Məhəmməd Xatəmi
Seyid Məhəmməd Xatəmi (farsca: سید محمد خاتمی) 29 sentyabr 1943 və ya 14 oktyabr 1943, Ərdəkan, Yəzd ostanı) 1997–2005-ci illərdə vəzifədə olmuş olan, İranın V prezidentidir.
== Elmi işləri ==
O,fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Hatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu Siyasi İnkişaf, İqtisadi İnkişaf və Təhlükəsizlik (2000), İslam, Mənəviyyat və İslam İnqilabı (2000), Qadınlar və Gənclər (2000) adlı kitabları da mövcuddur.
== Təhsili ==
1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir.
== Siyasi fəaliyyəti ==
O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir.