1. Xata, qorxu, təhlükə; xətərli, təhlükəli iş. Xata-baladan uzaq olmaq.
– [Ağca:] [Tapdığı] xata-baladan mənim duam saxlayıb.
2. Dərd, bəla, müsibət, bədbəxtlik.
[Sənəm:] Belə mənim dörd balamın dördünün də xata-balası, azarı tökülsün sənin bircə qardaşının üstünə!
◊ Xata-baladan uzaq qalmaq (olmaq) – xatalı, təhlükəli bir işdən, hadisədən uzaqda qalmaq, salamat qalmaq.
Arxada, yaxşı bir vəzifədə xata-baladan uzaq qalmaq ona qismət olmamışdı.
Xata-baladan uzaq olasan! – birinə salamatlıq arzusu bildirən ifadə.