Səfəvi imperiyasının Birinci Sunja yürüşü

Səfəvi imperiyasının I Sunja yürüşü - 1651-1653-cü illər Səfəvi-Rusiya müharibəsi çərçivəsində baş vermiş hərbi toqquşma.

Səfəvi imperiyasının Birinci Sunja yürüşü

Rusiyanın Şimali Qafqazda tədirəcən möhkəmlənməsi Səfəvi imperiyasının narahatlığına səbəb olurdu. Xüsusən rusların Şimali Qafqazda Səfəvi nüfuz dairələrinə yaxın hesab edilən yerlərdə istehkamlar tikməsi Səfəvi imperiyasını qəti addımlar atmağa sövq etdi.

Hakimiyyətinin ilk illərində Abbas ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələrinə və Səfəvilərdə rus tacirlərin həbsinə görə gərginlik artdı.[1] Həmçinin rusların sərhədlərini cənuba doğru genişlətməsi buraları özlərinin mülkü hesab edən Səfəvilərin qarşı çıxması ilə nəticələndi.[2] Bu gərginliklər də 1651-1653 müharibəsinə və ya münaqişəsinə yol açdı. Bu müharibənin meydana çıxmasında rol oynayan səbəblərdən bir digəri də rusların devrilmiş gürcü kralı I Teymuraz üçün qala tikmək istəmələri idi.[1][3] Ruslara yardım üçün müraciət edən Kaxetili I Teymuraz bu xəbərin II Abbasa çatmasından sonra öz istəyinə nail ola bilmədi. Qəndəharda olan II Abbas dərhal bu məsələ ilə məşğul olmaq üçün qoşun hazırlatdı. Şirvan bəylərbəyi Xosrov xanın komandanlığı altında yerli qumuqlarla əməkdaşıq edən Ərdəbil, Qarabağ və Astara qızılbaşları rusları məğlub etdilər, bazalarını ələ keçirdilər və özlərini qovdular.[4] Bundan sonra İsfahan və Moskva arasında elçilər yekun sülh müqaviləsini həll etmək üçün gedib gəlməyə başladı. Lakin sülh müqaviləsi 10 il sonra imzalandı.[1]

Ziddiyyətlərin səbəbi

[redaktə | mənbəni redaktə et]

1639-ci ildə Səfəvi-Osmanlı müharibəsi (1623-1639) qurtardı. Bu iki dövlətin Qafqazda təsir dairələrini müəyyən edən Qəsri-Şirin sülh müqaviləsi bağlandı. Yeni şəraitdə Səfəvilər Dərbənddən Sunjaya qədər, Osmanlılar və Krım xanları isə Qara dənizdən Kabardaya qədər öz hakimiyətlərini yaymaq istəyirdilər. Şimali Qafqazda Səfəvilərin maraqları qaçılmaz olaraq Rusiya ilə toqquşurdu. Şah II Abbas hakimiyətinin əvvəlində Rusiya ilə dinc münasibətlər saxlayırdı, lakin rusların Şimali Qafqazda işğalçı planları onun Rusiyaya qarşı münasibətini dəyişdi. Mübahisənin başlamasına 1650-ci ildə kazak quldurlarının Kabardaya gedən şirvanlı və dağıstanlı tacirlərin karvanına basqını oldu. Şirvan bəylərbəyi şamaxılı Xosrov xan çox narazı qalmışdı, çünki Xosrov xanın mülkiyəti də yağmalanmışdı. Ruslar bəhanə etdilər ki karvanın keçməsi üçün Terek(voyevoda) sərdarlarından icazə alınmamışdı, buna görə kazaklar ona hucum etmişdi. Şamaxı bəylərbəyi Həştərxan sərdarını kazakları dəstəkləməkdə suçladı və ondan təzminat tələb etdi. Xan məktubunda yazdı ki, əgər ruslar özləri qurldurlarla bacarmırlarsa, onda o bir ayın içində onların kökünü kəsməyə hazırdır və lazım gəlsə Terek şəhərciyiniHəştərxanı yerlə bir edər.

" Şirvan Bəylərbəyi Xosrov xan'ın Kazak quldurları ilə bağlı ruslara cavab məktubu. 1650 - ci ilin sonları

...Kazaklar dəfələrlə həm mənim şəxsi mülklərimə, həm də dövlət mülklərinə ziyan vurublar. Və siz həmişə olduğu kimi yenə bir bəhanə ilə cavab göndərirsiniz. Onlara bu cəsarəti Həştərxandan alırlar. Əgər siz öz quldurlarınıza sahib çıxa bilmirsinizsə, mən onlara sahib çıxıb köklərini birdəfəlik kəsərəm. Həştərxan sərdarına deyin, ədavəti varsa, meydanə gəlsin. Lazım gəlsə, mən həm Tərkini həm də, Həştərxanı yerlə bir edərəm. Şahımız bütün bunlardan xəbərdardır və bir daha bu təkrarlansa, biz lazimi tədbirlər görüb"dostluq pərdəsi"ni üzümüzdən atacağıq.

  • 1651-1653 Səfəvi-Rus müharibələri

"

1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında uzun müddətdir davam edən müharibə Qəsri Şirin sülh müqaviləsinin imzalanması ilə sonlandırıldı. Yeni imzalanmış müqaviləyə əsasən Qafqaz iki imperiya arasında nüfuz dairələrinə bölündü. Yeni konfiqurasiyaya görə Osmanlı və Krım xanlığı Qara dəniz sahili boyunca və Kabarda da öz üstünlüyünü qurmağa çalışarkən, Səfəvi şahı Dərbənddən yuxarıya doğru, Sunja çayına qədərki bölgələrdə öz nüfuz üstünlüyünü qura bilərdi. Belə bir şəraitdə bölgə üzərində Rusiya ilə Səfəvi imperiyasının maraqlı toqquşurdu. II Abbas taxta çıxdıqdan sonra ruslarla sülhü davam etdirməkdə qərarlı olub, ticarəti və əməkdaşlığı genişlətmək üçün addımlar atsa da, sonradan bu fikrindən daşındı. II Abbasın yeni məqsədi nəinki ruslasrın Dağıstan ərazisinə daxil olmasının qarşısını almaq, eyni zamanda rusları bütün Şimali Qafqazdan qovmaq idi. Bunun üçün şah dağlıların daxili işlərinə qarışmağa da başladı.[5]

Müharibənin başlamasında Xosrov xanın Xəzər dənizi sahilində fəaliyyət göstərən kazak dəstələrinə qarşı çıxması əsas oldu. Beləki 1650-ci ildə Qreben kazakları şamaxılı və dağıstanlı tacirlərin karvanına hücum eədərək karvanın mallarını yağmaladılar. Yağmalanan karvanda Səfəvi imperiyasının Şirvan bəylərbəyi olan Xosrov xanın da şəxsi malları var idi. Bir qədər sonra məlum olur ki, karvan iki dövlət arasında imzalanmış müqavilənin şərtərinə zidd olaraq hərəkəti barədə Terek hakiminə məlumat verməmiş və buna görə də, kazakların hücumuna məruz qalmışdır. Xosrov xan rus hakiminə göndərdiyi məktubda vurulmuş zərərin kompensasiyasının verilməsini və kazakların cəzalandırılmasını tələb edirdi. Xosrov xan Həştərxanın rus hakiminə yazdığı məktubda rus hökumətinin heç birt addım atmayacağı halda kazakların hökumət orqanları təlimatı üzrə hərəkət etdiyi qənaətinə gələrək bir ay içində "həm Tereki, həm də Həştərxanı qara torpağa" çevirə və kazakları özü cəzalandıra biləcəyini yazırdı. Rusiya ilə Səfəvi arasında hərbi əməliyyatların başlamasının bilavasitə səbəbi Sunja qalasının bərpası idi. Terek və Sunjadakı rus qalaları şahın Dağıstanda öz təsirini yaratmaq planlarına mane olurdu. Doğrusu 1658-ci ildə Moskvadakı qızılbaş səfiri Daqul Sultan bildirmişdi ki, müharibənin başlamasının səbəbi Sunja qalası yox, Terek qumuqları olmuşdur. Sunjada məntəqə salındıqdan və orada qumuqlar məskunlaşdıqdan sonra bölgədəki münaqişələr, qətllər və oğurluqlar çoxalmış, nəticədə Səfəvi təbəələri bölgəyə səfər edə bilməmişdirlər. Səfəvi tərəfinin hücuma hazırlaşdığından xəbərdar olan Tarku şamxalı III Surxay xan 1650-ci ildə Həştərxanın qubernatoru Qriqori Çerkəzskiyə məktub yazaraq hücuma hazırlaşmağın gərəkdiyini bildirdi. Qubernator bu məktuba cavab olaraq terek atamanlarına və kazaklarına əmr göndərərə Sunja həbsxanasına yardım etmələrini və mümkün hücumun qarşısını ala bilmək üçün tədbirlər görməyi əmr etdi.[5][6]

1651-ci ildə Şirvanda olan Xosrov xan II Abbasdan fərman alır. Fərmanda ona vaxt itirmədən qızılbaş ordusunun Sunjaya yürüşünü təşkil etmək və orduya komandanlıq etmək əmr edilirdi. II Abbasın əmri sadəcə o qədər də böyük olmayan Sunja istehkamını ələ keçirməklə məhdudlaşmırdı. Xosrov xanın özünün də dediyi kimi II Abbas ona Sunjanı ələ keçirmək və vaxt itirmədən Həştərxana yürüş etməyi tapşırmışdı. Sunja qalasını ələ keçirməyi Xosrov xan Tarku şamxalı Surxay xana həvalə edir. Onun dəstəsinə Tarku qumuqlarından əlavə, Endirey qumuqları və Qaytaq usmiliyinin döyüşçüləri də daxil idi. Endirey qumuqlarına Qazan Alp, Qaytaq usmliyindən gələnlərə isə Əmirxan Sultan komandanlıq edirdi. Onlara kömək üçün Xosrov xan nizami qızılbaş ordusundan 800 nəfərlik dəstə və iki top da göndərir. 800 nəfərin 500-ü Şamaxıdan, 300-ü Dərbənddən idi. Həmçinin hazırlanan bu orduya noqay ordalarından olan dəstələr də Çoban Mirzə və Şatemir Mirzənin komandanlığı qoşuldular. Həmçinin Mıçık və Arqun çayları boyunca yaşayan çeçen camaatlıqları olan çıçkızyanlar və şibutyanlar da bu orduya qatılırlar. Sunjaya hücum etməyə hazırlaşan ordudakı döyüşçülərin sayı ümumilikdə 12 min nəfərə çatırdı. 25 oktyabr 1651-ci ildə birləşmiş ordu Sunja çayının sahilinə gəlib çatdı. İlk toqquşma Kazak Şadrinin məntəqəsi yaxınlığında baş verdi. Müdafiə mövqeyi tutan rus dəstələri müqavimət göstərməyi bacardılar və qızılbaşlarla qumuqların ilk hücumunu dəf edə bildilər.[5]

Uğur qazana bilməyən Surxay xan Tereki keçmək üçün Sunjanın ağızında yerləşən kazak məntəqəsi olan Verxnevo Çerlonova gəlib çatdılar. Artıq buradakı kazaklar özlərinə yeni möhkəmləndirilmiş istehkam qurmağı bacarmışdılar. 1 noyabr tarixində Terek voyvodası Knyaz Şetinin qızılbaşlarla döyüşən rus ordusu komandanı Knyaz Muçalın köməyinə yeni dəstələr göndərdi. Yeni dəstələrə atıcılar, boyar uşaqları və yni xristianlığa keçmiş olan və Tleva Tuqaşevin komandanlığında Yurt tatarları daxil idi. 2 noyabr tarixində Surxay xan yeni hücuma keçmək qərarına gəldi. Çerlenovoya gələn qızılbaş və qumuq ordusu Asmanovskiyə hücum etmək istəyirdilər. 2 noyabrda başlayan hücum yenə də ruslar tərəfindən dəf edildi və Knyaz Muçalın əks-hücumu uğurlu alındı. Qızılbaş və qumuq dəstələri Sunja çayına doğru geri çəkildilər. Mutçal öz dəstələrini Səfəvi ordusunu təqib etmək üçün göndərdi. Mutçalın qətiyyətli addımları və yardımın vaxtında yetişməsi nəticəsində ruslar Səfəvi hücumlarını dəf etməyi bacarmışdılar. Artıq 7 noyabrda Mutçalın gözətçiləri ona Səfəvi ordusunun tamamilə geri çəkildiyi məlumatını verdi. Səfəvi ordusunun hücumlarından ən çox əziyyət çəkən elə Knyaz Mutçalın öz təbəələri olmuşdu. Onun bildirdiyinə görə, hücum zamanı onun 3 minə qədər tatar atı, 500 dəvəsi, 10 min buynuzlu, 15 min buynuzsuz mal-heyvanı ələ keçirilmiş, xeyli sayda insan əsir aparılmışdır. Səfəvi ordusu üçün ilk yürüş uğursuzluqla nəticələndi. Surxay xan bəhanə yaratmaq üçün bildirdi ki, o, bilərəkdən Terek tatarlarının kəndlərini hədəf olaraq seçmişdir. Çünki onlar Kabardaya gedən yolları bağlamışdılar və bu hücumla onlara cavab verilmiş oldu.[5][7]

  1. 1 2 3 Matthee, 1999. səh. 169
  2. Bournoutian, 2021. səh. 4
  3. Matthee, 2012. səh. 122
  4. Matthee, 2019. səh. 122
  5. 1 2 3 4 Бабулин, 2006
  6. Зевакин, 1929
  7. Кабардино-русские отношения в XVI—XVII вв. I. Moskva. 1957. səh. 304.
  • Rudi Matthee. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730. London: I.B. Tauris. 1999. ISBN 9781838607074.
  • Rudi Matthee. ʿAbbas II. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. Ehsan Yarşater. 2012.
  • George Bournoutian. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. Brill. 2021. ISBN 978-9004445154.
  • Rudi Matthee. ʿAbbas II. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. Ehsan Yarşater. 2012.
  • Rudi Matthe. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. New York: Taylor & Francis. 2019. ISBN 9781000392876.
  • И. Б. Бабулин. Русско-иранский военный конфликт 1651—1653 гг. Рейтар. 2006.
  • А. Олеарий. Описание путешествия в Московию. Смоленск. 2003.
  • Р.Ризванов. Очерки истории Восточного Кавказа: X-ХХ вв. 1969.
  • Русско-дагестанские взаимоотношения в XVI-начале XX в: тематический сборник. Dağıstan: Дагестанский филиал АН СССР. 1988.
  • М. Б. Абдусаламов. Взаимоотношения кумыкских феодальных владетелей с Cефевидским Ираном в первой половине XVII в. Вестник Забайкальского государственного университета. 2013. 3–12.
  • А. А. Новосельского А. А., Н. В. Устюгова. Очерки истории СССР: период феодализма, XVII в. Moskva: Издательство Академии наук СССР. 1955. 1032.
  • Д. С. Кидирниязов, Ж. К. Мусаурова. Очерки истории ногайцев XV-XVIII вв. Изд-во дом "Народы Дагестана". 2003.
  • Е. С. Зевакин Конфликт России с Персией в середине XVII столетия // Азербайджан в начале XVIII века. Конфликт России с Персией в середине XVII столетия // Азербайджан в начале XVIII века. Bakı. 1929.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]