XALÇA

I
сущ. ковёр. Azərbaycan xalçaları азербайджанские ковры, xovlu xalçalar ворсовые ковры, əllə (evdə) toxunmuş xalça ковер ручной работы (домотканный ковёр), bədii xalçalar художественные ковры, xalçanın naxışları (çeşnisi) узоры ковра, xalça toxumaq ткать ковёр, xalça muzeyi музей ковра
2. спорт. борцовский ковер. Xalçaya çıxmaq выходить на ковер, xalçanı tərk etmək покинуть ковер; dzüdo xalçası татами (для дзюдоистов)
II
прил. ковровый. Xalça məmulatları ковровые изделия, xalça istehsalı ковровое производство
XALAZADƏ
XALÇAÇI
OBASTAN VİKİ
Şam (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Xalça
Xalça — dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü. Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi. == Tarixi == Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar.
Alaşa (xalça)
Alaşa (qaz. Алаша) — çoxrəngli yun saplardan hazırlanmış əl işi xalça məmulatı. Alaşa iki şəkildə toxunur: Birincidə rəngli saplar bir-biri ilə rəqabətdə toxunur. İkincidə müxtəlif naxışlar əldə etmək üçün iplər diqqətlə seçilir və rəngə görə qruplaşdırılır. Qazaxların həyatında geniş yayılmışdır.
Daraq (xalça)
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Medalyon (xalça)

Sehrli xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Ulduzlu xalça
Ulduzlu" xalçaları ilk öncə Zəngəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rənglərinin tündlüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtüyündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən naxışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qədim inancından süzülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çıxış edir. Bu xalçanın üzərində qədim türk boylarının damğalarına da rast gəlinir. "Ulduzlu" motivində olan bu çeşni Qafqaz regionunda azərbaycanlıların məskunlaşdığı yerlərdə məhdud sayda toxunub. Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 sm, Qazaxın Şıxlı kəndində toxunan 280x160 sm, Gürcüstanın azərbaycanlıların yaşadığı Qabal kəndində toxunan xalçaların ölçüsü isə 200x200; 180x180 sm olmuşdur. Sisyanda toxunan, rəngləri daha tünd olan "Ulduzlu" xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xovu hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsasında toxunub. "Ulduzlu" çeşnisində olan xalçalar Zaqatalanın qədim Car və Muxax kəndlərində də toxunub.
Uçan xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Xalça bayramı
Azərbaycan xalçaçılığını qorumaq məqsədilə müxtəlif yönlü tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biridə 7 dekabr 2004-cü ildən etibarən Azərbaycan Respublikasında da rəsmi şəkildə Xalça Bayramı keçirilməsidir. Azərbaycan Respublikası prezidentinin 7 dekabr 2004-cü il tarixli, 799-IIQD saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nun altıncı maddəsinin birinci bəndinin ikinci hissəsində qeyd edilir ki, ənənəvi "Xalça bayramı" keçirilsin. Xalça bayramının keçirilməsində əsas məqsəd xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və yaranmış müəyyən çatışmamazlıqları aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirilməsidir.
Xalça məmulatları
Xalça məmulatları — xovsuz və xovlu xalça texnologiyasının köməyi ilə hazırlanan məişət əşyaları. == Ümumi məlumat == Azərbaycanda xovlu və xovsuz xalçalarla yanaşı hələ qədim zamanlardan etibarən məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları da istehsal olunurdu. Bir çox hallarda xalça məmulatları əvvəlcə müxtəlif növ xovsuz xalça texnologiyasının köməyi ilə, daha sonra inkişaf etdikcə xovlu xalça texnologiyasının köməyi ilə istehsal olunurdu. Ümumiyyətlə, xalçaçılıq sənətinin inkişafı baxımından xalça məmulatlarının hər biri sadədən mürəkkəbə doğru ayrı-ayrı inkişaf mərəhələsini keçmiş və xovlu xalçalara nisbətən daha əvvəlki dövrə təsadüf edir. Xalça məmulatlarının istehsalında yun, pambıq, ipək saplarla yanaşı qamış çubuğundan eləcə də quru ağac budaqlarından da istifadə edilmişdir. == Azərbaycan xalça məmulatları == Hələ qədim zamanlardan xovsuz xalça texnologiyasının köməyi ilə Azərbaycanda müxtəlif məişət məmulatları hazırlanırdı. Vaxt ötdükcə məişət şəraitini yaxşılaşdırmaq üçün xalça məmulatları istehsalı hər zaman inkişaf etmiş və təkmilləşmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə.
Xonça (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Xovlu xalça
Xovlu xalçalar — toxuculuq sənətinin ən yüksək mərhələsini əks etdirən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovsuz, xovlu və süjetli növlərə ayrılır. Çox saylı kompozisiyalı naxışlarla və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar azərbaycan xalçaçılıq sənətində xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə xovsuz xalçaların (kilim, sumax, palaz və s.) istehsalından daha mürəkkəbdir, amma xovsuz xalçalardan daha yüksək istismar keyfiyyətlərinə malikdir.
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Ələm (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Azərbaycan Xalça Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları". == Məzmun == Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Azərbaycan Milli Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilmişdir.
Naxçıvan Xalça Kombinatı
Naxçıvan Xalça Kombinatı — yüngül sənaye müəssisəsi. == Haqqında == Azərbaycan Respublikası "Xalq üçün mallar" Dövlət konserinə daxildir. Tikintisinə 1979-cu ildə başlanmışdır. Ümumi sahəsi 50000 m², istehsal sahəsi 3000 m²,yadımçı bina və tikililərin sahəsi isə 10000 m²-ə yaxındır. Layihə gücü ildə 2,5 mln. m² xalça və xalça məlumatları istehsalı olacaq kombinatda üçnönvbəli iş rejimində 2500 nəfərdən artıq fəhlə və qulluqçunun çalışması nəzərdə tutulur. Kombinat, əsasən, iki fabrikdən — əyirici (sahəsi 15000) və toxucu (sahəsi 15000) fabrikdən ibarətdir. 1998-ci ilin yanvar ayında Boyxana,hazırlayıcı, aparat-darayıcı, əyirici sexlərindən ibarət əyirici fabrik istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətilə əlaqədar toxucu fabrikinin tikintisi hələlik tamamlanmamışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Naxçıvan Xalça Muzeyi
"Azərbaycan xalçası" muzeyi — Naxçıvan şəhərində muzey. 1998-ci ilin aprelində Naxçıvan xalça muzeyi kimi yaradılmış, az sonra "Azərbaycan xalçası" Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyi adlandırılmışdır. Muzey Naxçıvan şəhərində Xan dikindəki (Qala məhəlləsi) 200 illik tarixə malik "Xan evində" yerləşir. "Əcəmi seyrangahı" istirahət kompleksinin daxilindədir. Muzey 8 zaldan ibarətdir. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 1800-ü (241 xalça) ötmüşdür (2000). Burada bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s. yanaşı, süjetli xalçalar (Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s) da əhəmiyyətli yer tutur.
Türkmənistan Xalça muzeyi
Türkmənistan Milli Xalça muzeyi (türkm. Türkmen halysynyň milli muzeýi) — Aşqabadın mərkəzində, "Türkmənhalı" Dövlət Birliyinin inzibati binasının yaxınlığında yerləşən Türkmənistanın Milli muzeyidir. == Tarixi == Türkmənistan xalçaçılıq ənənələrini canlandırmaq, qorumaq və yaradıcı şəkildə inkişaf etdirmək üçün Türkmənistan Prezidenti Saparmurat Niyazovun 20 mart 1993-cü il tarixli fərmanı ilə Aşqabad şəhərində Türkmənistan Xalça Muzeyi yaradılmışdır. Türkmən Xalçası günü hər il Türkmənistanda qeyd olunur; bayramın mərkəzi ənənəvi olaraq dünyanın yeganə Türkmən Xalça Muzeyidir.. == Muzey == Muzeyin memarlıq ansamblı "Türkmənhalı" Dövlət Birliyinin inzibati binası və ümumi sahəsi 13.400 m2 olan muzey binasından ibarətdir (ofis binası 8311, muzey - 5089). Muzeyin divarları daxilində beynəlxalq elmi forumlar və konfranslar keçirilir.. Türkmən Xalçası Muzeyi, nadir nümunələr də daxil olmaqla, 2000-ə yaxın xalça eksponatını nümayiş etdirən Türkmənistanın mədəniyyət mərkəzlərindən biridir. Məsələn, muzeydə açar daşımaq üçün hazırlanmış ən kiçik xalça məmulatı, habelə 2001-ci ildə toxunmuş və 2003-cü ildə Ginnesin Rekordlar Kitabına daxil edilmiş, ümumi sahəsi 301 m² olan dünyanın ən böyük əl işi xalçası var.. Muzey köhnə xalçaların bərpası ilə məşğuldur, bu çətin bir işdir - ustalıqla toxunmuş köhnə nümunələrin bir kvadrat metri 1.350.000 düyünə qədərdir. Muzey fondu daim artır, işçiləri köhnə xalçaları axtarır və toplayırlar.
Şuşa Xalça Muzeyi
Şuşa Xalça Muzeyi (və ya Azərbaycan Xalça Muzeyinin Şuşa filialı) — Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır. Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu. == Muzeyin tarixi == Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir. Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.
Azərbaycan Milli Xalça Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları". == Məzmun == Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Azərbaycan Milli Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilmişdir.
Fərhad və Şirin (xalça)
Fərhad və Şirin xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Xalça Haqqında Dastan (1985)
Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
Şuşa Xalça Muzeyi (və ya Azərbaycan Xalça Muzeyinin Şuşa filialı) — Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır. Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu. == Muzeyin tarixi == Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir. Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.
Zeyvə xalçaları
Zeyvə xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Zeyvə xalçaları qədim və zəngin tarixə mlikdir. == İstehsalı == Şəkildə təsvir edilən xalçanın adı Qubadan 30 km cənub — şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. Xalçanın xalq arasında "qədim Zeyvə" adı ilə məşhur olması onun qədim dövrə aid olduğunu təsdiq edir. Bu kompozisiyalar təkcə şimal-şərqi və şimal-qərbi Azərbaycanın, xüsusi halda Gəncənin xalçaçılıq məntəqələrində deyil, Ermənistanın şimal-şərq hissəsində və Göyçə gölünün sağ sahilində olan azərbaycanlılar arasında da istehsal olunurdu. == Bədii xüsusiyyətləri == "Zeyvə" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə ardıcıl yerləşdirilmiş bir neçə göldən ibarətdir. "Zeyvə" xalçasının əsas elementini təşkil edən və tamamilə punktir xətlərlə yerinə yetirilən bu gölləri onların forma və mənşəyinə görə orta əsrlərə aid etmək olar. Onlar ulduza bənzər həndəsi formaya malikdirlər. Qubanın xalçaçılıq məntəqələrində istehsal olunan bu göllərin forması dəyişmir, daxili bəzəyi isə müxtəlif cür olub, bəzən simvolik məna kəsb edən xaç şəklini alır. Azərbaycan xalçaçıları toxuduqları göllü xalçaları ya "təkgöl", ya da "qoşa göl" adlandırırlar. Məsələn, əgər eni bir metr olan xalçanın ara sahəsində bir göl yerləşdirilmişdirsə, ona "təkgöl" xalça deyirlər.
Zeyvə xalçası

Zəncan xalçaları
Zəncan xalçaçılıq məktəbi — Qədim Azərbaycan ərazisi olan Zəncanda xalçaçılıq da qədim və zəngin tarixə malikdir. == Tarixi == Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. == İstehsalı == Digər peşələrlə yanaşı Zəncanda xalçaçılıq da çox inkişaf etmişdir. XVI əsrdə Türkiyəyə köçürülən minlərlə azərbaycanlı sənətkar arasında zəncanlı xalça ustaları da var idi. Türkiyənin "Anadolu" və xüsusilə "Uşaq" adlı xalça kompozisiyalarında Zəncan xalçalarına xas bədii və texniki xüsusiyyətlər aydın nəzərə çarpır. == Bədii xüsusiyyətləri == "Zəncan" adı ilə tanınan xalçalar Qarabağın "Dəryanur" xalçasını çox xatırladır. Həm ara sahənin, həm də köbə zolağının bədii quruluşu əyrixətli nəbati naxışları olan müəyyən xalça nümunəsindən götürülmüşdür. Qarabağın "Dəryanur" xalçaları "Zəncan" xalçaları ilə müqyisədə daha zəngin rəng qammasına malikdirlər.
Zəncan xalçası

Çaylı xalçaları
Çaylı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-şəhər", "Qazaxça", "Öysüzlü", "Qaraxanlı" adlandırırlar. Çaylı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == "Çaylı xalçaları"ı öz adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır. "Çaylı xalçaları"ı əvvəlcə Çaylı kəndində toxunmuş, daha sonra Gəncənin özündə ("Gəncə-şəhər" adı ilə) və Goranboy rayonunun xalçaçılıq məntəqələrində toxunmağa başlamışdır. "Çaylı xalçaları"ını bir çox ustalar "Öysüzlü xalçaları", digərləri "Qaraxanlı xalçaları" adlandırırlar. == Bədii analiz == Çaylı xalçaları Şirvan xalçaçılıq məktəbinə aid olan "Qobustan xalçaları" və "Mərəzə xalçaları"nın orta sahəsindən götürülmş bəzi elementlərin şəkilləri bir qədər dəyişdirilərək "Gəncə xalçaları"nın texniki xüsusiyyətlərinə uyğun şəkildə istifadə edilərək toxunmuşdur. Çaylı xalçalarının orta sahəsində məhz bu xalçalara xarakterik olan, bu xalçanın əsas elementi sayılan uzunsov altıbucaqlı qırmızı yerlikli iri bir göl yerləşdirimiş və qara rəngli yerliyi olan ara sahəsinin sərbəst qalan yerləri "Bəndi-rumi" adlanan torşəkilli naxışla bəzədilmişdir. "Bəndi rumi" adlanan torşəkilli naxışların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir.
Çuxanlı xalçaları
Çuxanlı xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçalar keçmiş Şamaxı mahalında, əsasən Qobustan adı ilə tanınan xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçanın adı Şamaxıdan 13km cənub — şərq istiqamətində yerləşən Çuxanlı kəndinin adından götürülmüşdür. Əvvəllər "Kabristan", "Qəbristan", "Mərəzə" və ya "Çuxan" adlandırılan bu xalçalar XVIII əsrin ikinci yarısından "Çuxanlı" adı ilə məşhur oldu. == Bədii xüsusiyyətləri == "Çuxanlı" xalçaları ara sahənin kompozisiyasına görə "Sorsor" xalçaları ilə müəyyən qədər oxşar olsa da, butanın formasına görə bir qədər fərqlənirlər. "Çuxanlı" xalçasında şaquli və üfiqi istiqamətdə yerləşən bu elementlərin rəngi diaqonal üzrə eyndir və bu, xalçanın bədii xüsusiyyətlərindən biri hesab edilir. Şirvan xalçaları üçün xarakterik olan köbə zolaqları, xüsusən "hörük" adlanan orta haşiyə "Çuxanlı" xalçasında da tamamilə tətbiq olunur. Azərbaycanın qədim xalçaçılıq mərkəzlərinin — Muğanın və Kobıstanın xalçaları "Çuxanlı" xalçalarına böyük təsir göstərmişdir. == Texniki xüsusiyyətləri == "Çuxanlı" adı ilə tanınan xalçaların ölçüsü 120x180 sm-dən 160x260 sm-ə qədər olur. Bəzən uzunsov gəbələr də istehsal olunur (uzun ensiz xalça olub, adətən divar boyunca döşənir).
Çıraqlı xalçaları
Çıraqlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Qazaxça", "Gəncə", "Faxralı", "Şamxor" adlandırırlar. Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Çıraqlı xalçaları bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur. == Bədii analiz == Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir.
Çələbi xalçaları
Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Qarabağ tipinə aid olan qədim xovlu xalçaları yaçlı xalçaçılar "Çələbi" adlandırsalarda həmin xalçaları çox vaxt "Çələbirt" adlandırırdılar. Əslində isə xalçanın adı "Çələbi"dir – sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunmuş və Avropada xalça sənətşünasları "Çelabirt" kimi tanınmışdır. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olmuşdur. "Çələbi" xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranmış və təkmilləşmişdir; daha sonra Dağlıq Qarabağda, Aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanmışlar. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur.
Çələbi xalçası

Çələbirt xalçaları

Çərxi-gül xalçaları
Çərxi-gül xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə — Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. == Bədii analiz == "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
İran xalçası
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Şabalıdbuta xalçaları
Şabalıdbuta xalçaları — Azərbaycan xalçaçılıq məktəbinin Qarabağ tipinə aid olan xovlu xalça. Şabalıdbuta xalçaları çətin kompozisiyalı Qarabağ xalçalarına aiddir. Əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan "Şabalıdbuta xalçaları" çox məşhur idi. == Ümumi məlumat == Qarabağ tipinə aid olan "Şabalıdbuta xalçaları"nın əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan "Şabalıdbuta xalçaları" çox məşhur idi. == Bədii analiz == Xalçanın orta sahəsini sağ və sol tərəflərə "baxan" buta bəzəyir. Xalçanın bədii keyfiyyəti orta sahədəki həmin butanın arasındakı məsafə ilə müəyyən olunur.
Şabalıdbuta xalçası

Şadılı xalçaları
Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 25 km məsafədə yerləşən Şadılı kəndinin adından almışdır. Şadılı xalçaları Gəncə xalçaçılıq məktəbinin orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == Şadılı xalçaları Kiçik Qafqaz sıra dağlarının ətəyində, indiki Goranboy rayonunun inzibati ərazi vahidində, Gəncə şəhərindən 25 km məsafədə yerləşən Şadılı kəndində tərəfindən toxunmuşdur. Bu kənddə yaşayan şadılı tayfası maldarlıqla məşğul olduğundan kənddə toxuculuqda yaxşı inkişaf etmişdir. Bir müddət sonra Şadılı xalçalarını Gəncə, Şəmkir şəhərlərində, Çaylı, Qaradağlı kəndlərində və Qazax rayonunda da toxumağa başlayırlar. Xalçaçılar bu xalçanı "Qazax xalçaları" və ya "Ağstafa xalçaları" da adlandırır, xarici ədəbiyyatda və bəzi digər mənbələrdə isə "Gəncə xalçaları" və ya "Qafqaz xalçaları" adlarına rast gəlmək olar. == Bədii analiz == Şadılı xalçalarında "Qab-qabı" adlanan orta haşiyənin enli zolaqları mürəkkəb quruluşu ilə fərqlənir ki, bu cür köbə naxışları Azərbaycandan başqa Yaxın Şərqdə də toxunmuşdur. Türkiyənin qərbində, Berqamada olan xalçaçılıq məntəqələrində də bu cür naxışlı xalçalar toxunur. Həmçinin Orta Asiyanın orta əsrlərə aid bir çox sənət əsərlərində də bu naxışları tapmaq mümkündür.
Şah Abbası xalçaları
Şah Abbası xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Şah Abbası xalçası
Şahabbası xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aid olan "Şahabbası" adlı xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 −1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı. == Bədii xüsusiyyətləri == "Şahabbası" xalçalarının bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir.
Şahabbası xalçaları

Şahnəzərli xalçaları
Şahnəzərli xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Şahsevən xalçası
Şahsevən xalçası və ya şahsevən kilimi — Cənubi Azərbaycan bölgəsində şahsevənlər tərəfindən hazırlanan Azərbaycan üslubu olan əl işi. == Həmçinin bax == Təbriz xalçaçılıq məktəbi Şeyx Səfi xalçası Heriz xalçaları == İstinadlar == Heshmati, Fazl-ollah. Iranian carpet. Tehran.
Şeyx Səfi xalçası
"Şeyx Səfi xalçası" və ya "Ərdəbil xalçası" — Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur xalı (ölçüsü 56,12 m², 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəri. Təbriz xalçalarının özünəməxsusluğu və səciyyəviliyi bir də ondadır ki, bu xalçalarda Azərbaycan memarlığının Göy məscid, Ucaytu Sultaniyyə kimi abidələrin təsviri verilir. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksi — "Təxti-Cəmşid"in xarabalıqları, Şeyx Səfi məqbərəsinin, görkəmli din xadimlərinin və Şərq ədəbiyyatı dahilərinin portretləri canlandırılıb. 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Şeyx Səfi məscidi üçün toxunmuşdur. 1891-ci ildə tavanı çökmüş namaz otağını və məscidi təmir etmək üçün böyük maliyyə vəsaitinə ehtiyac olduğuna görə Şeyx Səfi məscidinin rəhbərliyi İngiltərənin xalça ticarəti ilə məşğul olan "Vincent Robinson & Co." şirkətinə muzeyin ekisponatı olan iki xalça satır. Onlardan biri Şeyx Şəfi xalçası idi. 1892-ci ildə Londonda "Vincent Robinson & Co." şirkəti tərəfindən Londonda ticarət evində Şeyf Səfi (Ərdəbil) xalçası satışa cıxarılmışdır. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulur. Viktoriya və Albert muzeyinin dizayneri Vilyam Morrisin təşəbbüsü ilə muzey rəhbərliyi tələb olunan pulu toplamaq üçün londonlulara müraciət edir, xalçanın İngiltərədə qalmasını xahiş edir. Qısa müddət ərzində, 1893-cü ildə pul toplanır (2000 funt sterlinq) və xalça həmin dövrdə Con Henri Middletonun (1893–1896-cı illərdə muzeyə rəhbərlik edib) rəhbərlik etdiyi Viktoriya və Albert muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilir.
Şilyan xalçaları
Şilyan xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Şirəlibəy xalçaları
Şirəlibəy xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Значение слова в других словарях