Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tağaser kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Müqəddəs Məryəm kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Tağaser kəndi |
Tikilmə tarixi | XVII əsr |
İstinad nöm. | 4329 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Kilsənin inşaat kitabəsinə əsasən onun XVII əsrdə tikildiyi müəyyən edilmişdir.[2]
Kilsənin xarabalıqları Tağaser kəndinin qərbindəki təpənin üstündə yerləşir. Kilsənin cənub və qərb tərəflərində daha iki tikilinin xarabalıqları vardır. Kompleksin şimal tərəfini əhatə etmiş müdafiə divarlarının yalnız qalıqları dövrümüzə çatmışdır.[2]
Planda sadə düzbucaqlı formaya malik olan kilsə, 15x5.3 metr ölçülərə malikdir. İbadət zalının şərq hissəsində tağlı örtüyə malik altar apsidası və iki kiçik köməkçi otaq yerləşir. Tikili tamamilə yerli daşlardan inşa edilmişdir.[2]