Zaratxeybəri

Zarat XeybəriAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Zarat Xeybəri
40°54′39″ şm. e. 48°33′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Zarat Xeybəri xəritədə
Zarat Xeybəri
Zarat Xeybəri

Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur. Xeybər Ərəbistanda Mədinə ilə Dəməşq arasındakı vadinin adıdır. İranda Xeybər adlı kənd, Əfqanıstanda isə aşırım var.[1]

85 saylı Şamaxı seçki dairəsinin 51 saylı məntəqəsi Zaratxeybər kənd əsas məktəbinin binasında yerləşir[2]. Bu kənd Şamaxı rayonunda olan azsaylı tat kəndlərindən biridir.

  1. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 292
  2. "Seçki dairələri". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-30.