Müsəlman Mindanao Muxtar Bölgəsi (taqal Nagsasariling Rehiyon sa Muslim na Mindanao, ing. Autonomous Region in Muslim Mindanao, ARMM) — Filippin axipelaqının Mindanao adalarında yerləşən müsəlman əhalisindən ibarət olan ərazi muxtariyyəti. Filippin ərazisində yerləşən yeganə ərazidir ki, öz hakimiyyət orqanlarına malikdir. Cotabato şəhəri bölgənin daxilində yerləşməsədə muxtariyyətin paytaxtıdır.Bölgə ümumilikdə 12 695,0 km² ərazini əhatə edir. Əsası 1 avqust 1989-cu ildə qoyulub. 6 oktyabr 1990-cı ildə Cotabato şəhəridə keçirilən tədbirlə rəsmən tanındı və bu şəhər müvəqqəti paytaxtı elan olnundu. Qeyd etmək lazımdır ki, bu Moro Milli Qurtuluş Cəbhəsinin uğurlu mübarizəsinin nəticəsi idi.
ARMM | |||
---|---|---|---|
taqal Nagsasariling Rehiyon sa Muslim na Mindanao, ing. Autonomous Region in Muslim Mindanao, ARMM | |||
| |||
Paytaxt | Cotabato | ||
İdarəetmə forması | Muxtar region | ||
Sahəsi | |||
• Ümumi | 12695 km² | ||
Əhalisi | |||
• Əhali | 3,256,140 nəfər | ||
• Sıxlıq | 220.9 nəf./km² | ||
Vikianbarda əlaqəli mediafayllar |
Bölgə iki coğrafi sahəyə ayrılır. Mindanao adası və Sulu arxipelaqı.Mindanao adasındakı ərazi də iki coğrafi rayonlarını özündə birləşdirir:Lanao-del-Sur və Maqindanao. Bundan başqa Basilan, Sulu, Tavi-Tavi adalar və bir sıra kiçik adaları var.
Bölgə bölgə başçısı tərəfindən idarə olunur. Başçı və başçı köməkçisi birbaşa icra heyəti tərəfindən seçilir. Bölgədə qanunlar bölgə məclisi tərəfindən çıxarılar və məclis üzvləri tərəfindən qəbul edilir. Açıq səsvermə keçirilir. Bölgədə seçkilər ümumiyyətlə Filippin konqresindən çıxacaq qanuna bağlı olaraq ümumi seçkilərdən (milli və yerli) bir il sonra həyata keçirilir.
ARMM məclisi , məclis sədrinin başçılığında qurulan tək parlamentli bir parlamentə malikdir. Hər seçin bölgəsinin özünə aid üç üzvü vardır . Bu ankı 24 üzvün 6-sı Lanao del Sur (Maravi Şəhəri daxil), 6-sı Maguindanao, 6-sı Sulu, 3-ü Basilan və 3-ü də Tavi - Tavidəndir.
Uzun əsrlər boyu Mindanao adasında Filippindən asılı olmayan müstəqil dövlət mövcud olmuşdur. Bu müddət ərzində isə burada xalqın öz mədəniyyəti formalaşmışdır. Ərazidə islam mədəniyyəti hələ XV əsrdən kök salmışdı. İslam dini ilk dəfə Tavi-Tavidə 1380-ci ildə ayaq basır. İspanlar isə 1565-ci ildən Filippin ərazisini koloniyalaşdırmağa başlamışdılar. 1457-ci ildə burada Seyyid Əbu Bəkir Abirin başçılığı ilə Sulu sultanlığı yaradıldı. Sultanlıq 1917-ci ilədək öz varlığını qoruya bildi.
№ | Vilayət | İnzibati mərkəz |
Sahəsi, km² |
Əhalisi,[1] nəf. (2010) |
Sıxlıq, nəf./km² |
---|---|---|---|---|---|
1 | Basilan | İsabela | 1 234,2 | 293 322 | 237,66 |
2 | Maqindanao | Şarif-Аqauk | 4 900,1 | 944 718 | 192,80 |
3 | Sulu vilayəti | Xolo | 1 600,4 | 718 290 | 448,82 |
4 | Tavi-Tavi | Panqlima-Suqala | 1 087,4 | 366 550 | 337,09 |
5 | Cənubi Lanao | Maravi | 3 872,9 | 933 260 | 240,97 |
Bütünü | 12 695,0 | 3 256 140 | 256,49 |