1. XƏBƏR, MƏLUMAT Bir çox arvadların .. bulağa gəlməsi yeni məlumat almaq, təzə xəbərlər öyrənmək marağından irəli gəlirdi (S.Rəhimov); DONOS (dan.) (hökumət adamlarına verilən xəbər) Müsəlmanların bədxahlan hökumətə donos veriblər ki, ..çoxluca azuqə və tüfəng yığıblar (C.Məmmədquluzadə); SALIQ (dial.) Salığını almışam, gedif alajam (ADDL); SORAQ Dərələr, təpələr, dağlar aşaraq; Bizə getirdiniz kəndlərdən soraq (S.Rüstəm); ŞAYİƏ (yalan xəbər, məlumat) [Rza:] Həmzə sənin qızla sevişdiyini bilib, hələ kənddə başqa şayiələr də gəzir (M.İbrahimov).
2. XƏBƏR (dilç.), PREDİKAT Beləliklə, hər bir cümlədə ..iki qütb müəyyənləşmişdi: mübtəda (subyekt) və xəbər (predikat) (N.Məmmədov).