Fərid Mansurov (10 may 1982, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi (2010-2011), Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri.
Fərid Mansurov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Fərid Salman oğlu Mansurov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Dmanisi, Gürcüstan SSR |
Boyu | 171 sm. (5 ft 5 in) |
Çəkisi | 66 kq |
İdman növü | Güləş |
Karyera illəri | 1992—2010 |
Məşqçisi | Əliqulu Həsənoğlu |
Komandası | Neftçi İdman Klubu |
10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur.Ailəsi 1984-cü ildə Bakıya köçmüşdür.
1992-ci ildən «Neftçi» İdman Cəmiyyətində Əliqulu Həsənoğlunun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə edir. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutur. Lakin 1998-ci ildə yeniyetmələrin Olimpiadasında uğursuz çıxış edir.Səbəb isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxmasıdır.
Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır.
2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil , birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra , dünya çempionatının gümüş medalçısı olur.
2003-cü ildə bir neçə Qran-Pri turnirlərində qalib gəlir və Afina Olimpiadasına lisenziya qazanır.2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanır.
2004-cü ildə sonra üç il ərzində belindəki zədə üzündən məşq edə bilmir. 2007-ci ildə yenidən idmana qayıdır və Bakıdakı dünya çempionatında qızıl medal alır və Pekin Olimpiadasına vəsiqə əldə edir.
Olimpiadada xəstələnməsi səbəbindən məğlub olur. 2009-cu ildə bu uğursuzluğun əvəzini çıxaraq növbəti dəfə dünya çempionu olur.
30 iyun 2010- cu ildə Fərid Mansurov son dünya çempionunda aldığı zədəyə görə idmandan getdiyini elan edir.Həmin gün o yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi təyin edilir.[1]
Azərbaycan Respublikaı Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb[2].
2016-cı ildə Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri təyin edilmişdir.
2021-ci ilin dekabr ayının 8-də Azərbaycan Respublikasının İdman və Gənclər nazirinin əmri ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.[3]
Fərid Mansurov 1997-ci ilin iyulunda Sloveniyanın Maribor şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Finala qədər bütün rəqibləri üzərində qələbə qazanan Fərid Mansurov final görüşündə Qazaxıstan nümayəndəsi Aydın Sarsegeyeva məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Bu 15 yaşlı Fərid Mansurovun birinci ciddi uğuru idi.
1998-ci ilin iyulunda isə Fərid Mansurov Rusiyada baş tutan Yeniyetmələrin Ümumdünya Oyunlarında mübarizə aparsa da, turnirin yarım-final mərhələsində Kuba idmançısı ilə görüşdə biləyinin çıxması nəticəsində turnirdə çıxışını başa vura bilmədi. Buna zədəyə görə Fərid Mansurov uzun müddət beynəlxalq turnirlərdə mübarizə apara bilmədi.
Fərid Mansurov bir ildən sonra, 1999-cu ilin iyulunda yeniyetmələr arasında Dünya Çempionatında mübarizə aparsa da, o, uğursuz çıxış elədi və turniri 28 idmançı sırasında 16-cı pillədə başa vurdu.
2000-ci ilin iyununda Fərid Mansurov Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında çıxış elədi. Nəticədə Fərid Mansurov turniri 18 idmançı sırasında 8-ci pillədə başa vurdu.
Yeniyetmələrin Dünya Çempionatı | Sloveniya | |||
Yeniyetmələrin Dünya Çempionatı | Danimarka | |||
Gənclərin Avropa Çempionatı | Bolqarıstan | |||
Gənclərin Dünya Çempionatı | Özbəkistan | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Yuqoslaviya | |||
Dünya Çempionatı | Fransa | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Olimpiya Oyunları | Çin | |||
Avropa Çempionatı | Litva | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Danimarka | |||
Avropa Çempionatı | Azərbaycan |