Müdafiə (hərbi)

Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür.

Vahid Heyət Rəhbər
Tim 4 Kiçik çavuş
Çavuş
Baş çavuş
Birinci dərəcəli starşina
İkinci dərəcəli starşina
Üçüncü dərəcəli starşina
Manqa 8-13 Kiçik gizir
Gizir
Baş gizir
Kiçik miçman
Miçman
Baş miçman
Taqım 25-26 Kiçik leytenant
Leytenant
Baş leytenant
Bölük 80-225 Baş leytenant
Kapitan (hərbi rütbə)
Kapitan-leytenant
Tabor 300-1300 Kapitan (hərbi rütbə)
Mayor
Polkovnik-leytenant
Üçüncü dərəcəli kapitan
Alay 1300-3000 Polkovnik-leytenant
Polkovnik
İkinci dərəcəli kapitan
Briqada 3000-5000 Polkovnik
General-mayor
Kontr-admiral
Diviziya 10000-15000 General-mayor
Kontr-admiral
Korpus 20000-45000 General-leytenant
Vitse-admiral
Ordu 80000-200000 General-polkovnik
Admiral
Ordu qrupu 400,000–1,000,000 Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral

Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi). Bəzi ölkələr isə Quru qüvvələrini silahlı qüvvələrin ana və baş ordusu olaraq qəbul edər və Quru qüvvələrinin bayrağını və ya emblemi silahlı qüvvələrin emblemi edər. Eləcədə ordunun ən yüksək ali vəzifəsi General Palkovnikdir.

Azərbaycan dilindəki "ordu" sözü qədim türkcə "qərargah, saray" mənasını daşıyan "ordu və ya "ordo" sözündən əmələ gəlmişdir. Bu söz monqolca "ordu" sözü ilə sinonimdir və eyni məna daşıyır. Əvvəlcə "imarət, qərargah" mənasını versə də, XIII əsrdən sonra ərəbcə olan "əsgər" sözünün qarşılığı kimi istifadə edilmişdir.[1] XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə ləşkər (لشکر) adlandırılmışdır.[2] Bu söz fars mənşəlidir.[3]

  1. "ordu". Nişanyan Sözlük. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  2. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
  3. MacKenzie, D. N. (1971), “laškar”, in , London, New York, Toronto: Oxford University Press
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.