Bu məqalə Ərdəbil xalçası haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın. |
"Şeyx Səfi xalçası"[2][5][6] və ya "Ərdəbil xalçası"[7] — Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur xalı (ölçüsü 56,12 m², 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəri.
Xalça | |
Şeyx Səfi | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | Şeyx Səfi xalçası |
Məktəbi | Təbriz xalçaçılıq məktəbi |
Növü | Xovlu |
Ölkə | Cənubi Azərbaycan |
Şəhər | Təbriz |
Toxunması haqqında məlumatlar | |
Tarixi | XVI əsr (1539-cu il) [1] |
Sifarişçi | I Təhmasib[2] |
Üslubu | Səfəvi dövrü incəsənəti[3] |
Digər məlumatlar | |
Sahəsi | 56,12 m²[2] |
Uzunluğu | 10,51 m[2] |
Eni | 5,34 m[2] |
Material | Yun |
Saxlanıldığı yer | |
Vəziyyəti | Şeyx Səfi kompleksi üçün toxunulmuşdur. 1893 cü ildə ingilislər alaraq Londona aparmışlar. Muzey eksponatıdır. |
Vikianbarda əlaqəli mediafayllar |
Təbriz xalçalarının özünəməxsusluğu və səciyyəviliyi bir də ondadır ki, bu xalçalarda Azərbaycan memarlığının Göy məscid, Ucaytu Sultaniyyə kimi abidələrin təsviri verilir. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksi — "Təxti-Cəmşid"in xarabalıqları, Şeyx Səfi məqbərəsinin, görkəmli din xadimlərinin və Şərq ədəbiyyatı dahilərinin portretləri canlandırılıb.[8]
1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Şeyx Səfi məscidi üçün toxunmuşdur.
1891-ci ildə tavanı çökmüş namaz otağını və məscidi təmir etmək üçün böyük maliyyə vəsaitinə ehtiyac olduğuna görə Şeyx Səfi məscidinin rəhbərliyi İngiltərənin xalça ticarəti ilə məşğul olan "Vincent Robinson & Co." şirkətinə muzeyin ekisponatı olan iki xalça satır. Onlardan biri Şeyx Şəfi xalçası idi. 1892-ci ildə Londonda "Vincent Robinson & Co." şirkəti tərəfindən Londonda ticarət evində Şeyf Səfi (Ərdəbil) xalçası satışa cıxarılmışdır. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulur. Viktoriya və Albert muzeyinin dizayneri Vilyam Morrisin təşəbbüsü ilə muzey rəhbərliyi tələb olunan pulu toplamaq üçün londonlulara müraciət edir, xalçanın İngiltərədə qalmasını xahiş edir. Qısa müddət ərzində, 1893-cü ildə pul toplanır (2000 funt sterlinq) və xalça həmin dövrdə Con Henri Middletonun (1893–1896-cı illərdə muzeyə rəhbərlik edib) rəhbərlik etdiyi Viktoriya və Albert muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilir.
Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız-hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.[2]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalçanın təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.[9]