtı Haqridlə birlikdə Qadağan olunmuş meşəyə gedərək ağır yaralanmış təkbuynuza kömək etməli idilər. Onlar iki qrupa bölünərək axtarışa başlayırlar. Harri və Drako qaranlıqda kapişonlu mantiya geyinmiş bir nəfərin meşənin ortasında yıxılmış təkbuynuzun qanını içdiyini görür. Uşaqlar həmin mantiyalının diqqətini cəlb edirlər, lakin Drako qaça bilir, həmin naməlum şəxs Harrinin üstünə hücum etsə də, qəfil peyda olan Frenzi adlı kentavr onu xilas edir. Kentavr gecə vaxtı müşədə gəzməyin onun üçün çox təhlükəli olduğunu bildirir. O, qeyd edir ki, təkbuynuzun qanını içmək ölümcül vəziyyətdə olan istənilən insanın həyatını xilas edir, lakin qan onun dodağına dəydiyi andan həmin adamın həyatı lənətlənir. Çünki. Təkbuynuz kimi gözəl, günahsız və müdafiəsiz bir varlığı öldürmək böyük cinayətdir. Kentavr bildirir ki, təkbuynuzun qanını içən Voldemort idi, o, təkbuynuzun qanını içərək qüclənmək, Fəlsəfə daşını əldə edərək isə həyata qayıtmaq istəyir.
Bir neçə həftə sonra Harri öyrənir ki, Haqrid əjdaha yumurtasını naməlum bir nəfərdən almış və həmin şəxs Haqriddən Tüklü haqqında soruşarkən Haqrid ona üçbaşlı itin musiqi eşidərkən yuxuya getdiyini danışmışdı. Fəlsəfə daşının təhlükə altında olduğunu öyrənən uşaqlar bu barədə Haqridə məlumat verməyə gedirlər, lakin məlum olur ki, Sehr Nazirliyindən gələn təcili məktubdan sonra Dambldor Londona gedib. Harri düşünür ki, Sneyp süni məktub göndərərək Dambldoru qəsrdən uzaqlaşdırıb və bu gecə Fəlsəfə daşını oğurlamağa çalışacaq. Uşaqlar qərara gəlirlər ki, Dambldorun olmaması şəraitində daşı özləri qorumalıdırlar. Görünməzlik mantiyasının altında gizlənən uşaqlar Tüklünün olduğu otağa gəlirlər, burada Harri Haqridin ona bağışladığı fleytada ifa edərək iti yuxuya verir. Bundan sonra quyuya düşən uşaqlar ağac və şahmat tilsimindən keçirlər.
Bundan sonra içəri keçən uşaqlar uçan açarların içindən qapının açarını tapırlar və Harri sonuncu otağa keçir, Hermionaya isə yaralı Ronu xilas etmək və Dambldora bayquşla məktub göndərərək baş verənləri çatdırılmaq tapşırılır.
İçəri girərkən Harri Kvirelin otaqda olduğunu görür, professor isə trollu qəsrə buraxmasını və birinci Qviddiç yarışması zamanı Harrini öldürməyə çalışmasını etiraf edir. Bütün bu müddət ərzində Sneyp Harrini qorumağa çalışır. Lord Voldemorta xidmət edən Kvirrel isə Fəlsəfə daşını oğurlayaraq onu yenidən həyata qaytarmaq istəyir. Lakin, daşı tapmaq mümkün olmur. Çünki otaqdakı yeganə əşya vaxtilə Harrinin ailəsinin gördüyü güzgü idi. Güzgü Kvirrelə daşın yerini göstərmir. Voldemortun göstərişi ilə Kvirrel Harrini güzgü qabağına gəlməyə məcbur edir. Güzgü Harriyə daşı tapmasını göstərir. Kvirrel nə gördüyünü soruşduqda isə Harri onu aldadır. Bu zaman Voldemort onun yalan danışdığını anlayaraq Kvirrelə onunla danışmağa imkan verməyi əmr edir. Kvirrel həmişə başında gəzdirdiyi çalmanı açır və başının arxasında daha bir üz olduğu ortaya çıxır. Voldemort/Kvirrel Harridən daşı almağa cəhd edir, lakin Harriyə toxunarkən yanıb kül olmağa başlayır.
Son anda özünü çatdıran Dambldor Harrini xilas edir. Üç gün sonra məktəbin xəstəxanasında özünə gələn Harri Dambldorun gülümsəyən baxışlarının təsiri ilə sakitləşir. Dambldor anasının sevgisinin buraxdığı təsir nəticəsində Harriyə toxunan şər qüvvənin yandığını bildirir. Həmçinin Görünməzlik mantiyasının vaxtilə Harrinin atasına məxsus olmasını və Dambldor tərəfindən göndərilməsini danışır. Harri Fəlsəfə daşının taleyini soruşduqda Dambldor daşın artıq məhv edildiyini bildirir. Bütün uşaqlar yay tətilinə buraxılırlar.
Roulinq şəxsən filmin aktyor heyətinin yalnız britaniyalı aktyorlardan təşkil olunmasını tələb etmişdi.[9] Kastinq direktoru seçilən Syuzi Figgis eyni zamanda həm Kolumbus, həm də Roulinq ilə işləyərək əsas obrazlar Harri, Ron və Hermionanı canlandıracaq aktyorları seçməyə çalışırdı.[10] Açıq kastinq yalnız üç əsas rol üçün elan olunmuş[11] və yalnız britaniyalı uşaqların iştirak üçün müraciət etməsi xahiş edilmişdi.[12] Əsas dinləmələr üç hissədə təşkil edilmişdi, birinci hissədə uşaqlara romandan bir səhifə oxunulması buyurulmuş, zənglə təkrar seçimlərə dəvət edilən uşaqlar Hoqvartsa ilk gəliş səhnəsini canlandırmış və bu mərhələni də keçənlər Kolumbusun qarşısında ssenaridən bir hissəni oxumuşdular.[12]
Kolumbusun 1985-ci ildə ekranlaşdırdığı “Gənc Şerlok Holms” filminin ssenarisinin bəzi səhnələri də dinləmələr zamanı istifadə olunmuşdu.[13] 11 iyul 2000-ci ildə Figgis layihəni tərk edir və bildirir ki, Kolumbus dinlədikləri minlərlə uşaqdan heç birini “layiqli” hesab etmir.[13] 8 avqust 2000-ci ildə faktiki olaraq tanınmayan Daniel Redkliff, Emma Uotson və Rupert Qrint müvafiq olaraq Harri, Hermiona və Ron obrazlarını canlandırmaq üçün təsdiq olunurlar.[14]
Rik Mayall romanda şagirdlərlə zarafat etməyi sevən pis ruh Pivis rolu üçün seçilmişdi.[26] Çəkilişlər aparılsa da, sonradan onun oynadığı səhnələr filmdən çıxarılmışdı.[27]
1997-ci ildə prodüser Devid Heyman filmə uyğunlaşdırmaq üçün yaxşı qəbul edilmiş uşaq kitabı axtarırdı.[2] O, Dianna Uinn Consun “Adamyeyəndən aşağıda” romanının ekranlaşdırılmasını planlaşdırmışdı. Sonradan onun “Heyday Films”də çalışan işçiləri “Harri Potter və Fəlsəfə Daşı” romanı üzərində dayanmışlar və Heyman da bu bu fikri “yaxşı fikir” adlandırmışdır.[2] Heyman bu ideyanı “Warner Bros.”-ə bildirmiş[2] və kompaniya Roulinqlə əlaqə yaradaraq ilk dörd kitabın nəşrini £1 milyona (ABŞ $1,982,900) almışdır.[28] Roulinqin yeganə tələbi filmdə britaniyalı aktyorların rol alması, bəzi rollarda isə Dambldor rolunu canlandıran Riçard Harris kimi irland aktyorlarının çəkilməsi idi, “Harri Potter və Alov Kuboku” filmində isə müvafiq obrazları fransız və Şərqi Avropalı aktyorlar canlandırmışdır.[9] Roulinq əsərlərin müəllif hüquqlarını satmağa ehtiyat edirdi, çünki, “obrazların sonrakı taleyini onların əlinə vermək istəmirdi”, müəllif obrazların özünün yazmadığı hadisələrdə iştirakını görmək istəmirdi.[29]
Stiven Spilberq filmin rejissorluğunu öhdəsinə götürmək haqqında danışıqlarda iştirak etsə də, sonradan qəti şəkildə filmdən imtina etmişdir.[30] Spilber adaptasiyanın animasiya filmi şəklində olmasını və Harri Potter obrazını ABŞ aktyoru Heyli Coel Osmentin səsləndirməsini[31] və ya çəkiləcək filmdə romanlar seriyasından olan digər kitablardan da istifadə olunmasını istəyirdi.[2] Spilberq bildirirdi ki, onun fikrincə yaxşı xeyir gətirəcək filmin çəkilməsi üçün bütün imkanlar var idi və pul qazanılması “çəllək üzərindəki ördəyin vurulması kimi olmalı idi. Bu slem-dank kimi bir şeydi. Bu bir milyard dolların götürülərək şəxsi bank hesabına qoyulması kimi bir şeydir. Bunda heç bir problem yoxdur.”[32] Roulinq qeyd edir ki, rejissorun seçilməsində heç bir rolu olmayıb.[33] Heyman qeyd edir ki, Spilberq “Süni zəka”, “Xüsusi fikir”, “Geyşanın memuarları” və “Harri Potter” filmlərindən birini ekranlaşdırmalı idi və o, birinci filmi seçərək "Süni zəka" filminin rejissor kürsüsünə əyləşdi.[2]
Spilberqin layihədən birdəfəlik uzaqlaşması dəqiqləşdikdən sonra, aralarında Kris Kolumbus, Terri Gilliam, Conatan Demmi, Mayk Nyuell, Alan Parker, Volfqanq Peterson, Rob Reyner, İvan Reytman, Tim Robbins, Bred Silberlinq, M. Nayt Şayamalan və Piter Uilin də olduğu digər rejissorlarla danışıqlara başlanılır.[2][27][34] Peterson və Reyner 2000-ci ilin martında layihədən uzaqlaşırlar[35] və seçim Silberlinq, Kolumbus, Parker və Gilliam arasında aparılır.[36] Roulinq ilkin olaraq Terri Gilliamı təklif etsə də[37], “Warner Bros.” əvvəllər də “Evdə tək”, “Missis Dautfayr” kimi ailə filmləri ilə işləmək təcrübəsi olan Kris Kolumbusu filmin rejissor kürsüsnə əyləşdirmişdir.[38] Kolumbus iki saata yaxın film haqqında fikirlərini ifadə edərək bildirir ki, o, filmin maqlların həyatı ilə bağlı səhnələrinin “solğun və darıxdırıcı”, sehrli aləmlə bağlı səhnələrinin isə rəngli canlı və detallı təsvir olunmasını istəyir. O, Devid Linin “Böyük ümidlər” (1946) və “Oliver Tvist” (1948) filmlərindən təsirlənir, həmin filmlərdəki “qaranlıq növü, haşiyə növü, və oxşar kinematoqrafiya keyfiyyətindən istifadə”ni arzulayır, rəng dizaynını isə “Oliver!” və “Xaç atası” filmləri əsasında qurur.[2]
"Harri Potter zaman sərhəddinə sığmayan nadir ədəbi nailiyyətdi. Romanların bütün dünyada böyük uğurla satılmasından sonra, bizim üçün, həm uşaqlara, həm də sehrə yaxın olan rejissor tapmaq vacib idi. Mən bu işə Kris qədər ideal uyan başqa birini təsəvvür etməyə çətinlik çəkirəm." |
— Lorenzo di Bonaventura[38] |
Stiv Klovz filmin ssenarisini yazmaq üçün seçilir. O, qeyd edir ki, kitabın adaptasiyası o qədər çətin olur ki, növbəti iki filmin adaptasiyasına razılaşmır.[39] Klovza tez-tez “Warner Bros.”ın ekranlaşdırmağı planlaşdırdığı romanları göndərirdilər və Kloves onların əksərini oxumamışdı[2] , lakin, Harri Potter sanki göydəndüşmə kimi olmuşdu.[2] O, romanları alıb oxuyur və özü də bilmədən romanlar seriyasının fanatına çevrilir.[39] “Warner Bros.”-ə müraciəti zamanı o, bildirir ki, film britaniyalı xarakterini əks etdirməli və obrazlar romandakılara uyğun olmalıdır.[39] Roulinqlə birinci görüşü zamanı Kloves çox həyəcanlanmışdı, çünki istəmirdi ki, müəllif onun əsərinin bərbad hala salınacağını düşünsün.[2] Roulinq təsdiqləyir ki, “həqiqətən də Stiv Klovesa nifrət etməyə hazır idi”, lakin, onunla ilk görüşünü xatırlayır: “İlk dəfə onunla görüşəndə mənə dedi ‘Bilirsən mənim sevimli obrazım hansıdı?’ Mən cavab verdim ki, güman edirəm sən Ron deyə cavab verəcəksən. Lakin o, ‘Hermiona’ dedi. Və mən bundan məftun oldum.”[2] Roulinqə Kolumbusun etiraz etmədiyi genişmiqyaslı yaradıcılıq nəzarəti imkanı verildi.
“Warner Bros.” əvvəlcə filmin 4 iyul 2001-ci ildə bazar günü satışa çıxarılmasını planlaşdırırdı ki, filmin istehsalı üçün ayırılan bu qısa müddət də film üzərində çalışan direktorları qaçırdacaq dərəcədə qorxutmuşdu. Lakin, vəziyyətdən çıxış yolu tapılır və çıxış tarixi 16 noyabr 2001-ci il olaraq dəyişdirilir.[40]
Britaniya film sənayesinin iki nəhəng şirkəti film üçün çəkiliş məkanlarının tapılmasında kömək və “Leavesden Film Studios”da çəkilişlər üçün yer ayırmağa söz verir və Britaniyanın əmək məcəlləsinə dəyişiklik edilir (müəyyən iş saatları əlavə edilir ki, bu da çəkiliş aparılmasına imkan verir).ref name="ew"/> “Warner Bros.” onların təklifini qəbul edir. Filmin çəkilişləri 2000-ci ilin sentyabrında “Leavesden Film Studios”da başlanılmış və 2001-ci ilin aprelində tamamlanmışdır, yekun çəkiliş isə iyulda baş tutmuşdur.[27][41] Filmin əsas çəkilişləri 2 oktyabr 2000-ci ildə Şimali Yorkşirdəki Qotlend dəmiryolu vağzalında aparılmışdır.[42] Hoqvarts üçün Kenterberi kafedralı və ya Şotlandiyadakı İnverailort qalası təklif edilmişdi; filmdəki paqan motivi nəzərə alan “Warner Bros.” Kenterberi kafedralını rədd etmişdi.[43][44] Alnik qalası və Qloster kafedralı Hoqvarts səhnələrinin çəkilməsi üçün əsas məkanlar olaraq seçilmiş[2], lakin, bəzi səhnələr də Herrou məktəbində çəkilmişdir.[45]
Müxtəlif Hoqvarts səhnələri Darem kafedralında aparılmışdır[46], iki həftə ərzində Hoqvartsın dəhliz səhnələri və bəzi sinif səhnələri burada çəkilmişdir.[47] Oksford Universitetinin İlahiyyat məktəbi Hoqvartsın Hospital qanadı, Bodlian kitabxanasının tərkibindəki Hersoq Hamfri Kitabxanası isə Hoqvarts kitabxanası kimi istifadə olunmuşdur.[48] Xüsusi Körpü səhnələri Braknell, Berkşirdəki Piket Post Kloz ərazisində aparılmışdır.[46] Küçə çəkilişləri planlaşdırıldığı kimi bir gün yox, iki gün vaxt aparmışdır və buna müvafiq olaraq da, küçə sakinlərinə edilən ödənişlər də artırılmışdır.[46] Sonrakı körpüdə Xüsusi Körpüdə nəzərdə tutulan bütün çəkilişlər “Leavesden Film Studios”da aparılmış və aydın olmuşdur ki, studiya çəkilişi natura çəkilişindən daha ucuz başa gəlmişdir.[49] Avstraliya Evi (Avstraliyanın Böyük Britaniya Səfirliyinin binası) Qrinqots Sehrbazlar Bankı kimi[2], Oksforddakı Krayst-Çörç isə Hoqvartsın mükafat zalı kimi istifadə olunmuşdur.[50] Harrinin ilanı təsadüfən Dadlinin üstünə buraxdığı səhnələr London Zooparkında[50], vağzal səhnələri isə Kinqs-Kross Dəmiryolu Vağzalında çəkilmişdir.[51]
Filmin ABŞ adının fərqli olması səbəbiylə, Fəlsəfə Daşı sözünün istifadə edildiyi bütün səhnələr yenidən çəkilmiş və aktyorlar “Sehrbaz Daşı” ifadəsini istifadə etmişlər.[27] Uşaqlar dörd saat çəkilişə, üç saat isə məktəbə sərf etmişlər. Saxta üz zədələnmələrinin göstərilməsi üçün xüsusi makiyaj istifadə edilmişdir. Əvvəlcə Daniel Redkliffin yaşıl linza taxması nəzərdə tutulurdu, çünki, aktyor Harri Potterdən fərqli olaraq yaşıl yox, mavi gözlərə malik idi, lakin, Redkliffin linzalara qarşı qıcıqlanması olduğundan, Roulinqlə müzakirələrdən sonra Harrinin mavi gözlü ola biləcəyi qərarına gəlindi.[52]
Cudianna Makovski filmin kostyumlarını dizayn etmişdir. O, Qviddiç paltarlarını yenidən dizayn etmişdir, əvvəlcə romanın ABŞ nəşrinin üz qabığında təsvir edilmiş paltarın istifadəsi nəzərdə tutulsa da, sonradan dizayner həmin paltarın çox qarışıq olduğuna qərar vermişdir. Bunun əvəzinə o, Qviddiç oyunçularına “toxunma sviterlər və XIX əsr qılıncoynadanlarının şalvarlarına oxşar şalvarlar” geyindirmişdir.[53] Quruluşçu rəssam Stüart Kreyq “Leavesden films Studios”dakı dekorasiyaları qurmuş, həmçinin bir neçə İngiltərə kafedrallarının memarlığı əsasında Hoqvartsın Böyük Zalının dizaynını hazırlamışdır. Çəp xiyaban səhnələrinin çəkilməsi üçün əvvəlcə mövcud olan qədim küçələrdən birinin istifadə olunması təklif edilsə də, Kreyq, Tüdor, Georq və Anna dövrünün memarlıq elementlərini istifadə edərək xüsusi çəkiliş pavilyonu yaratmışdır.[53]
Kolumbus sehrli varlıqları, o cümlədən üçbaşlı iti yaratmaq üçün həm animatorniklərdən, həm də CGI animasiyadan istifadəni planlaşdırmışdı.[10] “Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi” filmi üzərində çalışmış Nik Dudmana film üçün lazımi protezlərin hazırlanması həvalə olunmuşdu, “Jim Henson's Creature Shop” studiyası isə canlı məluq effektini təmin etmişdir.[54] Con Kommpinger qeyd edir ki, film üçün lazım olan sehrli varlıqlar bir neçə dəfə dizayn edilmişdir.[55] Ümumilikdə filmdə müxtəlif kompaniyaların iştirakı ilə 600-ə yaxın xüsusi effektli səhnələr çəkilmişdir. “Industrial Light & Magic” Lord Voldemortun Kvirellin başının arxasındakı üzünü işləmiş, “Rhythm & Hues” Norberti canlandırmışdır; “Sony Pictures Imageworks” Qviddiç oyunu səhnələrini canlandırmışdır.[2]
Filmin bəstəkarı kimi Con Vilyams seçilmişdir.[56] O, Harri Potter filmi üçün musiqini Los-Anceles və Tanqlivudda bəstələmiş və 2001-ci ilin avqustunda musiqi Londonda lentə yazılmışdır. Filmin əsas musiqi mövzularından biri “Hedwig's Theme” adlandırılmışdır; Vilyams həmin mövzunu filmin bağlanış musiqisi kimi nəzərdə tutsa da, “məlum olmuşdu ki, məhz həmin musiqi hamının xoşuna gəlib.”[57]
Xırda detalların dəqiqliklə işləndiyinə əmin olmaq üçün Roulinq Kolumbusun fəaliyyətini dəfələrlə yoxlayır.[54] Kloves filmin romana “həqiqətən də sadiq” olduğunu qeyd edir. O, Roulinq tərəfindən təsdiq edilmiş bəzi dialoqları da əlavə edir. Bu xəttlərdən biri, Roulinqin çıxmamış “Harri Potter və Simurq ordeni” romanı ilə əks xüsusiyyət daşımasını bildirməsindən sonra ssenaridən çıxarılmışdı.[58]
Bəzi kiçik obrazlar film versiyasında ixtisar edilmişdir ki, bunlardan da ən diqqət çəkənləri Sehr tarixi müəllimi Professor Binns və poltergeyst ruh Pivsdir. Romanın Vernon və Petunya Durslilərin baxış mövqeyini təsvir edən və Harrinin maqllar ailəsinə verilməsindən əvvəlki hadisələrin göstərildiyi birinci fəsli filmdə maqlların sehrə münasibətini əks etdirmək üçün istifadə edilmişdir. Lakin, filmdə hadisələr Professor Dambldor, Professor MakQonoqal və Haqridin Harri Potteri Durslilərin evinin qabağına qoyması ilə başlayır (həmçinin, MakQonoqal Dambldora bildirir ki, necə hər gün Durslilərin evini müşayət edəcək). Daha sonra yayda Harrinin istirahəti zamanı Vernonun bütün imkanlardan istifadə edərək, gələn məktubların Harrinin əlinə keçməsinin qarşısını alması göstərilir. Harrinin Mrs. Fiqqsin yanında vaxt keçirməsi səhnələri filmdə ixtisar edilmişdir, romanda zooparkda göstərilən Braziliyadan olan boa ilanı, filmdə tünd pələngvari pitonla əvəz edilmişdir. Harri və Drakonun Madam Malkinin dükanındakı qarşıdurması və gecə dueli səhnələri yalnız kitabdadır, filmdə bu səhnələr buraxılmışdır. Nikolas Flamel obrazının hadisələrdə iştirakı bəzən dəyişdirilmiş, bəzən isə tamamilə ixtisar edilmişdir. Filmdə Norberti Dambldorun götürdüyü göstərilsə də, romanda Harri və Hermiona onu Çarli Uizlinin yoldaşlarından alır. Roulinq həmin səhnəni təsvir edərkən, qeyd edir, “mən hiss etdim ki, bəzi səhnələrdə kiçik dəyişikliklər etmək olar”.[53] Bu zaman, Qadağan olunmuş meşədə gecikmə səbəbi də dəyişir; romanda Harri və Hermiona qadağan olunmuş vaxtda Fliç tərəfindən Astronomiya qülləsindən çıxarkən, Nevil və Malfoy isə dəhlizdə Professor MakQonoqal tərəfindən tutulduğuna görə otaq həbsi almışdı, lakin filmdə, Harri, Ron və Hermiona Malfoyun onları qadağan olunmuş vaxtda Haqridin daxmasından çıxarkən tutmasına görə otaq həbsi alır (həmçinin yatmaq vaxtı yerində olmadığına görə Malfoy da otaq həbsi alır). Romanda sarışın dərili və sarı saçlı kimi təsvir edilən kentavr Firenze, filmdə qaraşın və qara saçlı təsvir olunur.[59] Həmçinin, Qviddiç stadionu ənənəvi stadionun əksinə olaraq, yarımdairəvi, izləyici qüllələri ilə əhatə olunmuş stadion kimi təsvir olunur.[53]
Filmin ilk tizer posteri 2000-ci ilin dekabrında çıxarılmışdı.[60] İlk tizer treyler isə 2 mart 2001-ci ildə peyk vasitəsiylə təqdim edilmiş və “Spot ləqəbli xəfiyyə” filmi ilə birlikdə kinoteatrlarda göstərilməyə başlanmışdır.[61] Film musiqiləri 30 oktyabr 2011-ci ildə CD formatında satışa çıxarılmışdır. “Electronic Arts” tərəfindən film əsasında hazırlanmış və bir neçə oyunçu üçün nəzərdə tutulmuş oyun 15 noyabr 2001-ci ildə təqdim edilmişdir.[57] GameCube, PlayStation 2, və Xbox üçün nəzərdə tutulmuş başqa bir oyun isə 2003-cü ildə təqdim edilmişdir.[62] “Mattel” film əsasında oyuncaqlar istehsal etmək hüququnu əldə etmişdir və həmin oyuncaqlar eksklüziv olaraq Warner Brothers' mağazalarında satılmışdır.[63] “Hasbro” romanlar seriyasında təsvir edilənlərə oxşar məhsullar, o cümlədən qənnadı məmulatı istehsalına başlamışdır.[64] “Warner Bros.” Filmin təbliğatı və tanıdılması üçün Coca-Cola ilə $150 dəyəri olan müqavilə imzalamış[51], Lego isə filmdəki binalar və səhnələr əsasında “Lego Creator: Harry Potter” oyununu hazırlamışdır.[65]
“Warner Bros.”filmi VHS və DVD formatlarında 11 fevral 2002-ci ildə E3 BK-da[66], 11 may 2002-ci ildə BK-da[66], 28 may 2002-ci ildə isə ABŞ-də satışa çıxarmışdır[67]. Daha sonra filmin blu-ray və DVD versiyalarını ehtiva edən “Ultimate Edition” versiyası yalnız ABŞ-də satışa çıxarılmışdır. Bu versiyaya xüsusi əlavələr daxildir ki, onlar da Redkliff, Qrint və Uatsonun ilk ekran testləri, filmin ixtisar edilmiş səhnələri ilə geniş versiyası, “Harri Potter dünyasının yaradılması I Hissə: Sehrli başlanğıc” filmi və 48 səhifəlik bərk üzlü bukletdən ibarətdir.[68] Filmin geniş versiyasının davamiyyət müddəti 159 dəqiqədir.[69]
Tənqidçilər tərəfindən müsbət rəylər alan film, Rotten Tomatoesda 80% “təzə” reytinq toplamışdır. Konsensusda deyilir ki, “Kitab kimi, filmin də zəif və güclü tərəfləri var. Filmdə hər şey kitabda necə var elə də cərəyan edir, ona görə də sürprizlər və yeni kəşflərə yer qalmır. Potter fanatlarına başqa nə lazımdır ki?”[70] “Metacritic ” filmi 100 ballıq sistem üzərindən 64 balla dəyərləndirmiş və “əsasən müsbət rəy” bildirmişdir.[71] Rocer Ebert filmi “klassika” adlandırır və beş baldan dörd balla qiymətləndirir, xüsusilə Qviddiç səhnələrində vizual effektləri yüksək dəyərləndirir.[72] Bu dəyərləndirmə “The Telegraph” və “Empire” tərəfindən dəstəklənmişdir.[73][74] “IGN.com”-dan Brayan Laynder filmi müsbət qiymətləndirir, və qeyd edir ki, “mükəmməl olmasa da, sevdiyim romanlar seriyası üçün yaxşı əlavədir.” [75]
“Palo Alto Online ”dan Ceyni Aufmurt filmin son yarım saatını tənqid etsə də, qeyd edir ki, “film hətta ən sinik kinomanların da qəlbini ovsunlayacaq.”[76] “USA Today”dən Klaudiya Puiq filmi dörd ulduzdan üç ulduzla dəyərləndirir, xüsusilə set dizaynını və Robbi Koltreynin Haqridi canlandırmasını qeyd edir, lakin Con Vilyamsın musiqisini tənqid edərək vurğulayır ki, “romanlar seriyasının pərəstişkarları daha çox sehr təcəssümü eşitmək istəyərdilər.”[77] Dekorasiyalar, dizayn, operator işi, xüsusi effektlər və əsas çəkiliş “The Hollywood Reporter” müxbiri Kirk Hanikatt tərəfindən də yüksək qiymətləndirilir, lakin, o, Con Vilyamsın musiqisini “böyük zəng, səsini kəsmək mümkün olmayan mücrü musiqisi” adlandırır.[78] “Variety” jurnalından Todd MakKarti filmi “Küləklə sovrulanlar” filmi ilə müqayisə edir və bildirir ki, “ssenarinin romana uyğunluğu, aktyorların uyğunluğu, dekorasiyalar, kostyumlar, qrimmlər və xüsusi effektlər bəzən təsəvvür etdiyimizdən də artıq təəccübə səbəb olur.”[79] “New York Post”dan Conatan Foreman yazır ki, film öz ədəbi həmkarına “olduqca sadiq”dir və uzun adaptasiya üçün kifayət qədər maraqlıdır.[80]
“Time” jurnalından Riçard Korliss “rəqəmsal adaptasiya” adlandırır, “hadisələrin hərəkət sürəti” və baş rol aktyorlarının “xarizmasız” olmalarını tənqid edir.[81] “CNN”-dən Pol Tatara qeyd edir ki, Kolumbus və Klovz “kitabdakı hansısa səhnənin ixtisar edilməsinə görə kimisə incitməmək üçün o qədər ehtiyyatlı davranırlar ki, hekayə Roulinqin başındakı cümbüşü xatırladır.”[82] “The Film Experience”dən Nataniel Rocers filmi mənfi qəymətləndirir və yazır: “Harri Potter və Sehrbaz Daşı bir filmin ola biləcəyi qədər yumşaq çəkilib.”[83] “Slant Magazine”dən Ed Qonzalez filmin Tim Börton tərəfindən çəkilməsini arzu edir və operator işinin “mülayim və darıxdırıcı” olduğunu yazır və filmin əksər hissəsinin “lazımsız darıxdırıcı səhnələr”dən ibarət olduğunu bildirir.[84] “The New York Times”dan Elvis Mitçell filmi çox pis qiymətləndirir və deyir ki, “[film] çiçəklənmə dövründən bir müddət sonrakı dövrü yaşayan tematik parkı xatırladır; atraksionlar səs çıxarır və yorğun dəmirlər bir-birinə sürtülür.”[85]
Filmin dünya premyerası 4 noyabr 2001-ci ildə Londonun Leyster meydanında Hoqvarts məktəbi kimi dizayn edilmiş kinoteatrda baş tutmuşdur.[86] Film böyük kassa gəliri əldə etmişdir. Açılış günü film təkcə ABŞ-də $32.3 milyon gəlir əldə edərək “Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi” filminin rekordunu qırmışdır.[87] Ümumilikdə açılış həftəsində $90.3 milyon gəlir əldə edən film, “Yura dövrü parkı:İtirilmiş dünya” filminin rekordunu qıraraq, bütün zamanların ən böyük açılış həftəsi kimi tarixə düşmüşdür.[88] Film bu nəticəni həmin ilin mayına kimi saxlamış, daha sonra isə “Hörümçək-adam” filmi $114.8 milyon açılış həftəsi gəliri ilə bu rekordu qırmışdır.[89][90] Üç həftə ardıcıl olaraq kassa gəlirlərinə görə film birinci yeri qoruyub saxlaya bilmişdir. Film həm də $82.4 milyon gəlirlə beş günlük (çərşənbə-bazar) Şükranlıq bayramı tətili üzrə ən böyük gəlir əldə edən film olmuş, 12 il sonra “Aclıq Oyunları: Alovu tutmaq” və “Soyuq ürək” filmlərinin müvafiq olaraq $110.1 milyon və $94 milyon Şükranlıq bayramı gəliri gətirməsinə kimi öz uğurlu nəticəsini saxlamışdır.[91]
Film bütün dünyada ABŞ-dəki gəlir nəticələrinə bənzər nəticələr göstərmişdir. BK-da “Harri Potter və Fəlsəfə Daşı” filmi bütün zamanların ən böyük açılış həftəsi göstəricisini əldə edərək, həm daxili, həm də xarici izləmədə rekord gəlirlə müvafiq olaraq £16.3 milyon və £9.8 milyon qazanc əldə etmişdir.[92] Ümumilikdə £66.1 milyon gəlirlə film BK-da bütün zamanların ən çox gəlir gətirən ikinci filmi (Titanik filmindən sonra) olmuş və “Mamma Mia!” filmi tərəfindən bu rekord qırılana qədər mövqeyini saxlaya bilmişdir.[93]
Ümumilikdə dünya üzrə film $974.7 milyon gəlir əldə etmişdir ki, bunun da $974.7 milyonu yalnız ABŞ-nin, $657.1 milyonu isə digər ölkələrin payına düşür.[3] Bu göstərici filmi həmin dövrdə dünyanın ən çox gəlir gətirən ikinci filmi[94], həmçinin ilin ən çox gəlirli filmi kimi qeyd etmişdir.[95] 2014-cü ildə filmin Ən çox gəlir gətirən filmlərin siyahısında XXI yerdə qərarlaşdığı[96], həmçinin $1 milyarddan artıq gəlirlə Harri Potter filmlər seriyasında daxil olan filmlər siyahısında “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmindən sonra ən çox gəlir gətirən ikinci film olmuşdur.[97]
Film üç nominasiyada Oskar mükafatına namizəd göstərilmişdir: Ən Yaxşı Rəssam İşi, Ən Yaxşı Kostyum Dizaynı və Con Vilyams Ən Yaxşı Orijinal Film Musiqisinə görə.[98] Film yeddi nominasiyada BAFTA mükafatına namizəd göstərilmişdir. Nominasiyalar Ən Yaxşı Britaniya Filmi, Ən Yaxşı İkinci Dərəcəli Aktyor Robbi Koltreyn, həmçinin Ən Yaxşı Kostyum Dizaynı, Quruluşçu rəssam, Makiyaj və Saç, Səs və vizual effektlər idi.[99] Film Ən Yaxşı Kostyum Dizaynı nominasiyasında Saturn mükafatı qazanmış[100] və daha səkkiz nominasiyada mükafata namizəd göstərilmişdir.[101] Film Amerika Kastinq Cəmiyyəti və Kostyum Dizaynerləri Gildiyasının da mükafatlarını qazanmışdır.[102][103] Xüsusi effektlərinə görə Amerika Film İnstitutunun mükafatına[104], quruluşçu-rəssam işinə görə isə Quruluşçu Rəssamlar Gildiyasının Mükafatına namizəd göstərilmişdir.[105] Film, Ən Yaxşı Ailə Filmi Yayımı nominasiyasında Televiziya Film Tənqidçiləri Mükafatı qazanmış, Ən Yaxşı Uşaq Performansı (Deniel Redkliff üçün) və Ən Yaxşı Bəstəkar (Con Vilyams üçün) nominasiyalarında mükafata namizəd göstərilmişdir.[106]
Mükafat və nominasiyaların siyahısı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Filming began on Harry Potter and the Philosopher's Stone at Leavesden Studios on Friday 29th September 2000.