Yeni yol — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati ərazi vahidi tərkinbindəki yaşayış məntəqəsi Yeni yol kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Yeni yol kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Yeni yol | |
---|---|
40°30′27″ şm. e. 46°52′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Bu adda Ağdam və Babək rayonlarında da kənd qeydə alınmışdır.[4]
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1149 nəfər əhali yaşayır.[5]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |