Zakir Əbdül Kərim Naik[6](ing. Zakir Abdul Karim Naik; 18 oktyabr 1965[7], Bombey) — hind əsilli islam təbliğatçısı,[8][9] İslam Tədqiqatları Vəqfinin qurucusu və başcısı.[10][11][12] Naik, həmçinin 200 milyon izləyici sayına çatmış Peace TV kanalının qurucusudur.[13][14] O, "müqayisəli dinlər üzrə səlahiyyətli",[15] "Hindistandaki ən təsirli Sələfi ideoloq",[16] "tele-evenqalizmin rok ulduzu və müasir islamın müdafiəçisi", və "dünya aparıcı Sələfi evanqelisti" olaraq adlandırılır. Digər islam təbliğatçılarının əksinə, mühazirələrini nə urdu dilində nə də ərəb dilində[17] deyil, ingilis dilində, adi söhbət qaydasında aparır və adətən kostyum geyinir və qalstuk bağlayır.[18]
Zakir Naik | |
---|---|
ing. Zakir Naik | |
| |
Doğum tarixi | |
Doğum yeri | Mumbay, Hindistan |
Həyat yoldaşı | Farhat Naik[1][2] |
Uşaqları |
Farik Naik[3][4][5] Ruşdə Naik[3] |
Milliyyəti | hindistanlı |
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı |
Fəaliyyət illəri | 1991-ci ildən |
IRF.net PeaceTV.tv | |
Vikianbarda əlaqəli mediafayllar |
İctimai spiker olmadan əvvəl, həkim ixtisası üzrə təhsil aldı. Naik islam və müqayisəli dinlər üzrə mühazirələrini kitabça versiyasında nəşr etdirdi. İslamdaki sektaraianizmi açıq olaraq rədd etsə də, Sələfi ideologiyası üzrə[19] və tele-evrnqalist göstəricisi hesab olunur.[20][21][22][23] Onun təbliğatları hazırda Hindistan, Banqladeş, Kanada və ABŞ-də qadağan edilmişdir.[24][25][26]
Zakir Naik Hindistan Mumbay, Maxaraştrada doğuldu. O, Kişinçanad Çellaram Kollecini və Topiuala Milli Tibb Kollecini sonra isə tibb və cərrahiyyə bakalavriyyat dərəcəsini əldə etdiyi Mumbay Universitetini bitirdi.[10][27]
1991-ci ildə "islama dəvət" sahəsində işləməyə və İslam Tədqiqatları Vəqfini qurmağa başladı.[28] Naikin həyat yoldaşı Fərhad Naik İslam Araşdırmaları Vəqfininin qadınlar üçün olan şöbəsində fəaliyyət göstərir.[1][2]
2006-cı ildə Naik islam təbliğatçısı, 1987-ci ildə tanış olduğu Əhməd Didatdan ilham aldığını demişdi.[29]
Naik Mumbayda İslam Beynəlxalq Məktəbini və möhtac və kasıb müsəlman gənclərə təqaüd verən Birləşmiş İslami Yardımlaşama təşkilatını qurdu. O, həmçinin IERA-nın (ing. Islamic Education and Research Academy, az. İslami Təhsil və Tədqiqat Akademiyası) idarə heyətinin üzvü və məsləhətçisidir.
İslam Tədqiqatları Vəqfi Naikı "ideoloq və Peace TV-nin arxasındaki hərəkət verici qüvə" kimi xarakterizə edir.[30] Naikın kanalı "bəşəriyyət üçün ədalət, əxlaq, harmoniya və hikmət"-i təşviq etdiyini öz veb səhifəsində xatırladır.[25][31] 2012-ci ildə Hindistan dövləti Peace TV-ni qadağan etdi.[32][33] 2015-ci il Nyu-York Tayms görə, anonim bir hind jurnalistə istinadən; Naikin konferanslar təşgil etməsini Mumbay polisi məhdudlaşdırdı "çünki o, mübahisələrə səbəb olur" və Hindistan peyk provayderləri Peace TV kanalını yayımlamaqdan imtina etdilər.[18]
2016-cı ildə mətbuat konfransı zamanı Naik özünü qeyri-rezident hindli olduğunu iddia etdi.[34] Qeyri-kommersiya təşkilatı olan Yaxın Şərq Monitoru"-nun xəbərinə istinadən Naika, Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq verildi.[35]
2017-ci il 18 iyul ayında Milli İstintaq Təşkilatının (ing.National Investigation Agency NİA) tövsiyəsinə əsasən, Hindistan Naikin pasportunu ləğv etmişdir.[31] 28 iyul 2017-ci ildə NİA, Naiki cinayətkar elan etmiş və əmlakına əl qoymaq üçün proses başlatmışdır.[36]
Naik hazırda daimi-rezidentə sahib olduğu Malayziyada yaşamaqadadır.[37]
Naik çoxlu debatlar və mühazirələr keçirmişdir[38][39] . O, "dünya ətrafında 2000[40]/4000[41]-dən çox mühazirənin keçirdiyini" demişdir. Antropolog Tomas Blom Hansen, Naikın müxtəlif hədis və quran ədəbiyyatını əzbərləmə üslubunu və onunla bağlı missionerlik fəallığının onu müsəlman çevrələrdə populyarlaşdırması haqda yazmışdı. Debatlarının çoxu lentə yazılır, geniş şəkildə onlayn və DVD şəklində paylanır. Onun danışıqları ingilis dilində yayına alınmış və həftə sonları Mumbay Müsəlman məhəllələrində bir neçə kabel şəbəkəsində və birgə istehsal etdiyi Peace TV kanalında yayınlanmışdır.[42][43] Danışdığı mövzulardır; "İslam və müasir elm", "İslam və Xristianlıq" və "İslam və Sekulyarizm".
Onun ilk debatı 1994-cü ildə mövzu başlığı "Dini fundamentalizm ifadə azadlığına əngəlmidir?" olan yazıçı Taslima Nasrinin görüşləri və onun islam üzərinə yazdığı Lajja adlı kitabı üzrə oldu, debat "Mumbai Marathi Patrakar Sangh"-da təşkil olundu. Dörd jurnalistin iştiraki ilə debat bir saat dəvam etdi. aprel 2000-ci ildə Naik Çikaqoda Uliam Kampbell ilə "Quran və Bibilya:Elmin İşığında" mövzusunda debat etdi, bu debat onun ən çox səs gətirən debatlarından bir idi. 21 yanvar 2006-cı ildə Naik, Banqalorda Sri Sri Ravi Şankar ilə İslam və hinduizmdə Tanrı konsepsiyası haqqında dinlərarası dialoq keçirdi. fevral 2011-ci ildə Naik, Hindistandan video bağlantı vasitəsilə Oksford Birliyinə müraciət etdi. 2007-ci ilin noyabr ayından etibarən hər il Naik Sion, Mumbayda 10 günlük Sülh Konfransı keçirdi. İslam üzrə Naik və digər iyrimi islami məruzəçilər tərəfindən mühazirələr təqdim olundu.
2004-cü ildə Naik "İslami İnformasiya və Avstraliya Xidmətlər Şəbəkəsi" tərəfindən dəvəti ilə, yalnız İslamın qadınlara əsl bərabərlik verdiyini iddia etdiyi Melbrun Universitetində bir görüş keçirdi. O dedi ki, daha çox "qərb geyimlərinin ortaya çıxması" qadınları təcavüzə daha da həssaslaşdırır. The Age qəzetindən Suşi Das "Naik islamın əxlaqi və mənəvi üstünlüyünü ucaltdı və ümumiyyətlə digər dinləri və qərbi alçaltdı." eləcə də Naikın ifadələrinə "Parçalanmanı təşviq etdi və xurafatı gücləndirdi" şərhini etdi.
2006-cı ildə Naik Kardiffi konfrans üçün ziyarət etdi. David Deyvis adlı bir millət vəkilinin onun görünüşünü ləğv etməyə çağırdığında bu mübahisələrə səbəb oldu. O, Naikin "nifaqçı" olduğunu və onun fikirlərinin ictimai platformaya layiq olmadığını söylədi. Ancaq, Kardiffdəki müsəlmanlar, Naikin şəhərdə danışıq aparması hüququnu müdafiə etdi. Uels Müsəlmanlar Şurasının baş katibi Salim Kiduai Deyvisi Naik ilə şəxsən müzakirə etməsi üçün konfransa dəvət edərkən, ərz etdi, "onu tanıyan [Naiki] insanlar bilir ki, o, tapa biləcəyiniz ən mübahisəsiz şəxslərdən biridir. O, dinlər arasında olan oxşarlıqlardan və onların aralarında necə ortaq təməl qurmağımızdan danışır". Konfrans kardiff məclisi onun ekstremist görüşlərinin təbliğ etməyəcəyindən əmin olduqdan sonra dəvam etdi.
Naik iyul 2010-cu ildə Kanada və Britanyaya daxil olması qadağan edildi.[44][45] Naikin Kanadaya girişi Müsəlman Kanada Konqresinin qurucusu Tarek Fatahın millət vəkillərini onun görüşləri barədə xəbərdar etdikdən sonra qadağan olundu.[45] Nayik Londonda və Şeffilddə danışıq aparmağı təşgil etdikdən sonra Britaniyaya girişi daxili işlər katibi Tereza Mey tərəfindən qadağan edildi.[46] Təcrid əmrindən bəhs edən Mey "Dr. Naik tərəfindən edilən çoxsaylı şərhlər onun mənə qəbul edilə bilməz davranışının dəlilidir" dedi.[44] Naik daxili işlər katibinin qanuni deyil, siyası bir qərar qəbul etdiyini müdafiə etdi və onun vəkili qərarın "barbar və qeyri-insani" olduğunu söylədi. Həmçinin şərhlərinin kontekst xaricində olduğunu iddia etdi.[47] Rejisor Maheş Bhat qadağanın ifadə azadlığı üzərinə bir hücüm tərtib etdiyini deyərək Naikə dəstək oldu.[48] Naik, Ali Məhkəmədə verilən qərara etiraz etməyə çalışacağını bildirdi.[49] Onun müraciəti 5 noyabr 2010-cu il tarixində rədd edildi.[28]
2014-cü ildə Naik Qambiyanı prezident Yəhya Cammehin dəvəti ilə Qambiya İnqilabının 20-ci ildönümündə iştirak etmək üçün ziyarət etdi.[38][50] Orada 11 və 22 oktyabr arası dörd mühazirə keçirdi.[38][50][51][52] Mühazirələr Qambiya Universitetində, Cənnət Suit hotelinin Pança Mi salonunda, prezident qəsəbəsi olan Kanilai, Foni Kansala və Kololi Kairaba Çimərlik hotelində keçirildi. Qambiya kabinent nazirləri, dini liderlər, tələbələr və minlərlə insan onun "Terorizm və cihad: İslam baxımından", "Din doğru perspektivdən", "Dəvət ya da Məhv" və "İslam haqqında yanlış fikirlər" başlıqlı mühazirələrini dinləmək üçün iştirak etdilər.[50][52] Eyni zamanda, o, Qambiya Yüksək İslam Şurası ilə birlikdə, Yəhya Cammehlə də görüşdü və Qambiya İmamları ilə birlikdə islami konfrans keçirdi.[50][51]
2012-ci il boyunca Naik Maleyziyada dörd mühazirə keçirdi. Mühazirələr Cohor Baru, MARA Texnologiya Universiteti, Sahah Alma,[53] Kuantan və Kuala Lumpur Putra Dünya Ticarət Mərkəzində keçirildi, HHFQ (Hind Hüquqları Fəaliyyət Qüvvəsi) üzvləri tərəfindən etirazlara baxmayaraq, fərqli yerlərdə şəxslər və bir neçə min adam mühazirələrə qatıldı.[54] Naikin çıxışlarını təşkil edənlər, məqsədlərinin müxtəlif dinlərin insanları arasında harmoniyanın təşviq edilməsi olduğunu söylədilər.[55]
Naik aprel 2016-cı ildə başqa altı mühazirə daha keçirdi. Onlardan ikisi Maleyziyada "İslam və Hinduzim arasındaki oxşarlqlar" və "Quran tanrının sözüdürmü?" başlıqlı, HHFQ və digər QHT-ları tərəfindən irqçi gərginliyə səbəb ola bilər əsası ilə etirzla qarşılandı. Hökumət orqanının ilkin dəstəyi ilə tədbir planlaşdırıldığı kimi davam etdi.[56][57][58]
Naik hədəfinin. "öz dinləri üzündən üzrülü olan və dininin köhnəlmiş olduğunu hiss etməyə başlayan təhsili müsəlman gənclərinə fokus olmaq" olduğunu bildirdi.[59] O, hesab edir ki, hər bir müsəlman islam haqqında qəbul olunmuş yanlış düşüncələrə və 11 sentyabr hadisəsindən sonra qərb mediasının anti-islam təbliğatına qarşı olması vəzifəsi halına gəlməlidir.[60] Naik dedi; "kəskin anti-islami yürüşlərə baxmayaraq, Amerikada 34000 insan sentyabr 2001-dən iyul 2002-yə qədər islam ehtiva etdi". Naikə görə islam, ağıl və məntiq elmidir və quran elmlə bağlı olan 1000 ayəni özündə ehtiva edir.[61] Onun bəzi məqaləri Islamic Voice kimi jurnallarda çap olunur.[62]
Naik islamın "ən yaxşı" din olduğunu deyir, çünki, quran bunu iddia edir və bu faktı nə başqa dini mətnlər nə də müqəddəs kitablar iddia etmir.[25][63] O, əlavə edir, İslam dözülməyən din olaraq göstərilir və həqiqətdir, lakin korrupsiya, ayrı-seçkilik, ədalətsizlik, zina, alkoqolizm və bütün pis şeylərə qarşıdır. İslam insani dəyərlərin təşviq etdirilməsi baxımından ən "tolerant" dindir.[64]
Naik musiqini içki ilə eyniləşdirir və hər ikisinin təbiətən sərxoş edici olduğunu deyir. O, rəqs etmək və mahnı oxumağa qarşıdır, çünki bunlar islamda qadağandır.[25]
Naik deyir ki, günahgarlar mütləq cəzalandırılmalıdır və o, oğurluğa görə əllərin kəsilməsini qəbul edir. O, həmçinin ABŞ-nin cinayətkarlığı azaltmaq üçün bu üsulu tətbiq etməsini tövsiyə etmişdir.[25]
Naik əri tərəfindən arvadının "yüngülcə" döyülməsəni doğru hesab edir.[25] O, iddia edir ki, "ailə əsas olduğu müddətcə, kişi ailənin başçısıdır. Beləliklə, o doğrudur", ancaq o arvadını "yüngülcə" döyə bilər." O, həmçinin müsəlmanların müharibə əsiri olan qadınlarla cinsi əlaqəyə girə biləcəyini doğru hesab etdiyini demişdir[23][25][65][66][67]
Naik LGBT icmasına "ruhi xəstəlikdən əziyyət çəkən günahkar olaraq" istinad edir və deyir ki, "çünki, onlar pornoqrafiq filmlərə baxırlar. Bundan televiziya kanalları günahlandırılmalıdır"[25] "Quran və sünnəyə əsasən"[68] Naik homoseksuallara ölüm cəzasını tövsiyə edir.[68][69]
Naik Darvinin Təkamül Nəzəriyyəsinə qarşı çıxaraq[25] deyir ki, "təkamül nəzəriyyəsi sadəcə olaraq bir hipotez və ən doğru halda isbat olunmamış bir fərziyyədir".[70] Naikə görə bir çox elm adamları "nəzəriyyəni dəstəkləyir, ona görə yox ki o doğrudur, ona görə ki, o bibliyaya qarşı çıxır".[71] Naik, elmi nəzəriyyələrin Quranda yazılı olduğunu müdafiə edir. Misal üçün, Naik Quranın müəyyən ayələrinin embrioloji inkişafı dəqiqliklə açıqladığını iddia edir.[72]
Naik deyir ki, "Darvinin dediyi şey sadəcə "nəzəriyyə" idi. "Təkamül faktı" deyən heç bir kitab yoxdur. Bütün kitablar Təkamül nəzəriyyəsi"dir. "Hələ ki, quranda elmin yanlış olduğunu sübut etdiyi tək bir bəyanət belə yoxdur. Hipotezlər Qurana qarşı çıxır — nəzəriyyələr Qurana qarşı çıxır. Quraşdırılmış elmə qarşı çıxan tək bir elmi fakt quranda yoxdur- Ola bilər ki, nəzəriyyə ilə ziddiyət təşkil etsin."[25]
Naik kütləvi informasiya vasitələrini belə adlandırır; "Ən əhəmiyətli vasitə olduğu qədər, ağı qaraya, alçağı qəhramana çevirən dünyadakı ən təhlükəli silahdır ". O təklif etdi ki, "Biz eyni kütləvi informasiya vasitəsindən istifadə etməliyik ki, islam haqqında yanlış konsepsiyaları, yanlış fikirləri, yanlış şərhləri və səhv göstərişləri qaldıraq".[64] O iddia etdi ki, qərb dünyası və kütləvi informasiya vasitələri müsəlmanları ekstremist və fundamentalist olaraq təsvir edərək islamı pisləyən ikili standard strategiyasını oynayırlar.[64][73]
Naik inanır ki, islamdan üz çevirənə mütləq ölüm hökmü verilməməlidir, ancaq islam qanunları çərçivəsində islamı tərk edən və öz qeyri-islamı inancını təbliğ edən və islama qarşı danışan adam öldürülməlidir.[25][74][75] Başqa bir mənbəyə görə Naik belə sitat edir "Mürtəd yeni inancını təbliğ etməyə başlayayana qədər ona islamda ölüm hökmü yoxdur."[17]
Naik fərqli inanca sahib insanların öz ölkələrində müsəlmanların islam dinini sərbəst şəkildə təbliğ etmələrinə yol verməsini təqdir edərkən, islam dövlətlərində digər dinlərin yayılmasının qadağan edilməli olduğunu deyir, çünki o, digər inancların yalan olduğuna inanır və onların təbliğinin riyyaziyyat müəllimin "2+2=4" yerinə "2+2=6"-nı öyrətməsi qədər səhv olduğunu qeyd edir.[25]
Eyni şəkildə, Naik deyir ki, "biz (müsəlmanlar) onların inancının və ibadətlərinin yanlış olduğunu bilərək, kilisələr və məbədlər tikməsinə necə yol verə bilərik?"[76][77]
Naik müsəlman dünyasında "missionerlər bibliya ayələrini ərəbcə kalliqrafiya ilə məsələn "tanrı sevgidir" kimi, yazıb müsəlmanları öz toruna salırlar. Peace Tv-də məsələn, biz belə bir hiyləgərlik işlətmirik." deyərək, xristian missionerlərin fəaliyyətini tənqid edir.[64]
Qambiya Universitetində verdiyi bir mühazirədə[50][51][73] Naik cihad adına dünyada baş vermiş zülümləri kəskin bir şəkildə qınadı, hansı ki, günahsız insanlar həyatını itirmişdi. O, dedi; "Cihad qeyri-müsəlman və müsəlmanlar tərəfindən səhv başa düşülür, cihadın mənası cəmiyyəti daha da irəlilətmək üçün səy göstərmək və mübarizə aparmaqdır. Cihadın ən yaxşı forması qeyri-müsəlmanlara qarşı, quran təlimlərini istifadə edərək mübarizə aparmaqdır; Qüdrətli Allaha və onun elçisinə salam olsun ki, islam sülh dinidir."[73] Naikə görə günahsız insanları öldürmək istər, müsəlman olsun istər yox, islam tərəfindən qadağan olunmuşdur, qərb qüvələri və kütləvi informasiya vasitələri ikili-standartları qınayarkən müsəlmanları ekstremist və fundamentalist olaraq təsvir edir. Naik, islami cihadda bir adamın nə vaxt və necə öldürülməsinə dair qaydalar olduğunu və hazırda dünyada cihad adına döyüşdüyünü iddia edən bəzi qruplar tərəfindən baş verən hadisələrin bununla tamami ilə ziddiyət təşkil etdiyini deyib.[73]
Dubayi Al-Khawaneej-da verdiyi mühazirədə Naik sitat gətirdi ki, islamdakı qeyri-müsəlmanlar və hətta müsəlmanlar tərəfindən çətin anlaşılan və çətin tərcümə olunan söz cihaddır, hansı ki, o dedi, "müqəddəs müharibə"nin bununla yaxından uzaqdan bir əlaqəsi yoxdur və heç vaxt quran və hədislərdə istifadə olunmayıb, ilk dəfə xristianlıq adına milyonlarla insanı öldürən xaçlılar tərəfindən istifadə edilib. O, cihad sözünün pisliyə qarşı müqavimət və ya mübarizə aparmaqla, cəmiyyəti daha da yaxşılaşdırmaq, döyüş meydanında özünü qorumaq və zülümə qarşı durmaq mənasına gəldiyini əlavə etdi.[64]
2008-ci il 31 iyulda Peace TV-də baş tutan verlişdə Naik 11 sentyabr hadisələrinə rəy bildirdi: "bu açıq aşkardır ki, ekiz qüllələrə hücumun Corc Buşun özü tərəfindən həyata keçirilməsi üstü açıq sirdir".[78] O, həmçinin dedi, "hətta bir axmaq da bilər" 11 sentyabr hücumu Corc Buş tərəfindən "daxildən təşkil" olundu.[17][22][23][79] Onun 11 sentyabr hadisəsi üzərinə olan görüşləri ABŞ-də qınandı, Böyük Britanya və Kanadaya mühazirə vəzifəsi aparması və girişi qadağan olundu.[44][45]
Onun terrorizm üzərinə olan görüşləri və ifadələri tez-tez medyada tənqid olundu. Üsmə bin Ladendən bəhs edərkən, Naika onun terrorist olub olmadığı soruşulduğunda, Naik, onunla tanış olmayana qədər və sorğuya çəkməyənə qədər onun dost ya da düşmən olub-olmaması haqqında rəyi olmadığını dedi.[80][81] Bununla belə, Naik sözünü dəvamında bu sitatı gətirdi; "Əgər o, islamın düşməni ilə döyüşürsə, mən onun tərəfindəyəm, Mən onun şəxsiyyətini bilmirəm, Əgər o, böyük terrorist olan Amerikaya qarşı terrror törədirsə, mən onunlayam. Hər müsəlman terrorist ola bilər. Məsələ burasındadır ki, əgər o terroristə qarşı terror edirsə islamın yolundadır"[11][24][25]
Naik terrorizm ilə əlaqəli olan rəylərin kontekst xaricinə çıxaraq sitat gətirdi: "Mən müsəlmanlara deyirəm ki, hər bir müsəlman terorist olmalıdır…. Terrorist sözünün mənası nədir? Tərifi ilə desək, terrorist terror fəaliyyəti ilə məşğul olan deməkdir, yəni bu kontekstə görə hər bir müsəlman bütün anti-sosyal elementlərə qarşı terror etməlidir. Agaham ki, terrorist sözü ümumi olaraq günahsız insanlara qarşı terror edən insanları təyin etmək üçün istifadə olunur. Və bu kontekstə görə heç bir müsəlman tək bir günahsız insana qarşı belə terror etməməlidir."[25][82][83]
Naik dedi, "Hitler hansı ki, müsəlman deyildi və 46 milyon yəhudini məhv edən ən böyük terroristdir."[64]
Qətlə dair fikirlərini sorşduqlarında, Naik dedi, "quran bildirir ki, əgər kimsə istər müsəlman olsun istər qeyri-müsəlman, günahsız birini öldürürsə, o sanki bütün bəşəriyyəti öldürmüş kimidir. Belə ki, hər hansı müsəlman günahsız birini necə öldürə bilər?"[73][84]. "Bir insanı öldürmək yalnızca o şəkildə yol veriləndir hansı ki, həmin adam ölkədə fəsad törədir ya da başqa kimsəni öldürmüşdür" deyə Naik bildirir. O, həmçinin medyanı "quran ayələrindən və hədislərdən kontekst xaricində, islamı zorakılığı və qətli təşviq edən bir din" kimi göstərdiyinə görə tənqid etdi.[64] Naik dedi ki, "İslam tənqidçiləri quranın tövbə surəsinin 9-cu ayəsini islamı səhv göstərmək üçün oxuyurlar: "kafirləri harada tapsanız öldürün", halbuki, bu döyüş meydanında bir əmr idi və islam döyüş əsnasında daima ən yaxşı seçənək olaraq sülhü təşviq edir."[64]
Bir mətbuat konfransında skype vasitəsilə Naikə süi-qəst bombardımanları barədə rəyi soruşulduqda o, bunun islamda icazə verildiyini cavabladı və belə dedi "Günahsız insanlar öldürülürsə haramdır. Ancaq, əgər sui-qəst bombardımanları bir döyüş taktikası olaraq istifadə edilirsə, onda ona icazə verilə bilər. Misal üçün, Yaponiya, İkinci Dünya müharibəsində sui-qəst bombalamasından bir növ döyüş taktikası kimi istifadə etdi."[63][85][86][87]
Nacibullah Zazi, əfqan-amerikalı Əl-Qaidə ilə əlaqəli olan və 2009 Nyu-York metropolitenində və Böyük Britanyada teror cəhdində təqsirkar bilinən terrorist hansı ki, o Naikın xütbələrinin "pərəstişkarı" idi.[11] Time jurnalı Naikın təbliğləri Nacibullah Zazinin terorist fəaliyyətlərinə ilham verə bilərdi dediyində, Naik : "Mən hər vaxt terrorizmi qınamışam, çünki müqəddəs qurana görə günahsız bir insanı öldürmək bütün bəşəriyyəti öldürməyə bərabərdir." deyərək təkzib etdi.[88]
Naik, İraq Şam İslam Dövlətini "Anti-islami İraq Şam Dövləti" adlandırdı və qeyd etdi ki, islam düşmənləri İŞİD-i dəstləkləyir. O, həmçinin əlavə etdi, "Quran deyir ki, hər kimsə istər müsəlman olsun istər qeyri-müsəlman, günahsız bir insanı öldürsə bütün bəşəriyyəti öldürmüş kimidir. Belə ki, bir müsəlman günahsız bir insanı necə öldürə bilər?.. Biz İŞİD deməməliyik, biz AİŞİD deməliyik. Çünki, onlar anti-islamidir. Mən dünya müsəlmanlarından, eyni zamanda da müsəlman medyasından xaiş edirəm, islam düşmənlərinin islama hücum etməsinə kömək etməyin." O, yenə əlavə etdi "Əgər təsdiq etdinizsə, mən tamami ilə terrorizmə qarşıyam. Mən tamami ilə günahsız insanların öldürülməsinə qarşıyam."[64][84][89] O, Amerika Dövləti tərəfindən İŞİD-ə qarşı Suriya və İraqda başladılan hücumlarla əlaqəli görüşlərini ifadə etdi, Naik kəskin şəkildə İŞİD-in fəaliyyətini qınayır, amma eyni zamanda da hücumun amerikalılar tərəfindən başladılmasını bərabər şəkildə dəstəkləmir.[73]
Naik medyanı Orlando hadisələrini "islamla əlaqələndirdiyinə" görə tənqid etdi. O "ikili-standart strategyası"nı tədbiq etdiyinə görə medyanı günahkarlandırdı, O deyir ki, " Orlandoda 50-dən artıq geyi öldürən adamla eyni şey baş verir (ikili-standart strategiyası), onu islamla əlaqələndirirlər, halbuki o adamın islamla heç bir əlaqəsi yoxdur."[64]
Naik The Indian Express qazetinin "2010 Hindistanın ən güclü adamı" siyahısında 89-cu sırada oldu.[90] Qazetin 2009-cu il nəşrində 82-ci sırada idi.[91] Pərvin Suamiyə görə Naik bəlkə də "Hindistandakı ən təsir edici sələfi idioloqdur".[92] Sənjiv Batu deyir ki, Naik islam üzərində səlahiyyətli olaraq qəbul edilir, amma digər dinlər haqqında mənfi rəy bildirməklə tanınır.[44] Sadanand Dum yazır ki, Naik mülayim davranışı, kostyum geyinməsi və qalustuk bağlaması və digər dinlərin müqəddəs mətnlərindən sitat gətirməsinə görə "diqqətlicə hazırlaşmış təvəzökarlıq imicinə" sahibdir.[93] O, həmçinin Hörmətlə istinad edilən ən təsir edici 500 müsəlman kitabının 2009, 2010, 2011, 2012 və 2013/2014[94]-cü il nəşrlərində siyahıya alınmışdır.[94][95].
Mükafatın ili | Mükafatın adı | Mükafat verən dövlət ya da organizasya |
---|---|---|
2013 | Şarja Mükafatı Könüllü İşlərə görə 2013[107] | Sultan bin Mühəmməd Əl-Qasimi Şarja şahzadəsi və Sədr müavini |
2014 | Qambiya Respublikası Milli Ordusunun komandir təltifi[108] | Yəhya Cammeh Qambiya prezidenti |
2014 | 'Humanitar Məktublar Doktoru (Honoris Causa)[109] | Qambiya Universiteti |
Bir neçə tədqiqatçı Naik ilə terorizm arasındakı əlaqəni araşdırmışlar. Yazıçı Pərvin Suami Naikı, islamçı siyasi məqsədləri irləlilətmək üçün kalibr edilən cihad olaraq təyin etdiyi "səbrli cihad"-ı qidalandırmaq üçün yaradılan ideoloji infrastrukturun bir parçası olduğunu hesab edir.[92] Suami iddia edir ki, Naikın bəzi təlimləri, zorakılığı müdafiə edən bəzi orqanizasiyalarınkına oxşardır baxmayaraq ki, Naikın özü terrorizmi qəti şəkildə rədd edir.[110] Suamiyə görə Naikın İslam Araşdırmaları Fəqfi, Ləşkər-i Tayibbə ilə əlaqəli şəxslər üçün bir "maqnit" olduğunu sübut etdi, onun mesajı isə zorakı müsəlmanları ovsunladı və onun çalışmaları "hind əsgərlərinin cihada səfərbər olmasının motivasiyanı qavramasına kömək edir".[92] Nyu-Yorkda yerləşən Geytsston İnustutu həmçinin bildirmişdir ki,"Naik birbaşa terrorizmlə əlaqəli deyil ,"amma deyildiyinə görə təbliğləri vasitəsilə bir çox insanı terrorizmə çəkməyə ilham vermişdir".[111]
Hindistan Time qazeti, Naikın Böyük Britaniyaya gəlişinin qadağan edilməsindən sonra onun haqqında "Mübahisəli təbliğatçı" başlıqlı bir yazı yayınladı.
To examine this infrastructure, it is useful to consider the case of Zakir Naik, perhaps the most influential Salafi ideologue in India.