"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı.[1]
"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | yubiley medalı[d] |
Status | təqdim olunmur |
Statistika | |
Təsis tarixi | 8 may 2009 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı |
Aşağı mükafat | "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)" yubiley medalı |
"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.
Medal diametri 36 mm olan qızılı rəngli dairəvi metal lövhədən ibarətdir.
Medalın ön tərəfinin içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairə dəniz dalğası (Pantone 3298 °C) rəngindədir. Birinci dairədə yuxarı qövs boyunca qızılı rəngdə "AZƏRBAYCAN", aşağı qövs boyunca "SƏRHƏD MÜHAFİZƏSİ" sözləri, sağ və sol tərəflərdə qızılı rəngdə səkkizguşəli ulduzlar həkk olunmuşdur. Medalın ikinci dairəsi ağ rəngdə olmaqla, mərkəzində yuxarıda qızılı rəngdə Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən aşağıda "1919–2009" və "90" rəqəmləri həkk olunmuşdur.
Medalın arxa tərəfinin içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairə dəniz dalğası (Pantone 3298 °C) rəngindədir. Birinci dairədə yuxarı qövs boyunca qızılı rəngdə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövs boyunca "DÖVLƏT SƏRHƏD XİDMƏTİ" sözləri, sağ və sol tərəflərdə qızılı rəngdə səkkizguşəli ulduzlar həkk olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində Azərbaycan Respublikasının xəritəsi və sərhəd nişanı həkk olunmuşdur. Sərhəd nişanındakı rənglər və onların ardıcıllığı (üç dəfə təkrarlanmaqla) Azərbaycan Respublikasının Dövlət Bayrağında olduğu kimidir. Medalın paltara bərkidilməsi üçün üst hissəsi 40 mm x 5 mm ölçüdə ilgəkli qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən, alt hissəsi 40 mm x 5 mm ölçüdə qızılı rəngli metal lövhədən ibarət 3 elementdən olan düzbucaqlı lövhədən istifadə olunur. Medal lövhəyə diametri 5 mm olan 3 qızılı rəngli metal halqa vasitəsilə birləşdirilir. Lövhənin orta hissəsindəki xara lent şaquli eyni ölçülü 3 zolağa bölünmüşdür. Kənar zolaqlar dəniz dalğası (Pantone 3298 °C), mərkəzdəki zolaq boz rəngdədir. Lövhənin alt metal təbəqəsinin üzərində qızılı rəngli şaquli nazik xətlər istiqamətlənir.
Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.[2]