Çıraqlı xalçaları

Çıraqlı xalçalarıGəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Qazaxça", "Gəncə", "Faxralı", "Şamxor" adlandırırlar. Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]

Xalça
Çıraqlı xalçaları
Xalça haqqında məlumatlar
Tam adı Çıraqlı xalçaları
Məktəbi Gəncə xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan
Şəhər Gəncə
Kənd Çıraqlı
Toxunması haqqında məlumatlar
Üslubu Gəncə xalçaçılıq məktəbi[1]
Digər məlumatlar
Material qoyun yunu

Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Çıraqlı xalçaları bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur.[2]

Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir. Göllər arasındakı boş sahələr isə rom şəkilli kətabələrlə bəzədilmişdir.[2]

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Çıraqlı"xalçaları daha çox uzunsov ölçülərdə toxunur. Ölçüsü kiçik olan xalçalara da rast gəlmək olur.[3] Xovun hündürlüyü 6–8 mm-dir.[3]

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 6–7.
  2. 1 2 3 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 120
  3. 1 2 3 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 121