Pfalz kürfürstü


Pfals kürfürstlüyü (alm. Kurfürstentum Pfalz‎) və ya Pfals (alm. Pfalz‎) — Müqəddəs Roma İmperiyasının bir hissəsi olan dövlət.[1] O, Yuxarı Reynin sol sahilindən, Almaniyanın müasir Reynland-Pfalz federal əyalətində bugünkü Pfalz bölgəsindəki Hunsrük dağ silsiləsi və Fransanın Elzas və Lotaringiya bölgələrindən Reynin şərq sahilində, indiki HessenBaden-Vürtemberqdə Odenvald silsiləsi və HeydelberqManhaym paytaxtlarını əhatə edən cənub Krayxqau bölgəsinə qədər uzanırdı.

Kürfürstlük
Pfals kürfürstlüyü
alm. Kurfürstentum Pfalz
Bayraq Gerb
Bayraq Gerb
 
 
 
 
 
 
 

Paytaxt

Heydelberq (1085–1690)
Düsseldorf (1690–1720)
Manhaym

(1720–1803)
Rəsmi dilləri
İdarəetmə forması İrsi monarxiya
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pfals kürfürstləri Frank qanunlarına tabe olan ərazilərdə (Frankoniya, ŞvabiyaReynlandda) imperator vəkili vəzifəsini icra edirdilər və Müqəddəs Roma İmperiyasının ən əhəmiyyətli dünyəvi knyazları arasında yer alırdılar. 1541-ci ildə kürfürst Otto Henri lüteranlığı qəbul etmişdi. Kürfüstlüyün kulminasiya nöqtəsi və tənəzzülü 1619-cu ildə Bohemiya kralına çıxması Otuzilik Müharibəyə səbəb olan kürfürst V Frederikin hakimiyyətinə rast gəlir. 1648-ci il Vestfaliya Sülhündən sonra Fransa kralı XIV Lüdovik tərəfindən başladılan və Doqquzillik müharibə (1688–97) ilə yekunlaşan "Yenidən birləşmə" müharibələri dağıdılmış torpaqları daha da çətin vəziyyətə saldı. 1777-ci ildən Bavariya kürfürstlüyü ilə fərdi birlikdə idarə olunan Pfals nəhayət, 27 aprel 1803-cü ildə Baden tərəfindən ilhaq edildi.

  1. I Ruprext (10 yanvar 1356 – 16 fevral 1390)
  2. II Ruprext (16 fevral 1390 – 6 yanvar 1398)
  3. III Ruprext (6 yanvar 1398 – 18 may 1410)
  4. III Lüdviq (18 may 1410 – 30 dekabr 1436)
  5. IV Lüdviq (30 dekabr 1436 – 13 avqust 1449)
  6. Filipp (13 avqust 1449–1451)
  7. I Fridrix (1451 – 12 dekabr 1476)
  8. (yenidən) Filipp (12 dekabr 1476 – 28 fevral 1508)
  9. V Lüdviq (28 fevral 1508 – 16 mart 1544)
  10. II Fridrix (16 mart 1544 – 26 fevral 1556)
  11. Otto Henri (26 fevral 1556 – 12 fevral 1559)
  12. III Fridrix (12 fevral 1559 – 26 oktyabr 1576)
  13. VI Lüdviq (26 oktyabr 1576 – 22 oktyabr 1583)
  14. IV Fridrix (22 oktyabr 1583 – 19 sentyabr 1610)
  15. V Fridrix (19 sentyabr 1610 – 23 fevral 1623)
  16. I Maksimilian (23 fevral 1623 – 24 oktyabr 1648)
  17. I Karl (24 oktyabr 1648 – 28 avqust 1680)
  18. II Karl (28 avqust 1680 – 26 may 1685)
  19. Filipp Vilhelm (26 may 1685 – 2 sentyabr 1690)
  20. İohann Vilhelm (2 sentyabr 1690 – 8 iyun 1716)
  21. III Karl (8 iyun 1716 – 31 dekabr 1742)
  22. IV Karl (31 dekabr 1742 – 30 dekabr 1777)
  23. II Maksimilian (16 fevral 1799 – 6 avqust 1806)
  1. Ralph Dornfeld Owen, Palatine & Palatinate, p. 231. Retrieved 29 November 2015.