Xəbərdarlığın Birinci Günü

fyuçers kontraktı satıcısına həmin fyuçers kontraktı üzrə faktiki maliyyə alətlərinin və ya fiziki əmtəələrin çatdırılması barədə niyyət xəbərdarlığını etmək üçün icazənin verildiyi tarixdir.
Xeyriyyəçilik Fəaliyyəti
Xəbərdarlığın Son Günü
OBASTAN VİKİ
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Hanqıl günü
Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı Günü — Hanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür. Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir. == Mənşəyi və tarixi == Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi. 1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı. Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.
Həmrəylik günü
Kanada Günü
Kanada Günü (İngilis dili: Canada Day, Fransız dili: Fête du Canada) Kanadada milli bayram olaraq qeyd olunan gündür. Bu gün Kanadadakı əksər dövlət qurumları, məktəb və şirkətlər tətildədirlər. 1 iyul günü 1867 Konstitusiya Aktı ilə Kanadanın özəyi olan dörd əyalətdən formalaşmış federasiyaya yerli idarəetmə hüququ verilmişdir. 1982-ci ilə qədər Dominion Günü kimi qeyd olunan gün 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla "Kanada Günü" adını aldı və daha millətçi bir quruluş qazandı.
Kəffarə günü
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. == Mənbə == Еврейская электронная энциклопедия. «Иом-Киппур».
Marmot günü
Marmot günü (ing. Groundhog Day) — Hər il 2 fevral tarixində ABŞ və Kanadada keçirilən milli bayram. Həmin gün marmotu yuvasından çıxarılır və onun özünü aparmasına görə havanın necə olacağına proqnozu verilir.
Meliorator günü
Meliorator günü — Azərbaycan Respublikasında keçmiş peşə bayramı; 2007-ci ildən etibarən hər il iyun ayının 5-i qeyd olunmuşdur. 2014-cü ildə ləğv edilmiş və həmin ildən bu peşə ilə bağlı Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunmaqdadır. Bu peşə bayramı "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamı ilə təsis edilmiş, "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin 14 may 2014-cü il tarixli Sərəncamı ilə ləğv edilmişdir.
Mübahilə günü
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər. == Əhli-Beytdən (ə) dərslər == Amma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın! Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir. Əlbəttə ki, məşhur tarixi hadisədir bu.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. == Tarixi == 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Neftçilər Günü
Neftçilər Günü — neft-qaz sahəsində çalışanların peşə bayramı. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
Pakistan Günü
Pakistan günü (urdu یوم پاکستان, Yaum-e-Pakistan) — 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə Pakistanda qeyd olunan milli bayram. Silahlı qüvvələr tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsidir. Gün Müsəlman Liqası tərəfindən Minar-e-Pakistanda siyasi qətnamənin hazırlanması hadisəsi münasibətilə xatirə günü kimi qeyd olunur. Bu qətnamə 23 mart 1940-cı ildə Hindistanda Britaniyanın nəzarətində olan ərazilərin şimal-şərq və şimal-qərb regionlarında müsəlmanların çoxluq təşkil etdiyi əyalətlərdən ibarət müstəqil federasiyanın qurulmasını nəzərdə tuturdu. O vaxtdan bəri bu gün milli bayram kimi dövlət səviyyəsində hər il qeyd edilir və bir qayda olaraq bayram münasibətilə Pakistan Silahlı Qüvvələri hərbi parad keçirir.
Pi Günü
Pi Günü – məşhur pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır. == Pi ədədi == Pi ədədinin ən çox istifadə olunan qiyməti 3,14-dür. Əsil qiyməti isə 3,141592653589793238462643383... kimi davam etməkdədir. Çevrənin uzunluğu və dairənin sahəsi başda olmaqla riyaziyyat və fizikada böyük bir yerə malikdir. == Tarixi == Pi Gününün ilk rəsmi və ya kütləvi qeyd olunması Larri Şou və digər işçilər ilə 1988-də, Şounun fizik olaraq işlədiyi San Fransisko Eksploratoriumda həyata keçirilib. 12 mart 2009-cu ildə ABŞ Nümayəndələr Məclisi 14 mart 2009 tarixini Beynəlxalq Pi Günü elan etdi. == Xarici keçidlər == The infinite appeal of pi Any way you slice it, pi's transcendental National Pi Day?
Preşern günü
Preşern günü (sloven. Prešernov dan) və ya Sloveniya Mədəniyyət bayramı (sloven. Prešernov dan, slovenski kulturni praznik) — fevral ayının 8-də qeyd olunan Sloveniya dövlət bayramı. Bayram böyük Sloveniya şairi Franse Preşernin 8 fevral 1849-cu ildəki vəfatının ildönümündə keçirilir. Bayram 1945-ci ildə slovenlərin milli şüurlarının artdığı vaxtda təqdim olunmuşdur. 1991-ci ildə 8 fevral istirahət günü elan edildi. Fevral ayının 7-də bayram ərəfəsində mədəniyyət və incəsənət sahəsində mühüm nailiyyətlərə görə Preşern mükafatı mərasimi keçirilir. == Tarixi == 8 fevral İkinci Dünya Müharibəsi dövründə əlamətdar tarixə çevrilməyə başlamışdır, belə ki o vaxtlar 7 fevral Ümumslavyn Birliyi Günü kimi qeyd olunurdu. 8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülmüşdür. Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu.
Qiyamət günü
Qiyamət
Qüds günü
"Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası == Tarixi == İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur. 2011-ci ildə "Qüds günü" avqustun 26-na düşmüşdür.
Qələbə Günü
Zəfər Günü və ya Qələbə Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qətl günü
Qətl günü (roman) — Yusif Səmədoğlunın müəllifi olduğu tarixi, psixoloji roman.
Sevgililər günü
Müqəddəs Valentin Günü, Sevgililər günü kimi də tanınan, başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, Katolik xristianların inancına görə bayram edilən tarixi gün. == 14 Fevral tarixi == Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub.
Subaylar Günü
Subaylar Günü (çin. 光棍节) — yalnızlığı qeyd etmək məqsədilə Çində təsis edilmiş gün. Hər il 11 noyabr tarixində qeyd edilir. == Tarixi == Subaylar Günü 1993-cü ildə Nankin Universitetində təsis edilib. Belə bir günün təsis edilməsində əsas məqsəd yalnızlığı qeyd etməkdir. Bu günün 11 noyabr tarixi olaraq xüsusi seçilməsi isə 11/11/xxxx tarixi ilə bağlıdır. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix də Subaylar Gününün qeyd edilmə tarixi kimi seçilib. == Alış-veriş == Subaylar Günündə hər il böyük məbləğdə alış-veriş qeydə alınır. Xüsusilə də internet üzərindən həyata keçirilən alış-verişlər bu zaman daha çox olur. Buna görə də Subaylar Günü dünyada ən böyük alış-veriş festivalılarından biri kimi bilinir.
Susuzluq günü
Susuzluq günü (ərəb. ﻳﻮﻢ ﺍلعطش, Yəvm əl-atəş‎) — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad. Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır. == Zəmin == Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. == Mənşə == 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Türkçülük günü
Türkçülər günü — 3 may 1944 tarixinin anıldığı gün. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdət Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülər günü adını almışdır. == Həmçinin bax == Türkman Şəhidlər Günü == Mənbə == Nihal Atsız, "3 Mayıs 1944", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 2. Nejdet Sancar, "Türkçülük Günü", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 3. Reha Oğuz Türkkan, Tabutluktan Gurbete, 3.bask.
Türkçülər günü
Türkçülər günü — 3 may 1944 tarixinin anıldığı gün. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdət Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülər günü adını almışdır. == Həmçinin bax == Türkman Şəhidlər Günü == Mənbə == Nihal Atsız, "3 Mayıs 1944", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 2. Nejdet Sancar, "Türkçülük Günü", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 3. Reha Oğuz Türkkan, Tabutluktan Gurbete, 3.bask.
Valideynlər Günü
Valideynlər Günü Cənubi Koreyada mayın 8-də, ABŞ-də isə iyulun dördüncü bazar günü qeyd olunur. Cənubi Koreyada bu gün 1973-cü ildə əvvəllər mayın 8-də qeyd edilən və ictimai və özəl bayramları əhatə edən Analar Gününü əvəz etmək üçün təsis edilib. ABŞ günü 1994-cü ildə prezident Bill Klintonun dövründə yaradılıb. 1 iyun həm də valideynlərin övladlarına sadiqliyini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Qlobal Valideynlər Günü" elan edilib. Filippində ciddi şəkildə qeyd olunmasa da, dekabrın ilk bazar ertəsi hər il Valideynlər Günü elan edilir. == Beynəlxalq == Birləşmiş Millətlər Təşkilatı "dünyadakı bütün valideynləri uşaqlarına fədakarlıqlarına və bu münasibətləri inkişaf etdirmək üçün ömür boyu göstərdikləri fədakarlıqlara görə tərifləmək üçün" 1 iyunu Qlobal Valideynlər Günü elan etdi.
Yemiş günü
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.

Digər lüğətlərdə