Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badımcan
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Badımcan dolması
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == qoyun əti – 163 q, badımcan – 300 q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot −0,1 q, duz. == Hazırlanma qaydası == Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.
Badımcan mürəbbəsi
Badımcan mürəbbəsi — çeşidlənmiş və doğranmış badımcanın şəkərlə qaynadılması ilə hazırlanan, gürcü mətbəxinə məxsus ekzotik şirniyyatdır. Badımcan mürəbbəsindən çay süfrəsində istifadə olunur. Tərkibi badımcan, şərbət, çay sodası, zəy, limon turşusundan ibarətdir. == Həmçinin bax == Mürəbbə == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Badımcan qəlyanaltısı
Badımcan qəlyanaltısı — badımcandan hazırlanmış salat, kürü, çığırtma və s. üçün ümumiləşdirici addır. Dünyada əsas tərkib hissəsi badımcan olan bir çox oxşar xörək növləri var. Badımcan salatları və badımcan kürüsünün mühüm fərqi yalnız onların tərkibinin müxtəlif olması ilə deyil, əsasən onların hazırlanma üsulu — texnologiyası ilə izah olunur. Badımcan sobada, qrildə bişirilə bilər, suda qaynadıla bilər, pörtlədilə və ya qızardıla bilər. Badımcanın doğranmasından da çox şey asılıdır — bəzi qəlyanaltılar üçün badımcan ətçəkən maşından keçirilir, bəzi qəlyanaltılar üçün üzun dilimlərə bölünür, bəziləri üçün isə xırda-xırda doğranır. == Badımcandan xörək növləri == Badımcan cığırtması, badımcan dolması, badımcan kababı, badımcan salatı və s. == Qalereya == == Həmçinin bax == Yunan qabağı (кабачок) kürüsü Salatların siyahısı == Xarici keçid == https://yemek.com/tarif/karniyarik/ == İstinadlar == Vikianbarda Badımcan xörəkləri ilə əlaqəli mediafayllar var.
Badımcan rəngi
Badımcan rəngi — Avropa badımcanlarının xarici qabığının rənginə bənzəyən qaranlıq bir bənövşəyi və ya qəhvəyi-bənövşəyi rəngdir. Badımcan rənginin digər adı aubergine-dir. İngilis dilində badımcanın bir rəng adı kimi ilk qeydə alınması 1915-ci ildə olmuşdur. 1998-ci ildə Crayola tərəfindən badımcan rəngi rəng qutusunda çəhrayı-bənövşəyi rəng kimi təqdim edilmişdir. Badımcanın müxtəlif növləri indiqodan ağa qədər dəyişə bilər. Çin badımcanları Avropa badımcanları ilə eyni şəklindədir, lakin rəngləri daha bənövşəyidir. Tay badımcanları kiçik, dəyirmi və rəngli meşə yaşıllıqlarıdır.
Badımcan turşusu
Badımcan çığırtması
Qızardılmış badımcan
Badımcankimilər
Badımcançiçəklilər
Badımcançiçəklilər fəsiləsi
Kadıkcan
Kadıkçan (rus. Кадыкчан) - Rusiya Federasiyasının Maqadan vilayətində yerləşən şəhər tipli qəsəbə. 2000-ci illərin əvvəlindən Kadıkçan - ruh şəhərdir.
Sadıqcan
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Qasımcan (İğdır)
Qasımcan — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdırdan 7 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 320 nəfər azərbaycan türkü yaşayırdı.
İslami baxımdan oral seks
İslami baxımdan oral seks, “Təhrimi məkruh” və ya bəzi İslam hüquqşünaslarına görə cinsiyyət orqanının ağız və dillə təmasda olması çox arzuolunmazdır. Bu əməlin tövsiyə edilməməsinin səbəbi ilk növbədə təvazökarlıq, təmizlik və paklıq ilə əlaqədar olan digər məsələləridir. Ən çox yayılmış iddiada deyilir ki, ağız və dil Quran oxumaq və Allahın zikri (zikr etmək) üçün istifadə olunur. Birinci olaraq alimlər, cinsiyyət orqanına ağız vasitəsi ilə toxunmağı iyrənc hesab edirlər, çünki cinsi orqana sol əllə deyil, sağ əllə toxunmaq Məhəmməd peyğəmbər tərəfindən qadağan edilmişdir; onların fikrincə, ağız sağ ələ nisbətən daha şərəflidir, çünki ağızla cinsiyyət orqanına toxunmaq daha iyrəncdir. İkinci olaraq, genital ifrazatın vəziyyəti dörd sünni məzhəbi arasında müzakirə olunur, bəzi alimlər bunu təmiz, bəziləri isə çirkin hesab edirlər. Bununla bağlı fikir ayrılıqları mövcuddur. Bir çox alimlər oral seksin icazəli olduğuna inansalar da, bəyənmirlər. Ağızla cinsi əlaqəni caiz hesab edən alimlər qrupu hədislərdə və Quranda belə bir hərəkəti qadağan edən açıq-aydın bir əmr olmadığı üçün bu hərəkəti caiz yəni icazəli bilmişdirlər. Yusif əl-Qaradavi kimi aparıcı müsəlman alimləri bu fikrə şərikdirlər. Hədisdə öpüşmə, toxunma və bu kimi şeylər açıq-aydın qeyd olunmuş, eyni zamanda İslam dini ön sevişmənin vacibliyini vurğulamışdırsa da, belə bir hərəkət hədisdə ön sevişmənin bir hissəsi kimi qeyd olunmamışdır.
Adilcan Süleyman
Adilcan Süleyman (uyğ. ئادىلجان سۇلەيمان; 21 avqust 1967, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur basketbolçu. == Basketbol karyerası == Adilcan 1983-cü ildə Sincandan Pekin İdman Universitetinə təhsil almaq üçün gəldi.1984-cü ildə Bayi Men Basketbol Komandasının məşqçisi Ju Çunlin Adilcanın basketbolda da bacarıqlı olduğunu aşkar etdi. 1986-cı ildə Bayi Kişi Basketbol Komandasına seçildi və 1989-cu ildə milli komandaya seçildi. 5 nömrəli forma geyərək, hücumları və müdafiəni təşkil etmək qabiliyyətinə görə xüsusilə driblinq və bölmə taktikasını yaxşı bacardı. "Basketbol meydançasındakı sehrbaz" kimi tanınır. 2000-ci ilin yazında Adilcan təqaüdə çıxdı və "Bayi Rokets"-in köməkçi məşqçisi oldu. Yarım il sonra keçmiş baş məşqçi Vanq Fei istefa etdi və Adilcan Bayi komandasının baş məşqçisi oldu. 2017-ci ilin fevralından Adilcan Çin Basketbol Assosiasiyası sədrinin müavini vəzifəsindədir. 7 dekabr 2018-ci il tarixində Sincan Uçan Pələng Ah Dejiangın baş məşqçi vəzifəsinə başladığını elan etdi.
Alimcan İbrahimov
Alimcan Qirfanoviç İbrahimov (12 mart 1887 və ya 1887, Sultanmurad, Ufa quberniyası – 21 yanvar 1938 və ya 1938, Kazan) — 21.1.1938, Kazan) — Tatarıstan yazıçısı, ictimai xadimi. == Həyatı == Ufa quberniyasının (Başqırdıstan) Sultanmuradov adlı tatar kəndində vilayətin sayılıb-seçilən ruhani ailəsində göz açan Ə. İbrahimov əvvəlcə Orenburq şəhərindəki Vəli mədrəsəsində, sonra Ufadakı məşhur "Qaliya" mədrəsəsində təhsil alır. İlk hekayəsini – " Şagird Zəkinin mədrəsədən qovulması" — 1907-ci ildə yazan Əlimcan iki il sonra Kazan universitetinə daxil olur və qısa müddət ərzində tatar ictimai-mədəni həyatının fəal nümayəndəsinə çevrilir. 1912-ci ildə "Gənc ürəklər" romanını bitirən Ə. İbrahimov həmin dövrdən başlayaraq tatar ədəbiyyatı və dilinə, ədəbi –bədii tənqidə, tatar teatrına dair çoxsaylı məqalə və çıxışları ilə ədəbi və elmi ictimaiyyətin diqqətini cəlb edən istedadlı yazıçı, ədəbiyyatşünas, dilçi və fəal ictimaiyyətçi kimi tanınmağa başlayır. 1913–1917-ci illlərdə Kiyevdə, Odessada, Suxumidə, Ufada və Moskvada yaşayan Ə. İbrahimov 1917-ci ilin payızında Kazana qayıdır və o vaxtdan bütün həyat və fəaliyyətini Tatarstanda ictimai-mədəni quruculuq işlərinə həsr edir. Ötən əsrin 20–30-cu illəridə Ə. İbrahimov Tatarıstanda milli ədəbiyyatın və mətbuatın, təhsilin və maarifin, humanitar elmlərinin inkişafında misilsiz xidmətlər göstərmişdir. 1925-ci ilin yanvarında Tatarıstan Respublikası Akademiya Mərkəzinin prezidenti seçilən Ə. İbrahimov qısa müddət ərzində Tatarıstanda ayrı-ayrı sahələr üzrə elmin təşkilati işləri və inkişafı istiqamətində çox böyük uğurlar qazanır. Bədii yaradıcılıqla yanaşı paralel olaraq elmi fəaliyyətini də davam etdirən Ə. İbrahimov bir sıra digər məsul vəzifələrdə də çalışmışdır. 1927-ci ildə bədii yaradıcılığının və elmi fəaliyyətinin iyirmi illiyi münasibətilə Ə. İbrahimov RSFSR Akademiyasının akademiki seçilmiş ÜMİK-nin qərarı ilə Əmək Qəhrəmanı adına layiq görülmüşdür. "Qazax qızı", " Dərin köklər", "Bizim günlər" kimi məşhur romanları, bir sıra maraqlı povest və hekayələri ilə XX əsr tatar əəədəbiyyatında, Tatar dili və tarixinə, inkişaf mərhələlərinə dair qiymətli monoqrafiya və araşdırmaları ilə təkcə doğma tatar ədəbiyyatı və elmində yüksək zirvələr kəşf edən Ə. İbrahimov, eyni zamanda, bütünlükdə XX əsr türk xalqları ədəbiyyatlarının inkişafında, eləcə də, türk xalqlarının, türk dövlətlərinin humanitar elmlər sahəsində qazandıqlari uğurlara öz töhfəsini vermiş görkəmli ədəbiyyat və elm xadimlərindəndir.
Həmid Alimcan
Həmid Alimcan(özb. Hamid Olimjon, 12 dekabr 1909, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 3 iyul 1944, Daşkənd) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir özbək ədəbiyyatının yaradıcılarından. == Həyatı == Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olmuşdur. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşmüşdür. O, Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirmiş və 1928-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil almışdır. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olmuş və yaxınlıq etmişdir. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəx siyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır. H.Alimcan ilk şeirini tələbəlik illərində yazmışdır.
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.
Şirinxanım Kərimbəyli Şadiman
Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.