Xəsədərli

XasadarlıAzərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati-ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[1]

Xasadarlı
40°42′09″ şm. e. 46°41′11″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 255 nəf. (2009)
Xəritəni göstər/gizlə
Xasadarlı xəritədə
Xasadarlı
Xasadarlı

Tədqiqatçılara görə, oykonimin əsli Xasadərəli olmalıdır. Onların fikrincə, xasa (Azərbaycan dilinin bəzi dialektlərində "yaşıllıq, göylük" mənasında işlənir) və dərə komponentlərindən düzəlmiş bu oykonim "yaşıl dərə" mənasındadır. Lakin eyni zamanda, dialektlərimizdə "çirkli, bulanıq" mənasında həsə sözü də işlənir ki, bu da Xəsədərəli (Həsədərəli) toponiminin Qarasuçay dərəsi coğrafi adı ilə eyni mənanı daşıdığını söyləməyə əsas verir.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarasuçayın dərəsində, Gəncə-Qazax düzənliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır.[3]

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  2. Xasadarlı (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]