XƏLƏT1

Üst geyimi. (“Koroğlu” dastanının lüğəti)

Bir xələt biçərəm Eyvaz boyundan,

İncimərəm xasiyyəti-xoyundan,

Kəsin tunculardan, qırın qoyundan,

Yeyin, dəlilərim, keflər xoş olsun.

                                    (“Koroğlunun Qars səfəri”)

*

Koroğlu hökm etdi, Bəlli Əhmədi həbsdən buraxdılar. Koroğlu Bəlli Əhmədi əzizləyib ona bahalı xələt bağışladı, məclisin yuxarı başında, öz yanında əyləşdirdi. (Paris nüsxəsi, 5-ci məclis)

*

Dolu-dolu badələrim içildi,

Qəm xələti bu boynuma biçildi,

Üç yüz atlı bu meydana seçildi,

Yeri, İsabalım, durma bu yerdə!

                                (“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd”)

*

Qırata xələt biçəndə,

Üstündə badə içəndə,

Şeşpər yalmandan keçəndə

Sərxoş-sərxoş yerirmi ola?

                                 (“Həmzənin Qıratı aparmağı”)

Toy, nişan və s. mərasimlərdə verilən bəxşiş, hədiyyə; nəmər. (“Koroğlu” dastanının lüğəti)

O qədər xələt, o qədər nəmər yığıldı ki, hədsiz, hesabsız. (“Eyvazın Çənlibelə gətirilməyi”)

*

Xələt üstündən yağırdı. Hərə öz qüvvəsinə görə ona bir cür xələt verirdi. (“Koroğlunun İstanbul səfəri”)

XƏLAYİQ ƏRƏB
XƏLƏTLƏMƏK

Значение слова в других словарях