Şabalıdbuta xalçaları

Şabalıdbuta xalçalarıAzərbaycan xalçaçılıq məktəbinin Qarabağ tipinə aid olan xovlu xalça[1][2][3]. Şabalıdbuta xalçaları çətin kompozisiyalı Qarabağ xalçalarına aiddir[4][5]. Əsas istehsal mərkəzləri Ağdam, CəbrayılMuğandır[6]. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan "Şabalıdbuta xalçaları" çox məşhur idi.

Xalça
Şabalıdbuta xalçaları
Toxunması haqqında məlumatlar
Üslubu Qarabağ xalçaçılıq məktəbi

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qarabağ tipinə aid olan "Şabalıdbuta xalçaları"nın əsas istehsal mərkəzləri Ağdam, CəbrayılMuğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan "Şabalıdbuta xalçaları" çox məşhur idi[3].

Xalçanın orta sahəsini sağ və sol tərəflərə "baxan" buta bəzəyir. Xalçanın bədii keyfiyyəti orta sahədəki həmin butanın arasındakı məsafə ilə müəyyən olunur. Daha sıx yerləşmiş buta daha gözəl görünüşə malik olur. Orta sahəsini "qotazlı buta"nın və ya "əyri buta"nın bəzədiyi "Şabalıdbuta xalçaları"na da rast gəlinir[3].

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Şabalıdbuta xalçaları" müxtəlif ölçülərdə istehsal olunurdu. Son zamanlar daha uzunsov formalı xalçalar toxunur. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 40X40 düyün yerləşir (hər kvadrat metrdə 160 000 düyün). Xovun uzunluğu 6 – 8 mm-dir[3].

  1. Qarabağ xalçaları: kataloq (PDF). Bakı: Ziya. 2013. səh. 23. 2021-06-25 tarixində arxivləşdirilib (PDF).
  2. Azərbaycan xalçası (PDF). Bakı: Elm. 2007. səh. 27. ISBN 978-5-8066-1758-4. 2021-06-25 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 4 Lətif Kərimov. Азербайджанский ковёр (PDF). III. Bakı: Gənclik. 1983. 2022-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-07.
  4. "Azərbaycanda xalça sənətinin inkişafı" (az.). azerbaijan.az. May 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2021.
  5. Azərbaycan xalçaları: Qarabağ qrupu (PDF). Bakı: Elm. 2011. səh. 25. ISBN 978-9952-453-04-1. 2021-06-25 tarixində arxivləşdirilib (PDF).
  6. Azərbaycan xalçası (PDF). Bakı: Azərbaycan Milli Kitabxanası. 2012. səh. 22. 2022-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-07.