Hortlak

Xortlaq — türk mifologiyasında yaşayan ölü. Anadoluda Hortlak və ya Hortan olaraq da bilinər. "Zombi" (ing.) yəni yaşayan ölü və ya məzardan çıxan ölü deməkdir. "Xortlaq" türk dilində, Azərbaycan dilindəki xortdan sözündən daha fərqli bir məna daşıyar. Cansız olduğu halda hərəkət edə bilən varlıqdır. Ölümü çətin olan adamın xortlamasının (xırtlamasının) daha məşhur olduğu düşünülər. Çünki gözü dünyada qalmışdır. Məzardan çıxma faktını, ölmədən (öldüyü sanılaraq) basdırılma ilə izah etmək kifayət deyil. Bəşər tarixində bu tip hadisələrə rast gəlinmiş olsa da, Xortdan motivi fərqli mədəni hisslərlə əlaqəlidir. Məsələn Avropada öldüyü sanılaraq basdırılacağı qorxusunu daşıyan dövründə tanınmış insanların buna mane olmaq üçün aldıqları tədbirləri ehtiva edən vəsiyyətlər belə vardır. Xortdan hekayələrindən ölmüş olan insanın artıq bu dünyaya aid olmadığı, bunun qəbul edilməsi lazım olduğu nəticəsi belə çıxarıla bilər. Lakin əslində bu motiv, insanın ölümə və onu ən yaxşı simvollaşdırma edən məzarlara istiqamətli olan qorxularının bir dışavurumudur. Bir çox cəmiyyətdə məzardan çıxma və ya yaşayan ölü anlayışına söykənən varlıqlar mövcuddur. Hətta bir dövr məşhur mədəniyyətin ən çox maraq göstərdiyi fiqurlardan biri halına gələrək qorxu filmlərinə mövzu olmuşdur.

Azərbaycanın və Türkiyənin bəzi bölgələrində dəfn olunduğu gün məzarla­rın­dan çıxaraq insanları qorxudan "xortdan" və "xortlaq" adlı varlıqların mövcud­lu­ğuna inanılır. Deyilənə görə yaşadığı vaxt pisliklər edən, ara vuran və dedi-qodu ilə məşğul olan insanlar öldükdən sonra dirilirlər. Fərz edilir ki, bir insanın xortla­ma­sı xoşagəlməz bir hadisədir. Çünki xırtlayan insanın axirətdən qovulduğuna inanılır. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda dolaşan hər iki məxluq onları əsəbləşdirən insanlara sataşa, sürətlə qaça, ata minə, silahdan istifa­də edə, istədiyi insanı döyə, sevdiyi insanı qaçıra, evlərə hücum edə, yol kəsə bilər.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Xort/Hort) kökündən törəmişdir. Məzardan çıxmaq mənası daşıyır. Söz kökündə bir yerdən fırlama, çölə çıxmaq, kiçikdən doğulmaq kimi mənalar vardır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]