Şabalıdbuta xalçaları — Azərbaycan xalçaçılıq məktəbinin Qarabağ tipinə aid olan xovlu xalça[1][2][3]. Şabalıdbuta xalçaları çətin kompozisiyalı Qarabağ xalçalarına aiddir[4][5]. Əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır[6]. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan "Şabalıdbuta xalçaları" çox məşhur idi.
Xalça | |
Şabalıdbuta xalçaları | |
---|---|
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
Qarabağ tipinə aid olan "Şabalıdbuta xalçaları"nın əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan "Şabalıdbuta xalçaları" çox məşhur idi[3].
Xalçanın orta sahəsini sağ və sol tərəflərə "baxan" buta bəzəyir. Xalçanın bədii keyfiyyəti orta sahədəki həmin butanın arasındakı məsafə ilə müəyyən olunur. Daha sıx yerləşmiş buta daha gözəl görünüşə malik olur. Orta sahəsini "qotazlı buta"nın və ya "əyri buta"nın bəzədiyi "Şabalıdbuta xalçaları"na da rast gəlinir[3].
"Şabalıdbuta xalçaları" müxtəlif ölçülərdə istehsal olunurdu. Son zamanlar daha uzunsov formalı xalçalar toxunur. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 40X40 düyün yerləşir (hər kvadrat metrdə 160 000 düyün). Xovun uzunluğu 6 – 8 mm-dir[3].