xasiyyət
xaşal
OBASTAN VİKİ
Xassə (fəlsəfə)
Xassə — predmetin digər predmetlərdən fərqini və ya oxşarlığını şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi (məsələn, sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.). Hər bir xassə nisbidir. Ağaca münasibətdə dəmir möhkəmdir, almaza münasibətdə yumşaqdır. Hər bir ayrıca şeyin müxtəlif xassələri vardır. Həmin xassələrin vəhdəti keyfiyyəti təşkil edir (keyfiyyət və kəmiyyət). Bütün predmetlərə xas olan və ya materiyanın öz təbiəti bağlı xassələr ümumi (atributiv) xassələr adlanır. Xassələr səciyyəvi və ümumi, başlıca və qeyri başlıca, zəruri və təsadüfi, mühüm və qeyri-mühüm, xarici və daxili, bir araya sığışan və ya bir araya sığışmayan, ayrılan və ayrılmaz, təbii və süni və s.olur. Materializmə görə şeylərin bütün xassələri şeylərin özünə məxsusdur, yəni obyektivdir. Predmetmetlərin ayrı-ayrı xassələrinin öyrənilməsi onların keyfiyyətlərinin dərk edilməsi pilləsidir.
Bəd-xassəli şişlər
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Determinantın əsas xassələri
Determinant — çoxluq bir matris ilə bağlı xüsusi düzülüş. Bir A matrisin determinantı det(A) və ya det A şəklindədir. Determinant modul işarəsi tərkibində yazılır. 2 × 2 ölçülü matris halında determinant belə hesablanır: | A | = | a b c d | = a d − b c . {\displaystyle {\begin{aligned}|A|={\begin{vmatrix}a&b\\c&d\end{vmatrix}}=ad-bc.\end{aligned}}} Oxşar olaraq, 3 × 3 ölçülü A matrisinin determinantı: | A | = | a b c d e f g h i | = a | ◻ ◻ ◻ ◻ e f ◻ h i | − b | ◻ ◻ ◻ d ◻ f g ◻ i | + c | ◻ ◻ ◻ d e ◻ g h ◻ | = a | e f h i | − b | d f g i | + c | d e g h | = a e i + b f g + c d h − c e g − b d i − a f h . {\displaystyle {\begin{aligned}|A|={\begin{vmatrix}a&b&c\\d&e&f\\g&h&i\end{vmatrix}}=a\,{\begin{vmatrix}\Box &\Box &\Box \\\Box &e&f\\\Box &h&i\end{vmatrix}}-b\,{\begin{vmatrix}\Box &\Box &\Box \\d&\Box &f\\g&\Box &i\end{vmatrix}}+c\,{\begin{vmatrix}\Box &\Box &\Box \\d&e&\Box \\g&h&\Box \end{vmatrix}}&=a\,{\begin{vmatrix}e&f\\h&i\end{vmatrix}}-b\,{\begin{vmatrix}d&f\\g&i\end{vmatrix}}+c\,{\begin{vmatrix}d&e\\g&h\end{vmatrix}}\\&=aei+bfg+cdh-ceg-bdi-afh.\end{aligned}}} Bu hesablamada 2 × 2 ölçülü hər bir matrisin determinantı A matrisinin kiçik xətti matrisi adlanır. Bu prosedur oxşar şəkildə n × n ölçülü istənilən matris üçün tətbiq edilə bilər. == Xassələri == Determinantın xassələri: Determinantda sətir və sütunların uyğun olaraq yerini dəyişsək, determinantın qiyməti dəyişməz. Buradan belə nəticəyə gəlmək olar ki, determinantda sətir və sütunlar eyni hüquludur. Determinantda iki sətrin (və yaxud sütunun) bir-birilə yerini dəyişsək determinantən ancaq işarəsi dəyişər.
Kommutativlik xassəsi
Kommutativlik - Binar əməliyyatın ödəyə biləcəyi xassədir. Əgər binar əməliyyat olaraq "vurma" götürsək onda, kommutativlik xassəsini belə yazmaq olar: a {\displaystyle a} b {\displaystyle b} = b {\displaystyle b} a {\displaystyle a} Kommutativlik yunanca qarışdırmaq deməkdir. Buna görə kommutativlik yerdəyişmə qanunu da adlandırırlar. Kommutativlik qanununa tabe olan əməliyyatlara ədədlərin toplanması və vurulmasını, çoxluqların birləşməsi və kəsişməsini, təkliflərin düzyunksiya və konyuksiyasını göstərmək olar. Kommutativlik qanununa tabe olmayan əməliyyatlara nümunə olaraq ədədlərin çıxılmasını və bölünməsini göstərmək olar. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Polimerlərin xassələri
Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekulları bir-birindən ayırmaq üçün polimeri çox yüksək temperatura qədər qızdırmaq tələb olunur. Bu temperatura davam gətirməyən polimer qaynama temperaturuna çatmamış parçalanır, yəni destruksiyaya uğrayır.
Bəd xassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.

Digər lüğətlərdə