XASAY

idarə edən; ən yaxşı döyüşçü; xalis Ay, əsl Ay.
XARİSƏ
XASBƏY
OBASTAN VİKİ
Xasay Hacıyev
Xasay Məmmədhəsən oğlu Hacıyev (1902, Bakı – Bakı) — mühəndis, dövlət xadimi. Xasay Məmmədhəsən oğlu Hacıyev 1902-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Gimnaziyada təhsil almış, Moskva Universitetini bitirmişdir. Universiteti mühəndis kimi bitirən Xasay bəy Hacıyev uzun müddət rabitə sistenmində işləmişdir. Azərbaycan SSR Rabitə Nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.
Xasay Musayev
Xasay İbrahim oğlu Musayev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent. Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur. 1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır. 2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant 1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli" 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim 1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor 2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.
Xasay Vəzirov
Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı. Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı. 1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir. İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır. Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Xasay xan Usmiyev
Xasay xan Usmiyev — çar ordusunun qumuq general-mayoru, Xurşidbanu Natəvanın birinci əri. 1808-ci ilin 3 aprel tarixində Ağsaylı qumuq əsilzadəsi Musa Xan Usmiyevin ortancıl oğlu olaraq dünyaya gəlmişdir. Sultan Murad (d. 1841) adında böyük qardaşı və Adil adında kiçik qardaşı olmuşdur. Bacısı Tuti Bikə Xanım İsmayıl bəy Qutqaşınlı ilə evlənmişdir. İsmayıl bəy Rusiya imperiyasının nə yüksək mükafatı olan Müqəddəs Georgi Ordeni ilə mükafatlandırılan ilk azərbaycanlıdır. Uşaq ikən Tiflisə girov olaraq aparılmışdır. 1825-ci ildə Peterburqda yerləşən Pajes Korpusunu bitirdikdən ölümünə qədər Rusiya İmperator Ordusunda xidmət etmişdir. İlk öncə 43-cü Jaeger Alayında, 1833-cü ildən isə Xerson Qrenadyor Alayında xidmət etmişdir. 1834-cü ilin mart ayının 22-də zabit olmuş və 1841-ci ildə ştabs-kapitan rütbəsinə yüksəlmişdir.
Arif Xasayev
Arif Murtuzəli oğlu Xasayev (27 avqust 1934, Qazax rayonu – 13 may 2006) — texnika elmləri doktoru, professor. ADNA-nın kafedra müdiri (1978–1996), "Qaradağneft" NQÇİ ÜNİPR-in rəisi, "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinin rəhbəri. == Həyatı == Xasayev Arif Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1966-cı ilə qədər respublikanın neft mədənlərində, "Qaradağneft" NQÇİ ÜNİPR-in operatorundan rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1963-cü ildə "İstismar quyularında suların təcridi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1966–1986-cı illərdə onun elmi fəaliyyəti AzETNÇİ və AzNKİ ilə bağlı olub və burada o "Layların eyni vaxtda ayrı-ayrılıqda istismarı", "Neft hasilatının yeni üsulları", "Laylara fiziki-kimyəvi təsir üsulları" laboratoriyalarına və "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinə rəhbərlik etmişdir. 1974-cü ildə "Neft hasilatında qeyri-nyuton sistemlərinin tətbiqinin xassələrinin və xüsusiyyətlərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Xasayev A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi və istismarının müxtəlif problemlərinin həlli. Xasayev A.M. 200-dən artıq elmi məqalənin, bir sıra monoqrafiyanın, dərsliklərin, tədris-metodik vəsaitlərin müəllifidir.
Elməddin Xasayev
Qoşaqışlaq-i Xasayi (Biləsuvar)
Qoşaqışlaq-i Xasayi (fars. قوشاقشلاق خاصاي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (4 ailə).
Rauf Xasayev
Xasayev Rauf Murtuzəli oğlu - texnika elmləri doktoru, professor Xasayev Rauf Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirdikdən sonra, "Azərdənizneftkəşfiyyatı" trestində qazıma briqadasında fəhlə, qazmaçı köməkçisi və qazıma işləri idarəsində baş mühəndis işləmişdir. 1958-1960-cı illərdə Azərbaycan BK LKSM-də təlimatçı və şöbə müdiri olmuşdur. 1960-1967-ci illərdə Neft Sənayesi Nazirliyi "Xəzərdənizneftkəşfiyyat" qazıma işləri idarəsində istehsalat-texniki idarəsinin rəisi olmuşdur. 1964-1965-ci illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunun aspirantı olub. 1965-cı ildə "Yuyucu qazıma məhlullarının hərəkəti zamanı hidravlik itkilərin tədqiqi və quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-1969-cu illərdə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında baş müəllim, AzNKİ-nun "Neft və qaz yataqlarının işlənilməsi" kafedrasında dosent kimi çalışıb. 1969-1989-cu illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunda laboratoriya rəhbəri, 1989-cu ildə isə elmi işlər üzrə direktor müavini işləyibdir. 1986-cı ildə "İstilikqazohidrodinamika, yuyucu məhlullar problemlərinin tədqiqi və quyuların salınması prosesindəki mürəkkəbləşmələrlə mübarizə üsullarının işlənilməsi üçün ölçülərin işlənilməsində tətbiq edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1991-1996-cı illərdə "Əməyin və ətraf mühitin mühafizəsi", "Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedralarının rəhbəri, 1996-1999-cu illərdə isə AzPİ-nun kafedrasında professor olmuşdur.
Səbinə Xasayeva
Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və norveç dillərini bilir. Evlidir, 2 övladı var. Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir. 2015-2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
Səbuhi Xasayev
Səbuhi Xasayev (əsgər)

Значение слова в других словарях