XALİS

sif. iqt. □ Xalis bazar rəqabəti - Cari qiymətlər səviyyəsinə heç bir ayrıca alıcı və satıcının böyük təsir göstərmədiyi vəziyyətdə oxşar əmtəə məhsulları sövdələşmələri üzrə satıcı və alıcılar məcmusu. Xalis rəqabət - bazarda çoxlu sayda şirkətlərin eyni əmtəələri satılması ilə yaranan rəqabət situasiyası. Xalis vergilər - əhalinin dövlətdən aldığı transfert tədiyyələrini çıxmaqla dövlətə ödədiyi vergilər. Xalis milli məhsul (XMM) - müvafiq dövr ərzində (daha çox il ərzində) amortizasiya ayırmaları çıxıldıqdan sonra ölkədə istehsal və istehlak edilən son əmtəə və xidmətlərin məbləği. Yəni, XMM = ÜDM - (köhnəlmiş və aşınmış avadanlıqların əvəzlənməsinə yönələn investisiyalar). Xalis mənfəət - təsbit olunmuş müddət ərzində müəssisənin mənfəətindən vergilər çıxıldıqdan sonra, mənfətin qalan xalis hissəsi. Xarici ticarət balansı - müəyyən müddətə ölkəyə ixrac və idxal edilən malların dəyərinin nisbətini xarakterizə edir.
HOTELÇİLİK
XARİZMA
OBASTAN VİKİ
Xalis Ataksor
Mayor Xalis bəy və ya Kor Xalis kimi də tanınır (1876, Aydın – 8 avqust 1933, Uşak) — Çanaqqala və İstiqlal Müharibəsi qazisi. Atası; baş dəftər katibi Ahmet Muhtar Əfəndi (Hamlacı Muhtar) ; Anası Germiyanoğullarından Həvva Naime; həyat yoldaşı Zekiye Ataksor. Halis bəy 1876-cı ildə Aydında anadan olub. Kütahyaya kiçik yaşlarında böyük kitabın katibi olan atası Əhməd Muhtar Əfəndinin təyin edilməsi nəticəsində gəldi. İbtidai təhsilini 1881-ci ildə daxil olduğu Kupecik məhəllə məktəbində tamamladı. 1885 - 1888 arasında Kütahya liseyində oxudu. Məzun olduqdan sonra Fransız dilini öyrənməyə başladı. 1889-cu ildə yeni açılan İdadi məktəbinə başladı. 1893-cü ildə Kütahya Liva Şurasının rəhbərliyinə seçildi və Bursa Dövlət Xidməti Liseyinə başladı. 1896-cı ildə İdadi sertifikatının 6.
Xalis Güləhmədov
Xalis Oruc oğlu Güləhmədov — (02 may 1917, Gürcüstan, Ahalkələk rayonu, Koqiya kəndi – 08 mart 2002-ci il Gəncə şəhəri) — Kənd təsərrüfatı elmləri doktoru (1965), professor (1966). Xalis Güləhmədov 02 may 1917-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Koqiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığından orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb. Xalis Güləhmədov 1936–1939-cu illərdə Azərbaycan kənd təsərrüfatı institutun tələbəsi, 1939-cu ildə "Aztexbarit" zavodunda laborant işləyib. Həmin il orduya səfərbər olub və 1947-ci il daxil olmaqla orduda xidmət edib. Müharibə zamanı siravi əskərdən kapitan rütbəsinə qədər yüksəlmişdir, Berlin şəhərinin döyüşlərində iştirak etmiş, 2 "Vətən müharibəsi" ordenləri və 7 medallarla təltif edilmişdir. Böyük Vətən müharibəsi veteranıdır. Müharibə qurtarandan sonra ali təhsilini başa çatdırmiş, Elmi-tədqiqat pambıqçılıq institutunda aspiranturanı uğurla bitirmiş, həmin institutda uzun müddət işləmiş və 1962–1969-cu illərdə onun direktoru olmuşdur. 1969–2002-ci illərdə Azərbaycan Kənd təsərrüfatı Akademiyasında texniki bitkilər və seleksiya kafedrasının müdiri vəsifəsində işləyib. Kənd təsərrüfatının inkişaf sahəsində böyük işlər görmüş, ziyalılar sırasında Xalis Oruc oğlu Güləhmədovun adı xüsusi olaraq vurğulanır.
Xalis aktivlər
Xalis Ələsgərov
Xalis Ələs oğlu Ələsgərov (1 oktyabr 1948, Qarabağlı, Samux rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1948-ci il oktyabrın 1-də Samux rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 85 saylı Samux—Şəmkir—Goranboy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Xalis mənfəət
Xalis mənfəət və ya xalis gəlir — vergilər, rüsumlar və büdcəyə digər icbari ödənişlər ödənildikdən sonra müəssisənin balans mənfəətinin onun sərəncamında qalan hissəsi. Xalis mənfəət müəssisənin dövriyyə vəsaitlərinin artırılmasına, fondların və ehtiyatların formalaşmasına, istehsala yenidən investisiya qoyulmasına istifadə olunur. Xalis mənfəətin həcmi ümumi mənfəətin həcmindən və vergilərin məbləğindən asılıdır. Xalis mənfəətin həcminə əsasən müəssisənin səhmdarlarına dividendlər hesablanır. K.Makkonnell və S.Bryuya görə, xalis mənfəət (iqtisadi mənfəət) müəssisənin ümumi gəlirindən bütün fürsət xərclərinin çıxılmasına bərabərdir .
Xalis cari dəyər
Xalis cari dəyər (XCD, ing. net present value, NPV) — bu günə qədər azaldılmış ödəniş axınının endirimli dəyərlərinin cəmidir. NPV göstəricisi, cari vaxta (investisiya layihəsinin qiymətləndirilməsi anına) azaldılmış bütün pul daxilolmaları və çıxışları arasındakı fərqdir. Bu, pul vəsaitlərinin daxilolmaları ilkin investisiya xərclərini və layihə ilə bağlı dövri pul vəsaitlərinin xaric olmasını ödədikdən sonra investorun layihədən almağı gözlədiyi pul vəsaitinin məbləğini göstərir. Nağd ödənişlər zaman dəyəri və risk əsasında qiymətləndirildiyi üçün NPV layihə tərəfindən əlavə dəyər kimi şərh edilə bilər. Bu, investorun ümumi gəliri kimi də şərh edilə bilər. Amerikalı professor Entoni Atkinsona görə, “xalis cari dəyər” investisiya layihəsi ilə bağlı bütün diskontlaşdırılmış pul vəsaitlərinin (daxil və çıxışlarının) cəmidir. CF (Cash Flow) pul axını üçün burada C F t {\displaystyle CF_{t}} t {\displaystyle t} illərində ödənişdir ( t = 1 , . . .
Ömər Xalis Bıyıktay
Ömər Xalis Bıyıktay (türk. Ömer Halis Bıyıktay) (d. 1883 Ərzincan, Osmanlı İmperiyası – ö. 25 dekabr 1935, İstanbul, Türkiyə) — Türk əsgəri. 1905-ci ildə hərbi məktəbi bitirmişdir. 1908-ci ildə baş leytenant rütbəsinə yüksəldi. 1910-cu ildə Hərbi Akademiyaya daxil oldu. 1911-ci ildə akademiyanın tətil etməsi səbəbilə İtaliya-Osmanlı müharibəsinə qoşuldu. 1913-cü ildə yenidən Hərbi Akademiyada təhsil almağa başladı və 4 oktyabr 1914-cü ildə kapitan rütbəsi ilə məzun oldu. Birinci Dünya müharibəsində bir sıra hərbi vəzifələrdə xidmət etdi.
Ömər Xalis Dəmir
Ömər Xalisdəmir (20 fevral 1974 – 16 iyul 2016, Ankara) — türk hərbçi. 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürən və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olan hərbi qulluqçudur. Bu hadisə baş verən zaman ona "vur" əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir. Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömər Xalisdəmir uşaqlığını da Niğdədə keçirmişdir.Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib. Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır. Azərbaycanlı rəssam Ülkər Əbülfət tərəfindən portreti çəkilib.
Xalis zəkanın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.
Babək Abuşov (Xalistürk)
Babək Məmməd oğlu Abuşov (Babək Xalistürk) — biologiya elmləri doktoru, professor. 20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində anadan olub. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 16 oktyabr 2021-ci ildə Kazan şəhərində vəfat etmişdir. == Təhsili == 1968-ildə orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib. == Fəaliyyəti == 1977-1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda AMEA A.İ.Qarayev adına Fizilogiya İnstitutunda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır.
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Ömər Xalisdəmir
Ömər Xalisdəmir (20 fevral 1974 – 16 iyul 2016, Ankara) — türk hərbçi. 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürən və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olan hərbi qulluqçudur. Bu hadisə baş verən zaman ona "vur" əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir. Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömər Xalisdəmir uşaqlığını da Niğdədə keçirmişdir.Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib. Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır. Azərbaycanlı rəssam Ülkər Əbülfət tərəfindən portreti çəkilib.
Əbdülqəni Nuxəvi Xalisəqarızadə
Əbdülqəni Nuxəvi (1817-1879) — Nuxa qəzasının baş qazısı, dövrünün görkəmli ədəbiyyatşünası, pedaqoqu, xəttatı, əlyazma kitabı tərtibatçısı, Azərbaycanlı alim. Əbdülqəni Məhəmməd əfəndi oğlu 1817-ci ildə Şəkidə anadan olmuşdur. XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi. O. Azərbaycan ədəbiyyatşünaslıq elminin, peqaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf etdirilməsində məhsuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarənc idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanmınmış dilçi, xalq kütlələrinin maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rol oynamışdı. Uzun illər boyu ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin katabxanası olmuşdur. Ensiklopedik biliyə malik olan Əbdülqəni Nuxəvinin yaradıcılığı olduqca rəngarəng və çoxcəhətli idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçılarından biri olmuşdur.
Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə
Əbdülqəni Nuxəvi (1817-1879) — Nuxa qəzasının baş qazısı, dövrünün görkəmli ədəbiyyatşünası, pedaqoqu, xəttatı, əlyazma kitabı tərtibatçısı, Azərbaycanlı alim. Əbdülqəni Məhəmməd əfəndi oğlu 1817-ci ildə Şəkidə anadan olmuşdur. XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi. O. Azərbaycan ədəbiyyatşünaslıq elminin, peqaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf etdirilməsində məhsuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarənc idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanmınmış dilçi, xalq kütlələrinin maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rol oynamışdı. Uzun illər boyu ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin katabxanası olmuşdur. Ensiklopedik biliyə malik olan Əbdülqəni Nuxəvinin yaradıcılığı olduqca rəngarəng və çoxcəhətli idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçılarından biri olmuşdur.
Xalisə Qarı
Xalisə Qarı (tam adı: Xalisə Hacı Bayram qızı d. XVIII əsrin II yarısı - ö. ?) - Azərbaycanlı şairə. == Haqqında == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona “Qarı” (qoca, çox bilmiş) təxəllüsü vermişlər.
Xalisə Hacı Bayram qızı
Xalisə Hacı Bayram qızı və ya təxəllüsü ilə Xalisə Qarı (XVIII əsr, Şəki – XVIII əsr, Şəki) — Azərbaycan şairəsi. == Həyatı == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona "Qarı" (qoca, çox bilmiş) təxəllüsü vermişlər. O, özündən sonrakı nəslinə örnək olmuşdur. Bunun nəticəsidir ki, onun nəslindən Əbdüllətif əfəndi "Nuxəvi" kimi tarixçi alim yetişmişdir.

Digər lüğətlərdə